12
Bu düşüncələrdən onu ayıran nalbəndin bir qəşəng
atı gətirməsi oldu: – Oğul, Qarabağ atları dağlıq ərazilər-
də daha mükəmməl olurlar. Bu atların çaparaq yerişi var.
Yorğa və çevik olurlar.
Nalyığan atı gördükdə türk ruhu sanki cövlan etdi,
hündür, çevik, addımları səlis, bədən quruluşu möhkəm
olan bu atın belində yalmanına yata-yata Orta Asiyanın
yovşanlı çöllərindən, Cıdır düzünə, Cıdır düzündən Ana-
dolu çöllərinə qədər çapmaq, sonra da Krıma çapıb Avro-
paya tərəf şahə qalxaraq qarşısındakıların qorxudan bə-
rəlmiş gözlərini görmək arzusu ürəyindən keçdi. Atın
yaxşı inkişaf etmiş alın və burun sümükləri, qabarıq göz-
ləri, gödək və hündür duruşlu sürahi boynu nalyığanı
sehrləmişdi. Qarabağ cinsli atlara xarakterik olan orta bo-
ya, yorğa duruşa, balaca başa, düz belə, enli döşə və göv-
dəyə, quru ayaqlara məxsus olan bu atın sarı-qızılı rəngi
göz qamaşdırırdı. Çox qeyri-adi bir rəng idi... Deyilənə
görə, kürən, qızılı kəhər, qızılı-qonur rəngli atlar bu rən-
gin törəməsi idi. Nalyığan özünü nağıllar aləmində hiss
etdi... Uca dağların, sərin bulaqların, geniş səmanın altın-
da və bu atın qarşısında ovsunlanmışdı. Özünü saxlaya
bilmədi, öz atı ilə haqlı olaraq qürur duyan Dəmirçioğlu-
na tərəf getdi. Qeyri-iradi olaraq yumşaq, parıltılı,
ipək ki-
mi nazik dərisinə əlini sürtdü. Atın dərisi əlinin altında
günəş şüası kimi sürüşdü.
– Oğul, bu at Qarabağ atlarının qədim nəsli olan “Əl-
yetməz” – “Ceyran” ayğırlarındandır.
Nalyığan Dəmirçioğluna qulaq asmırdı, elə bil, ac-
gözlüklə tünd-şabalıdı rəngdə olan yalını və quyruğunun
tüklərinin ucunu süzürdü.