347
la
mışdır (hicri 260-329/miladi 874-943). Hz.Mehdiyə inam bütün İslam məz-
həblərində, hətta bütün dünya dinlərində mövcuddur.
Əhli-şiə məzhəbinə görə, dünyanın xilaskarı-hicrətin 260-cı ili (miladi
874) ata
sının şəhadətindən sonra beş yaşında ikən qeybə çəkilən Hz.Əbul-Qa-
sim Məhəmməd ibn Həsəndir (əc). O həzrət diridir, Allahın izni ilə onun üçün
təyin edilmiş gündə zühur edəcək və öz ilahi missiyasının icrasına başlayacaq.
Əhli-sünnə məzhəbində olanlar Hz.Mehdinin (əc) Hz.Fatimə (ə) soyundan gə-
ləcəyinə inanmaqla yanaşı, onun məhz XI İmamın oğlu olduğunu inkar edir və
dün
yanın sonuna yaxın normal şəkildə doğulacağını söyləyirlər.
Əhməd ibn Tulun və Abbasilər
Hicrətin 251-ci ilində (miladi 865) xəlifə Müstəinin dövründə Misiri ələ
ke
çirən Əhməd ibn Tulun (868-884) burada Abbasilərin vassalı kimi hakimlik
edir
di. Mutəmidin hakimiyyətinin əvvəllərində xəlifəyə öz tabeçiliyini bidirən
Əhməd ibn Tulun, xəracı vaxtlı-vaxtında ödəyirdi.
Belə bir vaxtda zəncilərə qarşı mübarizə aparan Əbu Əhməd Təlhə Müvəf-
fəq Əhməd ibn Tuluna məktub yazıb ondan maddi yardım istədi. Bundan xəbər
tu
tan xəlifə Mutəmid, Əhməd ibn Tuluna bildirdi ki, xəracı Müvəffəqə yox, xə-
lifəyə təhvil verməlidir. Lakin xəlifənin sözlərinə əhəmiyyət verməyən Əhməd
ibn Tulun xəracı Müvəffəqə təslim etdi.
Göndərilən məbləğin az olduğunu düşünən Müvəffəq, tabeliyində olan
məhşur sərkərdə Musa ibn Buğa əl-Kəbiri, Misir valisi Əhməd ibn Tulunun
üzərinə göndərdi. Şam bölgəsindəki Riqqə şəhərində düşərgə quran Musa ibn
Bu
ğa əl-Kəbir on ay sonra Əhməd ibn Tulunla döyüşməkdən çəkinərək, ye-
nidən Samirəyə qayıtdı. Qısa müddət sonra hicrətin 264-cü ilində (miladi 877)
Musa ibn Buğa əl-Kəbir Samirədə vəfat etdi.
Hadisələrin onun xeyrinə cərəyan etdiyini görən Əhməd ibn Tulun Şam
böl
gəsinə doğru hərəkət etdi. O hicrətin 264-265-ci illərində (miladi 877-879)
Şam bölgəsini demək olar ki, müqavimətsiz ələ keçirdi. Lakin 879-cu ildə oğlu
Ab
basın Misirdə çevriliş etdiyini öyrənincə, tələsik Misirə qayıtdı. Oğlu Abba-
sın qiyamını yatırdıqdan sonra xəbər tutdu ki, Şamda öz yerinə canişin qoydu-
ğu Lölöə xilafət sərkərdəsi Müvəffəqə qoşulub. Dərhal ordusunu toplayaraq
Şama qayıdan Əhməd ibn Tulun hicrətin 269-cu ilində (miladi 882) Riqqə şə-
hərinə daxil oldu.
Bu arada xəlifə Mutəmidin Riqqədə Əhmədlə görüşmək üçün yola çıxdı-
ğını öyrənən Müvəffəq, Mosul və əl-Cəzirə valisinin köməyi ilə xəlifəni yarı-
yoldan qaytarıb, Bağdada gətizdirdi. Bundan sonra Bağdadda nəzarət altında
olan xəlifə Mutəmidin vəziyyəti daha da pisləşdi. Xəzinədən əli üzülmüş xə-
lifə Mutəmid, hətta şəxsi məsrəflərini ödəmək üçün üç yüz dinar pul tapa bil-
mirdi.
