613
Ma
kedoniyadakıların bir hissəsi bağlanmış və dağıdılmışdır. Çünki, Sultan II
Əbdülhəmid xan türk massonları ilə ingilis, fransız, erməni və yunan massonla-
rının dövlət əleyhinə birgə fəaliyyət göstərdikləri haqda kifayət qədər isbat edil-
miş məlumatlara malik idi. Bu dövrlərdə artıq masson lojaları «İttihad və Tərəq-
qi» Cəmiyyətinin qurulmasını reallaşdırdılar. Beynəlxalq massonluq türk döv-
ləti əleyhinə apardıqları bütün fəaliyyətlərini «Hürriyyət», «Tərəqqi» və ya
«Mədəniyyət» sözləri altında gizləyərək «İttihad və Tərəqqi»çilərin əli ilə ger-
çəkləşdirməyə çalışırdılar. «İttihad və Tərəqqi»nin demək olar ki, liderlərinin
ha
mısı masson olmaqla «Makedoniya», «Makedoniya Rizorta» və «Veritas» lo-
ja
larının ustadları idilər. Bu ustadlar arasında sonralar Osmanlı Məclisi Məbusa-
n
ına Selanikdən deputat seçilmiş Emanuel Karasso ən nüfuzlu türk və müsəl-
man düşmənlərindən olmuşdur. Onun ustad olduğu «Veritas» lojasında o döv-
rün d
ənizçilik naziri Camal Paşa, sədri-əzəm və daxili işlər naziri olan Tələt Pa-
şa da var idi. Bu lojadan «İttihad və Tərəqqi» Cəmiyyəti də idarə olunurdu. Hö-
kuməti devirmək, müxtəlif bölgələrdə etnik zəmində dövlət əleyhinə iğtişaşlar
törətmək planları da bu lojalarda, xüsusilə də «Veritas» lojasında hazırlanırdı.
Hal-ha
zırda onların bütün bu hərəkətləri sənədlər vasitəsi ilə isbat olunmuşdur.
Yuxarıda barələrində söz açdığımız massonlar öz məqsədlərini və istəkləri-
ni Sultan II Əbdülhəmid xana çatdırmaq üçün təşkil olunmuş nümayəndə heyə-
tinin başında qatı türk və müsəlman düşməni olan masson ustadı Emanuel Ka-
ras
so dururdu. O, bütün həyatı boyu bu fürsəti gözləmiş və Sultanın qarşısına
tam bir intiqam hazırlığı ilə çıxmışdır. Əbdülhəmid xan qarşılamağa məcbur
ol
duğu heyətin içindəkiləri və xüsusilə Emanuel Karassoya heyrətlə baxaraq və
bu ta
rixi anın cavabını qavramayan heyətdəki türklərdən birinə alçaq səslə:
«Ara
nıza bu adamları nə üçün qatdınız? Sizdən belə bir qərarı dinləmək məni
incit
məzdi, amma bu adamların məndən intiqam almasına necə alət oldunuz?»
de
mişdir. Nümayəndə heyəti Saraydan qayıdarkən Tələt paşa yanındakılara:
«Bö
yük günah işlətdik deyə söyləmişdir. Emanuel Karasso bu görüşdən iki gün
sonra Selanikə gələrək konstitusiyanın və parlamentin bərpa olması ilə əlaqə-
dar keçirilən böyük masson yığıncaqlarına da rəhbərlik etmişdir. Ayrıca olaraq
Se
lanikdə massonlarla «İttihad və Tərəqqi»nin müştərək hazırladığı böyük bir
rəsmi keçid keçirilmişdir. Massonlar bu rəsmi keçidə haşiyə və önlüklərini tax-
mış vəziyyətdə bayraqları ilə və ən öndə «Veritas» lojasının ustadı Emanuel
Ka
rasso olmaqla gəlmişdilər. Bununla da kifayətlənməyən Karasso masson
bayra
ğı altında orada toplanan minlərlə adama nitq söyləmişdir.
