- 27 -
çiçəkləri nazik silindrikdir. Orta qurşağın sulu ərazilərində rast gəlinir. Coğrafi tipi: Palearktik. BQ,
KQ və Naxçıvan dağlıqda yayılmışdır.
Maldarlıqla məşğul olan kədlilər ağac nehrələrdən istifadə edirdilər. Bu nehrələrdən XIX və
XX əsrin birinci yarısında dağ və dağətəyi zonalarda daha geniş istifadə edilirdi.Əsasən məhkəm
ağacdan hazırlanan nehrələr ellips şəklində olur. Nehrələrin uzunluğu 100-120 sm, diametri isə 25-
35 sm olur. Ağac nehrələr həm içi yonulmuş bütöv ağacdan, həm də taxtadan hazırlanır. Nehrənin
tən ortasından ağartını tökmək üçün dimetri 8-10 sm olan deşik açılır. Nehrənin hər iki tərəfinə
dəmir halqalar keçirilir. Həmin halqalara möhkəm ip bağlanır. Nehrəni çalxalamaq üçün üç ağacdan
ibarət çatma qurulur və ayaqları yerə basdırılaraq ucları bir yerdə bağlanır (Şəkil 2).
Şəkil 2. Ağac nehrə
Qədim zamanlarda hər bir kəndlinin xırman yeri olardı. Xırmanda taxıl sünbülləri döyülər
və sovrularaq dən məhsulu təmizlənərdi. Taxılın döyülməsi iki öküzə qoşulmuş vəldən istifadə
edilirdi. Vəl və onun qoşquları müxtəlif ağaclardan hazırlanır. Öküzün boynundakı tir boyunduruq
adlanır. Boyunduruğun tən ortasından zəncir baağlanır və o biri ucu isə heşanı döyən vələ, yaxud da
carcara bağlanır. Boyunduruğa bağlanan qolça ağaclarına samı, altına bağlanan ipə isə sambağı
deyilir. Boyunduruq qarağacdan, şamılar isə yemişandan düzəldilir. Vəl də möhkəm olması üçün
qarağacdan hazılanırdı [1].
Ulmaceae Mirb. - Qarağackimilər. Ağac bitkiləri olub, yarpaqları sadə, növbəli və
saplaqlıdır. Çiçəkləri ikicinsli nadirən ayrı cinslidir. Çiçəkyanlığı sadə, 4-8 üzvlü, sərbəst və ya
birləşmişdir. Erkəkcikləri 4-8 ədəd, yumurtalıq üst və 1-2 yuvalıdır. Ağızcıq 2 bölümlüdür. Meyvəsi
quru qanadlı fındıqcadır.
Ulmus L. - Qarağac. Yarpaqları növbəli və iki cərgəli düzülmüş ağacdır. Çiçəkləri ikicinsli
olub, sıx yan dəstələrdə toplanıb və yarpaqlardan əvvəl açılır. Çiçəkyanlığı zəng şəkilli və 4-8
paylıdır. Erkəkciklər 4-8 ədəd, çiçəkyanlığının paycıqları ilə qarşı-qarşıya və onun əsasına
birləşibdir. Yumurtalıq üst və biryuvalıdır. Meyvələri yastılaşmış fındıqca olub, yuxarısı oyuqlu
qanadcıqlıdır. Növləri BQ, KQ, Lənkəran və Naxçıvan dağlıqda yayılmışdır. Cinsin Azərbaycanda
- 28 -
5 növü, Naxçıvan MR-də 3 növü yayılmışdır. Xalqımız qədimdən cinsin 2 növündən istifadə
etmişlər.
Ulmus
glabra Huds.-Hamar qarağac. Hündür ağac olub, yarpaqları iri 18x7 sm ölçüdə,
elliptik, tərs yumurtavari və ya uzunsov, əsası qeyri bərabər tərəfli, üzəri kələkötür, altı yumşaq
tükcüklüdür. Fındıqca ipəyi tükcüklü qanadın ortasında yerləşib və yuxarı oyuqla dar yarıqla
ayrılmışdır. Orta dağlıq qurşağın meşələrində yayılmışdır. Mezofit bitki olub, Qafqaz-Pontik
coğrafi tipinə aiddir.
Ulmus scabra Mill.- Çılpaq qarağac. Hündür ağac olub, yarpaqları iri, 12-2 x 10-12sm ölçüdə,
tərs yumurtavari və ya uzunsov, əsası qeyri bərabər tərəfli, sərt tükcüklü və qısa saplaqlıdır.