Hicrətin 270-ci ilində (miladi 884) Əhməd ibn Tulunun vəfatından sonra
onun yerini oğlu Xumaraveyh tutdu. Həmin vaxt zəncilər üzərində qələbə çalan
348
Mü
vəffəq, Tulunilərlə müharibə aparmaq üçün oğlu Əbul-Abbas Əhmədi (gə-
ləcək xəlifə Mütəzid) qərb torpaqlarının valisi təyin etdi. Onun ilk vəzifəsi Tu-
lu
nilərin əlində olan Şam bölgəsini geri qaytarmaq idi. Lakin hicrətin 271-ci
ilin
də (miladi 885) baş verən döyüşdə Xumaravehy Əbul-Abbası məğlub etdi
və Şam bölgəsi qəti şəkildə Tulunilərin ixtiyarına keçdi. Bundan sonra tərəflər
ara
sında sülh bağlandı. Sülhün şərtlərinə görə, Misir və Şam torpaqları daha
otuz il müddətinə Tulunilərin ixtiyarına verildi.
Paytaxtın Samirədən Bağdada qaytarılması
Xəlifə Mütəvəkkilin dövründən başlamış anti-türk siyasəti bir müddət son-
ra öz bəhrəsini verməyə başladı. Artıq orduya türk birlikləri qəbul edilmir, eyni
zamanda da yeni yaradılan qoşun hissələri də, bir qayda olaraq, əsasən ərəb-
lərdən təşkil olunurdu. Bununla bərabər, xəlifə Mutəmidin hakimiyyətinin əv-
vəllərində türklər xilafətdə öz nüfuzlarını qoruyub saxlaya bilirdilər. Bu da və-
zir Ubeydullah ibn Yəhya ibn Xaqanın və baş komandan Musa ibn Buğa əl-Kə-
birin sayəsində mümkün olurdu.
Lakin siyasət meydanında uğur qazanan Müvəffəq, Musanı getdikcə sıxış-
dıraraq nüfuzunu zəiflədirdi. Nəhayət, Musa ibn Buğa əl-Kəbir miladi 875-ci
il
də (hicri 261) şərq torpaqlarının valiliyindən istefa verməklə, dövlət işlərin-
dən geri çəkildi. İbn Tuluna qarşı mübarizədə də uğur qazanmaması onun nüfu-
zuna ciddi
zərbə vurdu. Bu hadisədən iki il sonra hicrətin 264-cü ilində (miladi
877) Musa ibn Buğa əl-Kəbir, özündən sonra orduda onu əvəz edəcək güclü bir
türk sərkərdəsi buraxmadan vəfat etdi.
Hicrətin 276 və ya 279-cu ilində (miladi 890 və ya 892) xəlifə Mutəmidin
əmri ilə paytaxtın yenidən Samirədən Bağdada qaytarılması türk nüfuzuna son
və həlledici zərbəni vurdu. Əvvəldə də qeyd etdiyimiz kimi, Samirə şəhəri
türk
lərin şərəfinə, xəlifə Mutəsimin əmri ilə miladi tarixilə 836-ci ildə (hicri
221) sa
lınmışdır. Altmış ilə yaxın Abbasilərin paytaxtı olan Samirədə Mutə-
sim, Va
siq, Mütəvəkkil, Müntəsir, Müstəin, Mütəzz, Mühtədi və Mutəmid ki-
mi, səkkiz Abbasi xəlifəsi yaşamış və hökmranlıq etmişlər.
Hicrətin 278-ci ilində (miladi 891) məhşur sərkərdə Əbu Əhməd Müvəffəq
vəfat etdi. Onun ölümündən sonra ordu sərkərdələri və saray əyanları Müvəffə-
qin oğlu Əbul-Abbas Əhmədə ikinci vəliəhd kimi beyət edərək, ona “Mütəzid”
ləqəbini verdilər. Onların təkidi ilə xəlifə Mutəmid də onu ikinci vəliəhd kimi
elan etdi.
Qısa müddət ərzində bütün səlahiyyətləri ələ alan Mütəzid, xəlifəyə təzyiq
göstərərək, ondan birinci vəliəhdliyi tələb edirdi. Bu təzyiqlərə tab gətirməyən
xəlifə Mutəmid hicrətin 279-cu ilində (miladi 892) saray əyanlarının gözü qar-
şısında oğlu Müvəffəz ləqəbli Cəfəri vəliəhdlikdən kənarlaşdırdığını və Əbul-
Abbas Əhməd Mütəzidi yeganə vəliəhd kimi tanıdığını elan etdi.
Sayca on beşinci Abbasi xəlifəsi Əbul-Abbas Əhməd Mutəmid hicrətin
279-
cu ilində (miladi 892) əlli yaşında Bağdadda vəfat etmişdir.