341
lət adamının köməyindən istifadə etmək qərarına gəldi. Bu məqsədlə hicrətin
257-
ci ili (miladi 871) Mutəmid qardaşı Əbu Əhməd
Təlhə ibn Mütəvəkkili Sa-
mi
rəyə çağıraraq, ordunun ixtiyarını ona verdi.
Dövlət işlərinə sürətlə nüfuz edən Əbu Əhməd, qısa müddət ərzində bütün
ha
kimiyyəti öz əlinə aldı. Ordu onun ixtiyarında olduğu üçün, xilafətin də əsl
sa
hibi o idi. “Əmir-ül-möminin” ləqəbini daşıyan Mutəmid, yalnız formal ola-
raq xəlifə sayılırdı. Bütün dövlət qanunlarını işləyib-hazırlamaq və onların ic-
ras
ına nəzarət etmək ixtiyarı Əbu Əhmədə məxsus idi. Ordunun başçısı, hərbi
əməliyyatların baş komandanı da Əbu Əhməd idi.
544
Müsavir ibn Əbdülhəmid Şarinin qiyamı hicri 253-263 (miladi 867-
877)
Hicrətin 253-cü ili (miladi 867) xəlifə Mütəzzin xilafəti dövründə əslən xə-
va
ric olan Müsavir ibn Əbdülhəmid Tikritdə xilafətə qarşı üsyan etdi. Bundan
xəbər tutan Mütəzz türk əsilli Satəkini böyük bir ordu ilə onun üzərinə gön-
dərdi. Baş verən döyüşdə məğlub olan Müsavir döyüş meydanından qaçaraq
giz
ləndi.
Mosul bölgəsinə gələn Müsavir, ətrafına adam toplayaraq yenidən qiyam
et
di. Hətta Cəlula yaxınlığında xilafət ordusunu məğlub etdilər. 868-ci ildə
(hic
ri 254) isə qiyamçılar sərkərdə Yərcux Türkinin başçılıq etdiyi xilafət ordu-
su
nu da məğlub etdilər.
Mütəzzin qətlindən sonra xəlifə olan Mühtədinin əmri ilə hicrətin 256-cı ili
(miladi 870) Musa ibn Buğa əl-Kəbirlə Bayıkbəy, Müsavirin qiyamını yatır-
maq məqsədilə Mosula doğru hərəkət etdilər. Lakin Mühtədinin hiylə işlətdiyi
məlum olduqdan sonra Bayıkbəy Samirəyə qayıtdı və orada qətlə yetirildi. Bu
müd
dət ərzində Musa ibn Buğa əl-Kəbirin ordusu Müsavirin qüvvələrini məğ-
lub etdi, lakin qiyam başçısı yenə də qaçmağı bacardı. Bu arada Samirədə xəli-
fə dəyişikliyini öyrənən Musa ibn Buğa əl-Kəbir ordusu ilə birlikdə paytaxta
qa
yıtdı. Bundan istifadə edən Müsavir yenidən qiyamın başına keçdi. Yalnız
Mü
savirin ölümündən (hicri 263/miladi 877) sonra onun başlatdığı hərəkat sü-
qut etmişdir.
İsa ibn Şeyx hərəkatı
Xəlifə Mutəmidin xilafətini qəbul etməyən Fələstin valisi İsa ibn Şeyx xə-
ra
cı xilafətin paytaxtı Samirəyə göndərməyib özündə saxladı. Daha sonra o,
Mi
sirdən gələn xəracı da ələ keçirdi. Bundan xəbər tutan xəlifə Mutəmid türk
əsilli Amacur adlı sərkərdəni İsa ibn Şeyxin üzərinə göndərdi. Amacurun Də-
məşqdə olduğunu öyrənən İsa ibn Şeyx oğlu Mənsuru Dəməşq üzərinə göndər-
di. Dəməşq ətrafında baş verən döyüşdə xilafət ordusu qalib gəldi və Fələstin
va
lisinin oğlu Mənsur başda olmaqla bir neçə sərkərdə də öldürüldü. İsa ibn
544
Tarixi-
Təbəri, V cild, səh-604-605; Siyuti, Tarixul-xüləfa, səh-367.