Bütün bunlar masson
luğun tam mənası ilə siyasətlə məşğul olduğunu və
əsasən Osmanlı dövlətini sarsıtmağa çalışan xarici qüvvələrin casusu kimi fəa-
liy
yət göstərmələrinə bir işarədir.
Lənətlərə layiq işlərini gizli-gizli görməyə çalışan massonlar «İttihad və
Tərəqqi»nin güclü yardımları ilə artıq Türkiyədə istədikləri kimi fəaliyyət gös-
tərirdilər. Bu hal Osmanlı dövlətinin yıxılmasına qədər davam etmiş və onlar
be
ləliklə qarşılarına qoyduqları vəzifələrinin bir hissəsinə nail olmuşdular.
614
İstanbul və Makedoniyadakı masson fəaliyyətləri Anadolu daxilində o qə-
dər də rəğbət qazana bilmədiyindən burada lojalar yarana bilməmişdir. Yalnız
on
lar İzmirdə bir neçə masson lojası qurmağa nail ola bilmişdilər. Bu lojalar
xaric
dəki Böyük Lojalara bağlı olduqlarından İzmirin Yunanıstana verilməsinə
ça
lışmışdılar.
Sultan II Əbdülhəmid xanın hakimiyyətinin məhdudlaşdırılması və Konsti-
tu
siyanın elanı Osmanlı imperiyasında massonluğun genişlənib böyüməsinə və
rəsmi bir mahiyyət almasına geniş bir şərait yaratmışdır. Massonlar konstitusi-
ya
nın elanından bir ay sonra (avqust 1908) Osmanlı Masson Lojalarının Ali
Şurasını qurmaq üçün ilk yığıncaqlarını keçirməyə başladılar. Osmanlı dövlə-
tinin məşhur massonları birinci yığıncaqlarını Osmanlı təbəəsi olan Mkırtıç To-
kat
lıyanın mehmanxanasında keçirdilər. Onlar öz fikirlərini dərhal Avropa
ölkələrindəki Masson Lojaları Ali Şuralarına çatdırmış və hamısından icazə al-
mışdırlar. Yalnız İngiltərə və Skandinaviya Ali Şuraları müstəqil Osmanlı Ali
Şurasının qurulmasına tərəfdar olmadıqlarını bildirmişlər. Aparılan hazırlıqlar
başa çatdıqdan sonra 1909-cu il martın 3-də Osmanlı İmperiyasında fəaliyyət
gös
tərən Masson Lojalarının Ali Şurasını rəsmi şəkildə qurmaq üçün bir iclas
keçiril
di. Bu iclasda rəsmi şəkildə təsdiq olunan Ali Şurada vəzifələr aşağıdakı
kimi qurul
muşdur:
–
Süvren Qrankomandor: Əziz Həsən paşa (əslən misirli olan şahzadə);
–
Müavin: Mehmet Cavid (sonralar maliyyə naziri olmuşdur)
–
Ümumi Böyük Müfəttiş: Mehmet Tələt (sədri-əzəm Tələt Paşa)
–
Ümumi Böyük Xətib: Midhət Şükrü Bleda
–
Ümumi Böyük Xətib: Davud J. Kohen.
Osmanlı İmperiyasında fəaliyyət göstərən massonların Osmanlı Ali Şurası
qurulan zaman Türkiyədə 33 dərəcəli 21 nəfər masson olmuşdur:
1.
Tələt Paşa (sədri-əzəm);
2.
Midhət Şükrü Bleda (deputat);
3.
Mehmet Cavid bəy (maliyyə naziri);
4. D-r. Rza Tevfik (deputat);
5. Mehmet Akif (deputat);
6.
Nəsim Nazelyah (deputat);
7.
Mişel Noradunyan (tacir);
8.
Davud Koğen (sığortaçı);
9. Mehmet Qalib;
10.
Osman Adil (vəkil);
11.
Fuad Xulusi Dəmirəlli (hakim);
12.
Asim (Məclisi Məbusanın Baş Katibi);
13.
Rəhimi (İzmir valisi):
14. Hüseyn Cavid Yal
çın (qəzetçi);
15.
Osman Tələt (vəkil):
16.
Qalib Paşa (Jandarma Ümumi Komandanı);