255
də var idi. Bir çox şəhərlərin valilərini yeniləri ilə əvəz etmişdir. İlk dəfə ola-
raq, xəlifə Mehdinin vaxtında fövqəladə cinayət işlərinə baxılması üçün xəlifə-
nin iştirakı ilə təcili məhkəmələr quruldu. Xəlifə şəxsən bu məhkəmələrə qatı-
lır, hökmün düzgün çıxarılmasına və icra olunmasına nəzarət edirdi. Ziyarətçi-
lərin dincəlməsi və mühafizə edilməsi üçün Məkkə yolu üzərində qonaq evləri
tikil
di. Onun xilafəti dövründə Bağdadla başqa şəhərlər arasında nizamlı poçt
əlaqə sistemi yaradıldı. Mehdinin əmri ilə məcburi vergi məzənnəsi ləğv edildi,
rəiyyətdən vergi alarkən toplanmış məhsulun həcmi və bazar qiymətləri nəzərə
alınmağa başladı. Vəzir Əbu Ubeydullahın məsləhəti ilə həyata keçirilən bu is-
la
hat daha ədalətli olduğu üçün, xalq arasında böyük razılıqla qarşılandı.
Hicrətin 160-cı ili (miladi 777) baş verən hadisələr
Bu il Yusif əl-Bərəmin başçılığı ilə Xorasanda xəlifə Mehdiyə qarşı qiyam
baş verdi. Əbu Abdullah Mehdi bu üsyanı yatırmaq üçün Yezid ibn Məzyədi
bö
yük bir ordu ilə Xorasana göndərdi. Baş verən döyüşdə məğlub olan Yusif
bir neçə tərəfdarı ilə Bağdada xəlifə Mehdinin hüzuruna göndərildi. Xəlifənin
əmrinə əsasən Hərsəmə ibn Əyən Yusif və tərəfdarlarını edam edərək Dəclə
çayı üzərindəki körpüdən asdı.
384
Bu ilin sonlarında xəlifə Mehdi həcc ziyarətinə getdi. Kəbənin xidmətçiləri
ona xəbər verdilər ki, üzərindəki kisvələrin (örtüklərin) ağırlığından Kəbə evi
uçmaq üzrədir. Mehdinin dövrünə qədər Kəbənin əvvəlki, örtüklərini çıxarmır,
hər il yeni örtüyü köhnənin üzərindən örtürdülər. Mehdinin əmri ilə köhnə
örtükləri Kəbənin üzərindən götürərək onu yenisilə əvəz etdilər.
Eyni ildə xəlifənin əmri ilə Məscidul-həramda təmir və tikinti işləri aparıl-
dı. Ətraf evlər sahiblərindən satın alınaraq söküldü və məscidin ərazisi geniş-
ləndirildi. Həcc ziyarətindən sonra Mədinəyə gələn xəlifə Mehdi Peyğəmbər
məscidi olan Məscidun-Nəbidə də tikinti və genişləndirmə işləri apardı. O,
Pey
ğəmbər məscidini daş və mərmər sütunlarla bəzədi, tavanla örtdü və
Hz.Pey
ğəmbərin (s) məzarına çöldən mərmər üzlük çəkdirdi. Hətta xəlifə tərə-
fin
dən Məkkə və Mədinə əhalisinə xeyli bəxşişlər verildi.
385
Hicrətin 161-ci ili (miladi 777-778) baş verən hadisələr
Bu il xəlifə Mehdinin əmrinə əsasən Anadoluya yürüş edən Sümamə ibn
Vəlid Dabıq məntəqəsinə qədər irəliləsə də şəhəri ələ keçirə bilməmişdir.
Xəlifə Mehdinin oğlu Musa əl-Hadi insanları həccə apardı.
Müqənnenin üsyanı
Əbu Abdullah Mehdi “din islahatçılarına” (İslam daxilində bidət yaradan-
la
ra) qarşı mübarizə aparan bir xəlifə kimi tarixə düşmüşdür. Həmin şəxslər ta-
384
İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild.
385
Tarixi-
Təbəri, IV cild, səh-558.