342
Şeyx məğlub olmuş ordusunun qalıqlarını toplayıb, Rəmləyə qaçdı. İsa ibn
Şeyxi məğlub edən Amacur isə xəlifənin əmrinə əsasən hicrətin 256-cı ili (mi-
ladi 870) Dəməşq valisi təyin edildi.
Məhəmməd ibn Vasil hərəkatı hicri 256-261 (miladi 870-875)
Hicrətin 256-cı ili (miladi 870) kürdlərlə əlbir olan Məhəmməd ibn Vasil,
Fars bölgəsinin valisini öldürərək, bu torpaqlara sahib oldu. İki ildən sonra Mə-
həmməd ibn Vasil Fars bölgəsinin xəracını yenidən xəlifəyə göndərərək, ona
itaət etdiyini bildirsə də, xəlifə valinin ölümü ilə əlaqədar olaraq onu bağışla-
maq fikrində deyildi.
Bu məqsədlə hicrətin 261-ci ili (miladi 874-875) Musa ibn Buğa əl-Kəbir
ixti
yarında olan Əbdürrəhman ibn Müflih və Taştemir adlı iki sərkərdəni Mə-
həmməd ibn Vasilin üzərinə göndərdi. Lakin Ramhörmüz yaxınlığında baş ve-
rən döyüşdə xilafət ordusu məğlub oldu, Taştemir həlak oldu və Əbdürrəhman
ibn Müflih isə əsir düşdü.
Bu qələbədən sonra Məhəmməd ətraf şəhərlərin fəthinə başladı. Onunla
bacar
a bilməyəcəyini görən Musa ibn Buğa əl-Kəbir şərq torpaqlarının valili-
yin
dən istefa verərək, Samirəyə qayıtdı. Lakin bir neçə ay sonra Səffari hökm-
darı Yəqub ibn Leys Fars bölgəsinə hücum etdi. Miladi tarixi ilə 875-ci ildə baş
ve
rən döyüşdə Məhəmməd ibn Vasili məğlub edən Yəqub ibn Leys Fars böl-
gəsini ələ keçirdi.
Sahib əz-zincin hicri 255-270 (miladi 869-883) üsyanı
“Sahib əz-zinc” ləqəbli şəxsin əsl adı Əli ibn Məhəmməd ibn Əbdürrəhim
ol
muşdur. Zəncilərin qiyamına başçılıq etdiyi üçün bu ləqəbi almışdır. Bəni-
Əbdi Qeys qəbiləsinə mənsub olan bu şəxs, Rey yaxınlığında Vərzənin kəndin-
də dünyaya gəlmişdir.
Hicrətin 249-cu ili (miladi 863) Bəhreynə gələn Əli ibn Məhəmməd özünü
Hz.
Əlinin
(ə) nəslindən olan seyid kimi qələmə verdi. Bəhreyn əhli onun Əli
ibn Abdullah ibn Məhəmməd ibn Fəzl ibn Həsən ibn Abdullah ibn Abbas ibn
Əli ibn Əbutalib (ə) olduğuna inanıb, ətrafına toplandı. Əhalinin şiə təmayüllü
ol
masından istifadə edən Əli ibn Məhəmməd, onları Əhli-beytin haqqını geri
qa
ytarmaq şüarı altında qiyama səslədi. Lakin Bəhreyn valisinin göndərdiyi or-
du tərəfindən məğlub edilən Əli ibn Məhəmməd əvvəlcə Əhsaya, oradan da
Bəsrəyə qaçaraq Bəni-Zubəyə qəbiləsinin himayəsinə sığınır. Lakin burada da
yax
şı qarşılanmayan Əlinin özü qaçsa da, bir neçə tərəfdarı, o cümlədən arvadı
və uşaqları Bəsrə valisi tərəfindən həbs edilir.
Hicrətin 254-cü ili (miladi 868) birbaşa Bağdada gələn Əli ibn Məhəmməd,
burada özünü Məhəmməd ibn Əhməd ibn İsa ibn Zeyd ibn İmam Səccad (ə)
kimi təqdim edir. Bir il ərzində Bağdad əhalisində xeyli adam onun tərəfini tutur.