Fındıqca qanadın ortasında yerləşıb və yuxarı oyuqla dar yarıqla ayrılıbdır. Orta qurşağın
meşələrində yayılmışdır. Mezofit bitki olub, Avropa-Aralıq dənizi coğrafi tipinə aiddir:
Crataegus L.-Yemişan. Rosaceae Juss. fəsiləsinə aiddir. Ağac və ya kol bitkisi olub, növbəli,
sadə, lələkvari damarlı, adətən paycıqlı və ya dilimli dişcikli yarpaqlıdir. Çiçəkləri 5 üzvlüdür,
mürəkkəb və ya sadə çətirdə toplanıbdır. Kasayarpaqları və ləçəkləri 5, yumurtalıq 1-2-5 meyvə
yarpağından əmələ gəlib və 1-2 bəzən 3-5 yuvalıdır. Meyvələri sarı, qırmızı və qara olub, ətlidir.
Azərbaycanda 21, Naxçıvan. MR-də 21 növü yayılmışdır. Qanqırmızı yemişan növündən istifadə
edilmişdir.
Crataegus sanguinea Pall.- Qanqırmızı yemişan. Kol bitkisi olub, qabığı tutqun boz rəngli və
az tikanlıdır. Yarpaqları tutqun yaşıl, üst hissəsi parıldayan, alt tərəfi tükcüklü, əsası uzun pazvari
və daha uzun paycıqlıdır. Çiçək qrupu yığcamdır. Meyvəsi gilənarı-qırmızı və girdədir. Orta dağlıq
qurşağın meşələrində yayılmışdır (Şəkil 3).
Şəkil 3. Crataegus sanguinea Pall.-Qanqırmızı yemişan
Yaşayış məskənləri və evlərin etnoqrafik baxımdan tədqiqindən tam aydın olur ki, maddi
mədəniyyətin bu sahəsi əsrlər boyu bir çox təbii-coğrafi, sosial-siyasi, iqtisadi-mədəni və s.
amillərin fəal təsiri ilə böyük təkamül və inkişaf yolu keçmiş, xalq məişətinin əsasını təşkil
etmişdir.Ev-insanların əsas yaşayış vasitələrində olub, onların təbii zəruri istirahətini, təsərrüfat,
məişət və həyati tələblərini təmin edən mühüm mədəniyyət abidəsidir [5].
- 29 -
Ağac materialları, bir qayda olaraq, evin dirək, kərən, pərdi, qapı, dərasər, dam örtüyü,
taxtapuş, pəncərə, sütün, sürahı, divar şkafı (gəncənə), zeh, harma ağacı və müxtəlif bəzək
elementlərinin
(şəbəkə)
hazırlanmasında,
həmçinin
müxtəlif
təyinatlı
təsərrüfat tikililərinin
inşasında istifadə edilirdi. Kərtmə, cığma, aradoldurma kimi ev tiplərinin inşasında ağac materialları
əvəzedilməz idi. Tikinti təcrübəsində qarağac, palıd, fıstıq, göyrüş, vələs, şam, ardıc və b. ağac
cinsləri başlıca yer tuturdu.
Qarğı, qamış və çubuq həyətlərin ətrafına çəpər çəkilməsində və müxtəlif səciyyəli təsərrüfat
tikililərinin (quraqlıq, təndirxana, çardaq, heyvandarlıqla əlaqədar inşa olunan təsərrüfat tikililəri və
s.) ətrafının hörülməsində inşaat materialı kimi çubuq, keçə, palaz, çadır, “örəmə” adlanan xüsusi
hörülmüş qotazlı ipdən istifadə edilirdi.
Respublikamızda qoşqu və yük heyvanları üçün tövlə tikilirdi. Tövləni tikmək üçün həyətin
bir tərəfində düzbucaqlı formada təxminən 1-1,5 m dərinliyində kalafa qazır, onun ortasına “T”
şəkilli “aşıq dirəyi” basdırırdılar. “Aşıq dirəyi”nin üstünə atılan qoşa tirlərin ucları harma diklərin
üstündə yerləşdirilmiş kərənlərin üzərinə düşürdü. Sonra kalafanın qırağı boyunca (əgər kalafanın
içərisində daş divar hörülübsə), daş divarın üstünə harma (keşəbənd) döşəyib tövlənin üstündə
çəpəki şəkildə, bir ucu harmanın, bir ucu isə aşıq dirəyinin üstündən keçən qoşa tirlərin üzərinə
düşməklə pərdilər düzür, onun da üstünü avarla basdıraraq torpaq qatı əlavə edib möhkəm
tapdalayardılar. Tövlənin dam örtüyünün bütün ağırlığı “aşıq dirəyi”nin üstünə düşdüyündən, o,
adətən ağır və davamı ağac növlərindən (palıd, ardıc və s.) yonulub dördkünc formada düzədilirdi.