256
ri
xi mənbələrdə “zindiq” adı ilə qeyd olunur. Xəlifə Mehdi onlarla mübarizəni
əsaslı şəkildə aparmaq üçün xüsusi məhkəmə “divan-üz-zənadiqə” təşkil etmiş-
di. Bu məhkəmə vasitəsilə zindiqlər üzə çıxarılır, onların küfrü isbat olunur və
barələrində hökm çıxarılırdı.
Xəlifə Mehdinin dövründə zindiqlərin ən məşhuru Mərvdə baş qaldıran
Mü
qənne olmuşdur. Əsl adının Əta və ya Həkim olduğu bildirilir. Onun qısa
boy
lu, təkgöz, son dərəcə yaraşıqsız bir şəxs olduğu bildirilir. Gözündəki nöq-
sa
na görə, həmişə üzünü ağ niqabla örtdüyü üçün ona “müqənne”, yəni üzü ör-
tü
lü ləqəbi verilmişdir.
Müqənnenin dini təlimlərinin kökündə İslamla məzdəkiliyin qarışığı daya-
nırdı. O, tənasüxə (ruhun bədəndən bədənə köçməsi) inanırdı. Onun iddialarına
gö
rə Allah, Hz.Adəmin ruhunda zühur etmiş və bu səbəbdən də mələklər ona
səcdə etmişlər.
Sonra isə Allah, Nuh peyğəmbərin surətində zühur etmiş, ondan
son
ra da bütün peyğəmbərlərin surətində insanlara görünmüşdür. Sonda Əbu
Müs
limin, ondan sonra da özünün bədəninə girdiyini iddia edirdi. Qısa müddət
ərzində Maveraunnəhr əhlinin əksəriyyəti onun fikirlərini qəbul edərək Müqən-
nenin tərəfinə keçdi.
Xəlifə Mehdi bu üsyanı yatırmaq üçün Muaz ibn Müslimi və Səid ibn əl-
Hərəşini böyük bir ordu ilə Xorasan vilayətinə göndərdi. Bundan xəbər tutan
Mü
qənne Kiş şəhəri yaxınlığında tikdirdiyi Sənam adlı qalaya sığındı. Uzun
sü
rən mühasirədən sonra məğlub olduğunu görən Müqənne ailə üzvləri ilə bir-
likdə zəhər içərək özünü öldürdü. Qalanın təslim edilməsindən sonra Müqən-
nenin kəsik başı Bağdada xəlifə Mehdinin hüzuruna göndərildi.
386
Hicrətin 162-ci ili (miladi 778-779) baş verən hadisələr
Bu il xəlifə Mehdinin xilafətinə qarşı Kinnəsrində Əbdüssəlam ibn Haşim
əl-Yəşkərinin başçılığı ilə xəvaric qiyamı baş verdi. Xilafətin bir neçə sərkər-
dəsi onunla döyüşsə də, məğlub oldular. Sonda xəlifənin göndərdiyi muzdlu
qo
şun hissələri xəvaricləri məğlub edərək Əbdüssəlamı öldürmüşlər.
Bu il Bizans qoşunu Hədəs şəhərinin divarlarını dağıdaraq, xilafət torpaq-
la
rına hücum etdilər. Bu hücum nəticəsində xeyli müsəlman öldürüldü və yaşa-
yış məntəqələri dağıntıya məruz qaldı. Buna cavab olaraq Həsən ibn Qəhtəbə
80 min nəfərlik ordu ilə Anadoluya hücum edərək xeyli əsir ələ keçirdi. Hətta
imperator
Həsən ibn Qəhtəbənin qorxusundan onun qarşısına qoşun çıxarmadı.
Ye
zid ibn Useyd əs-Süləmi də Qalikula qapısına qədər irəliləyib xeyli qənimət
ələ keçirdi.
Cürcanda xilafətə qarşı Abdülqəhharın başçılığı ilə üsyan baş versə də,
Əmr ibn Əli Təbəristandan hərəkət edərək Abdülqəhharı məğlub edib adam-
larını öldürdü. Üsyançılar qırmızı paltar geyindikləri üçün bu üsyana “Muhəm-
mərlər” də deyilir.
386
Tarixi-
Təbəri, IV cild, səh-560; Tarixi ibn Əsir, VI cild, səh-38-39, 52-53.