______________Milli Kitabxana_______________
403
Əvvəl gəl-gol deyib, sonra gizlənən
Bir qızın sevilmək arzusu kimi.
Biz yaxınlaşdıqca, o qaçır bizdən
Şirin bir yuxunun nemətləri tək.
Uzağa getdikcə gözlərimizdən
Elə bil, biryolluq gözdən itəcək.
Bizim Əmirxan da ilğımlar kimi
Gah gözə görünür, gah qaçır gözdən;
Ancaq inadlı bir sənətkar kimi,
Onu axtaracaq, tapacağam mən!..
Axır sorağını mən Əmirxanın
"Lenin" sovxozundan axtarıb aldım.
Axtarış borcudur şair olanın,
Bir axşam mən ona qonaq da qaldım.
Söhbət şirin keçdi, yazmıram, ancaq
Hələ görmədiyim iş hünərini.
Üstünə heç bir şey artırmayaraq
Yazıram özünün dediklərini:
- Mən aqronom idim neçə il qabaq,
Özümün gül kimi sənətim vardı.
Ağacdan-ağaca calaq vuraraq,
Əllərim sevinib xoşbəxt olardı.
Böyük söz olmasın, bəzən insanlar
Kor olub, göz yumur səadətinə.
Qəlbində yurd salır qara bir azar,
Qudurub xor baxır öz sənətinə.
Mənim də qəlbimə girdi bir iblis,
Məni də azdırdı acgöz ehtiras.
Dedim bu sənətdən bir xeyir çıxmaz,
Gedim pul qazanım... Güləcəksiniz...
______________Milli Kitabxana_______________
404
(Mən onun sözünü kəsərək bir an
Dedim: - Səndə deyil yalnız bu azar.
Pul eşqi getməmiş bir çoxlarından,
Bu dərdə tutulmuş alimlər də var.
Onlar zaman-zaman verib səs-səsə
Nə xəyala gedir, nə fikrə bir gün,
Elmə can yandırmaq əvəzindəsə
İdarələr gəzir çoxlu pul üçün.
Onlar oynadıqca istedadıyla
Əql evi boş olur, sözü kəsərsiz;
Döşünə döysə də alim adıyla
Yaşayır əsərsiz, ölür əsərsiz...)
-
Bəli... Pul iştahı, pul acgözlüyü
Gözəl sənətimdən ayırdı məni.
Bəzən yalan dedim, dandım düzlüyü.
Danışsam başımdan gəlib keçəni
Sizə zəhmət olar... Keflər, məclislər,
Başsız ehtiraslar, cilovsuz hisslər
Soyutdu get-gedə məni evimdən...
İnsan öz evini bu cürə yıxır.
Aygünü, Ülkəri andıqca, bəzən
Başımdan tüstülər, dumanlar qalxır.
Bu vaxt Əmirxanın rəngi saraldı,
Köksünü ötürüb, bir nəfəs aldı...
- İndisə... Mənzilim düşdü bu yana,
Bu qara torpaqdan çıxır çörəyim.
Əsil sənətimlə gəldim Muğana,
Gələli xoşbəxtdir, dincdir ürəyim.
Yoxsa da sən deyən bir istedadım...
Elmim yarımçıqsa, ömrüm də yarı,
Deyirəm burda bir bağça yaradım,
Bir kənd yerindəsə tanınım barı.
______________Milli Kitabxana_______________
405
* * *
Keçirdik gecəni, açıldı səhər,
O mənə göstərdi saldığı bağı.
Xırdaca yarpaqlı körpə şitillər
Üzümə güldükcə tifil sayağı,
Dedim: 'Tez böyüyüb qol-budaq atın!
Mənim oğlum kimi boy-başa çatın!"
Sonra Əmirxanla vidalaşaraq,
Gəlib nəql elədim Aygünə bunu.
Dedim: "Yaşadacaq o qara torpaq
Yerə arxalanmış o yer oğlunu".
XXXVI
Muğan düzündəki səssiz gecələr,
Sıxdı Əmirxani bir qəfəs kimi.
Şəhər, meydançalar, dolu küçələr
Gəldi qulağına bəzən səs kimi.
Sakit təbiətə tez alışmadı,
O keflər aşiqi, məclislər əri...
Darıxdı bir müddət, çox çalışmadı,
Ağac kölgəsində keçdi günləri.
Fikrini dağıtmaq məqsədilə tək
O, Araz üstünü gəzdi piyada.
Sonra xam at kimi haldan düşərək
Axırda yorulub dincəldi o da.
Çoxaldı get-gedə dostlar, tanışlar,
O da bəyənildi, o da bəyəndi...
Keçdiksə baharlar, keçdikcə qışlar
O ev-ev tanıdı bir neçə kəndi.
Nə xeyirdən qaldı, nə də ki, şərdən,
Onun yanına da gələn çox oldu.
Ayrıldi pərişan düşüncələrdən,
Yalqızlıq qayğısı uçub yox oldu.
______________Milli Kitabxana_______________
406
Gecələr demə ki, o yalqız qaldı,
Çalışdı çox zaman kitabxanada.
Meylini sənətə, biliyə saldı,
Miçurin dərs verdi Əmirxana da.
Sevdi, o bərk sevdi qəhrəmanları,
Çox şey də öyrəndi bu az müddətdə.
İşdə saç ağartmış mərd insanları
Hörmətlə dinlədi sözdə, söhbətdə.
Bilmədiklərini soruşdu hər an,
Yuxarı tutmadı başını daha...
Gah əvvəl, gah sonra çıxdı yarışdan,
Gündə bir arzuyla baxdı sabaha...
O indi bildi ki, əlbirlik nədir,
Dalğanın qüvvəti dənizdə coşar...
Elsiz igidlik də bir əfsanədir,
Hər ürək bir bədən içində yaşar...
Hər bir ağaca da saldı mehrini,
Hər solan yarpağın, cılız şitilin
Axtardı sirrini, tapdı sehrini.
Hər günün, gecənin, hər ayın, ilin
Udduqca ciyəri saf havasını
Duydu əsil Ömrün xoş mənasını...
Baxıb Əmirxanın gördüyü işə
Nə qədər şad oldu Nemət ürəkdən.
Yanında söz açdı onun həmişə
Uğurlu, məqsədli bir gələcəkdən...
Onu öz evində saxladı Nemət,
Sınğındır, yalqızlıq çəkməsin deyə.
(Bəzən yıxılanı, sadə bir hörmət
Qolundan yapışıb qaldırır göyə).
Əmirxan Aygünü, Ülkəri anıb,
Dolmuş ürəyini boşaldan zaman,
Onunla bir yerdə Nemət də yanıb,
Gözləri dolardı həyəcanından...
Dostları ilə paylaş: |