Tikilinin qapısı dabanlı olmaqla, adətən palıd ağacından yonulur, geydirmə üsulu ilə hissələr bir-
birinə bərkidilirdi. Maili olaraq tövlənin içərisinə enən giriş yolunun qarşısında dörd dirək üzərində
çardaq tikilirdi [3]. Tövlədə heyvanların yemlənməsi üçün axur da tikilirdi. Müxtəlif ağac
növlərindən istifadə edilmişdir:
Fagaceae Dumort. - Fıstıqkimilər. Böyük ağaclar olub, yarpaqları sadə və növbəli, birevli və
çiçəkləri müxtəlif cinslidir. Erkək çiçəkləri başcıq və ya uzun sırğada, dişi çiçəkləri sünbülvari
çiçək qrupunda toplanıbdır. Çiçəkyanlığı xırda, sadə və 4-8 ləçəklidir. Erkəkcikləri 5-20 ədəddir.
Yumurtalıq 2-6 yuvalı, əsasında birləşmiş 2-6 sütuncuqlu olub altdır. Meyvəsi qoza olub
çiçəkaltlıqlarından əmələ gəlmiş qədəh içərisindədir.
Quercus L.- Palıd. Böyük ağaclardır. Yarpaqları tam kənarlı, dişcikli və ya az-çox dərəcədə
paycıqlıdır. Erkəkcikləri 4-12 ədəd, çiçəkyanlığı 4-7 bölümlü və çiçəkləri sırğada toplanıbdır. Dişi
çiçəkləri tək və ya bir neçə ədəd olub budaqların sonunda yerləşirlər. Yumurtalıq 3 və ya 4 yuvalı, 3
sütuncuqludur. Meyvəsi birtoxumlu qozadır. Qoza çiçəkaltlıqlarından əmələ gəlmiş qədəh
içərisindədir. Cinsin Azərbaycanda 9 növü, Naxçıvan MR-də 4 növü yayılmışdır.
Quercus macranthera Fisch.& C.A. Mey. ex Hohen- Şərq palıdı. 10-15m hündürlükdə iri
ağac olub, gövdəsi tutqun və yarıqlı qabıqla örtülüdür. Cavan budaqlarının qabığı bozumtuldur.
Yarpaqları dərin oyuqlu-paycıqlı, üst tərəfi çılpaq, alt tərəfi və saplağı sıx tükcüklüdür. Bircinsli və
birevli bitkidir. Orta və subalp qurşağın meşələrində bitir. Coğrafi tipi: Kiçik Asiya- Qafqaz. BQ,
KQ, Lənkəran dağlıq və Naxçıvan dağlıqda yayılmışdır.
Sərvkimilər - Cupressaceae S.F.Gray. Ağac və ya kol bitkiləridir. Yarpaqları iynəvari və ya
pulcuqvaridir. Çiçək qrupu qozaşəkilli, qısa budaqların sonunda və ya qoltuğunda yerləşir. Erkək
çiçəklər çoxsaylı pulcuqvari erkəkcikli olub, hər birində 3-6 sərbəst tozcuq kisəciyi vardır. Meyvə
yarpaqları bir və ya çox yumurtacıqlı qozadır. Toxumu qanadsız, ləpələr 2 nadirən 5-6 olur.
Ardıc - Juniperus L. Ağac və ya kol bitkisi olub, yarpaqları iynə və ya pulcuqvaridir.
Yarpaqaltlıqları yoxdur. Çiçəkləri bircinsli və ya ikicinslidir. Çiçəkləri yarpaq bucağında və ya
budaqların təpə hissəsində yerləşib, əsası pulcuqlarla təchiz olunubdur. Erkək sünbül oval, çoxsaylı,
yuxarısında 3-7 qabarıq tozcuqlu, pulcuqvari-qalxanvari erkəkciklidir. Dişi çiçəklər 3-6
pulcuqludur. Meyvələri ikinci il yetişir. Cinsin Azərbaycanda 7 növü, Naxçıvan MR-də 5 növü
yayılmışdır.
Adi ardıc - Juniperus communis L. Hündürlüyü 1-3 m olan koldur. Cavan budaqların qabığı
qırmızımtıl, köhnə budaqların qabığı tünd boz rəngdədir. Yarpaqları iynəvari və ucu tikanvari
sivridir. Üst tərəfində bir ağ zolaq, alt tərəfində küt til vardır. Göyümtül ləkəli qara meyvələri
Dostları ilə paylaş: |