UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
9
Əvəzləşdirmə. Maliyyə aktivləri və maliyyə öhdəlikləri yalnız uçotda tanınmış məbləğlərin
əvəzləşdirilməsi üçün qanuni hüquq mövcud olduqda və xalis məbləğ əsasında hesablaşmalar
aparılması, yaxud eyni vaxtda aktivlərin satılması və öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulduqda
qarşılıqlı əvəzləşdirilir, xalis məbləğ isə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda
açıqlanır. Gəlir və xərclər hər hansı bir mühasibat uçotu standartları və ya şərhlərində və Qrupun
mühasibat uçotu qaydalarında xüsusi olaraq açıqlanması tələb və qəbul olunmadığı halda məcmu
mənfəət haqqında konsolidə edilmiş hesabatda əvəzləşdirilmir.
Əsas mühasibat uçotu qaydaları aşağıda açıqlanır.
Konsolidasiyanın əsasları
Hazırki konsolidə edilmiş maliyyə hesabatlarına Bankın və Bank tərəfindən nəzarət edilən
müəssisələrin (onun struktur müəssisələri), eləcə də onun törəmə müəssisələrinin maliyyə
hesabatları daxildir. Nəzarət aşağıdakı hallarda həyata keçirilir:
Bank investisiya qoyulan müəssisə üzərində səlahiyyətə malik olduqda;
Bank investisiya qoyulan müəssisə ilə iş birliyindən gəlir əldə etdikdə və ya belə gəlirlərə hüquqa
malik olduqda;
Bank gəlirlərə təsir etmək üçün öz səlahiyyətindən istifadə etmək qabiliyyətinə malik olduqda.
Bank, fakt və mövcud vəziyyətlərin nəzarətin yuxarıda qeyd olunan üç elementindən birinə və ya
daha çoxuna dəyişiklər edildiyini göstərdiyi təqdirdə, investisiya qoyulan müəssisəyə nəzarət edib-
etməməsini yenidən qiymətləndirir.
Mənfəət və ya zərər və digər məcmu mənfəətin hər bir komponenti Bankın səhmdarlarına və qeyri-
nəzarət paylarına aid edilir. Törəmə müəssisələrin cəmi məcmu mənfəəti, hətta qeyri-nəzarət payları
üzrə balansda kəsirin yaransa belə, Bankın səhmdarlarına və qeyri-nəzarət paylarına aid edilir.
Tələb olunduqda, törəmə müəssisələrin mühasibat uçotu qaydalarının Qrupun digər üzvlərinin tətbiq
etdiyi qaydalara uyğunlaşdırılması üçün belə törəmə müəssisələrin maliyyə hesabatlarına düzəlişlər
edilir.
Bütün qrupdaxili əməliyyatlar və qalıqlar konsolidasiya zamanı ləğv olunur.
Qeyri-nəzarət payları
Qeyri-nəzarət payları Bankın birbaşa və ya dolayısı ilə sahib olmadığı törəmə müəssisələrinin mənfəət
və ya zərərinin, habelə xalis aktivlərinin bir hissəsidir.
Qeyri-nəzarət payları məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda, eləcə də maliyyə
vəziyyəti haqqında konsolidə edilmiş hesabatda ana müəssisənin səhmdar kapitalından ayrıca kapital
üzrə göstərilir.
Faiz gəlirinin tanınması
Maliyyə aktivi üzrə faiz gəliri iqtisadi mənfəətin Qrupa daxil olması ehtimalı olduqda və gəlir məbləğinin
etibarlı qiymətləndirilməsi mümkün olduqda tanınır. Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə
etməklə hesablama metodu ilə uçot əsasında tanınır. Effektiv faiz metodu maliyyə aktivi və ya maliyyə
öhdəliyinin (yaxud maliyyə aktivləri və ya öhdəlikləri qrupunun) amortizasiya olunmuş dəyərinin
hesablanması və faiz gəliri, yaxud faiz xərcinin müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur.
Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət
ərzində hesablanmış gələcək nağd pul daxilolmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz
hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər
mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə diskontlaşdıran
dərəcədir.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
10
Maliyyə aktivi, yaxud analoji maliyyə aktivləri qrupu ehtimal olunan dəyərsizləşmə zərərinin baş
verməsi nəticəsində hesabdan silinərsə (qismən), faiz gəliri bundan sonra dəyərsizləşmə üzrə zərərin
ölçülərini müəyyən etmək məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq
edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.
Ədalətli dəyərlə qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri daxilində təsnif edilir.
Gəlirin tanınması – digər
Haqq və komissiya gəlirinin tanınması
Kreditlərin verilməsinə görə komissiya haqları birbaşa xərclər ilə birlikdə təxirə salınır və kredit üzrə
effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılmasının xüsusi kredit razılaşmasının
bağlanmasına gətirib çıxaracağı ehtimal edilən hallarda, kreditin alınmasına görə komissiya haqqı
birbaşa xərclər ilə birlikdə təxirə salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi
uçotda tanınır. Kreditin ayrılmasının xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnməsi ehtimal
edilmədiyi hallarda, kreditin alınmasına görə komissiya haqqı kreditin verilmə müddətinin qalan dövrü
üzrə mənfəət və zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit verilmədən başa
çatarsa, belə öhdəliyə görə komissiya haqqı müddət başa çatdığı anda mənfəət və zərərdə tanınır.
Kredit xidməti haqları xidmətlərin yerinə yetirildiyi təqdirdə gəlirlər kimi uçotda tanınır.
Sindikasiya başa çatdığı zaman kredit sindikasiyası üzrə haqlar mənfəət və ya zərərdə tanınır. Bütün
digər komissiya haqları yalnız xidmətlər göstərildikdən sonra tanınır.
Maliyyə alətləri
Qrup maliyyə aləti üzrə müqavilə öhdəliyinə tərəf olduğu halda, maliyyə aktivləri və öhdəlikləri
maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınır.
Maliyyə aktivləri və öhdəliklərinin adi
alqı-satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır. Adi alqı və ya
satqı, bazarda hər hansı qayda və ya razılaşma ilə müəyyən edilmiş vaxt çərçivəsində aktivlərin
təqdim edilməsini tələb edən maliyyə aktivi alqı-satqısıdır.
Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilkin anda ədalətli dəyərlə ölçülür. Maliyyə aktivləri və maliyyə
öhdəliklərinin alınması və buraxılmasına birbaşa aidiyyəti olan əməliyyat xərcləri (ədalətli dəyəri
mənfəət və ya zərərdə tanınan maliyyə aktivləri və maliyyə öhdəlikləri istisna edilməklə) uçotda ilkin
tanınma anında maliyyə aktivləri, yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq ədalətli dəyərinə əlavə
edilir və ya bu dəyərdən çıxılır.
Maliyyə aktivləri və ya öhdəliklərinin mənfəət və ya zərərdə tanınan ədalətli dəyərlə alınmasına birbaşa
aidiyyəti olan əməliyyat xərcləri dərhal mənfəət və ya zərərdə tanınır.
Maliyyə aktivləri
Maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalar üzrə təsnif edilir: “Ödəniş müddətinə qədər saxlanılan”
investisiyalar, “satılabilən” (SB) maliyyə aktivləri və “kreditlər və debitor borcları”. Təsnifləşdirmə
maliyyə alətinin mahiyyəti və məqsədindən asılıdır və ilkin tanınma zamanı müəyyən olunur.
Satılabilən maliyyə aktivləri
Satılabilən maliyyə aktivləri satılabilən kimi müəyyən edilmiş yaxud da (a) kreditlər və debitor borcları,
(b) ödəmə müddətinə qədər saxlanılan investisiyalar və ya (c) ƏDMZ tanınan maliyyə aktivləri kimi
təsnif olunmayan qeyri-derivativlərdir.