-
Bütün dünya xalqları kimi, Polşa xalqı da Azərbaycan şairi Səməd
Vurğunun poeziyasını çox sevir. Elə təkcə «Azərbaycan» şerinə görə
ona xa
lq nəğməkarı demək mümkündür. Çünki S.Vurğun burada Vətənin
ən əlamətdar keyfiyyətlərini ümumiləşdirir.
***
Miroslav İvanoviç (Çexoslovakiya):
-
Vurğun bizə ona görə əzizdir ki, onun poeziyasında xalqın ruhu, doğma
torpağın ruhu yaşayır. Məhz buna görə də
o, həqiqi xalq şairidir və daim
xalq şairi olaraq qalacaqdır.
***
Georgi Strumski (Bolqarıstan):
-
«Vurğun» ləqəbi seçib əsərlərini belə imzalamaq necə də gözəl, həm
də cəsur bir addımdır. Özü də Şərq poeziyası üçün ənənəvi gözəlliyin
vurğunu yox, yaradıcısı olduğun yeni həyatın vurğunu…
***
Yan Sudrabkaln (Litva):
… Səməd Vurğunun şerlərini oxuyarkən biz onun özünü görür, səsini
eşidir, qəlbinin hərarətini duyuruq. Elə bil şəffaf güzgüdə bütün geniş,
hüdudsuz səmanı əks etdirən mavi gölə baxırsan. Mənə elə gəlir ki, isti
yay gecəsində eyvana çıxmışam. Hər tərəfdən növbənöv güllərin,
növbənöv meyvələrin insanı məst edən ətri gəlir.
***
Andris Veyan (Latviya):
-
Mən Səməd Vurğunun sözlərini indi də yada salıram, xüsusən qələmim
çətin işləyəndə. Budur, 195
6-
cı ildir… Xəzər sahilindəyəm. Bakıda
küləklər oynaşır. Bahar fəslidir. Amma qəlbimiz kədərlidir. Axı, biz Səməd
Vurğuun «son» yubiley məclisinin qonaqlarıyıq. Danışmaqdan çox
susuruq, həyat haqqında, əbədiyyat haqqında düşüncələrə dalırıq…
***
Antanas Venslova (Litva):
-
Mən Səməd Vurğunla Moskvada, Yazıçılar İttifaqında, İttifaqın plenum
və iclaslarında, Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə,
SSRİ Ali Sovetinin sessiyalarında, ümumdünya sülh konqresində tez
-tez
görüşmüşəm. Onu həmişə sadə, xeyirxah və nəcib, səmimi dost və gözəl
şair kimi görmək olardı. Poeziyanı o, qədər sözün əsl mənasında nə
qədər sevmək mümkümdürsə, bir o qədər böyük məhəbbətlə sevirdi.
Poeziyasız onun həyatını təsəvvür etmək çətin idi. O, qardaş xalqları
yaxından tanıdığı
və alqışladığı böyük istedad idi… …Səməd Vurğunun
nəğmələri, onun adı, bəli, şair və insanın adı şərəfli əbədiyyətə
qovuşacaqdır…
***
Aleksandr Fadeyev (Rusiya):
-
Onun ülvi poeziyası xalqımızın poeziyasının ən yaxşı əsərləri
kəşkəşanında parlaq ulduz kim şəfəq saçır. Müxtəlif millətlərə mənsub
olan milyonlarla bu poeziyanı sevir. Mən çoxdan bu poeziyanın
məftunuyam… Dostlar
-
həyatımızda ən böyük səadətdir və nə yaxşı ki,
dünyada Səməd Vurğun var!
***
Mixail Şoloxov (Rusiya):
-
Elə təkcə onun xarici görünüşünün özu bədii əsər üçün müdrik bir obraz
idi. O, gözəl və əvəzsiz insan idi. Onun ölümü biz yazıçıların qəlbinə,
ürəyinə dağ çəkdi…
***
Konstantin Simonov (Rusiya):
-
Səməd gözəl şair, mərd insan və sədaqətli dost idi. O, həqiqi xalqlar
dostluğunun, şairlər arasındakı dostluğun nə demək olduğunu çox gözəl
bilirdi. Məhz buna görə də ölkəmizin hər yerində və onun hüdudları
xaricində Səmədin çoxlu dostları vardı…
***
Yemilian Bukov (Moldaviya):
-
Səməd Vurğun böyük hərflərlə yazılan əsl insan idi. O, həyatı, insanı
çox yüksək qiymətləndirirdi və buna görə də hamının ürəyinə tez yol
tapırdı. Bəzən sənə o qədər sadə görünürdü ki, belə bir nəhəng istedad
sahibi olduğunu təsəvvürə gətirə bilmirdin… …Azərbaycan xalqına eşq
olsun ki, adı böyük hərflərlə yazılan bir İnsanı
-
mənim Səməd Vurğunumu
dünyaya gətirmişdir!
***
Maksim Rılski (Ukrayna):
-
Səməd Vurğun ədəbiyyatda həmişə yüksək, romantik, poetik üslubu
bəzi ədəbiyyatçıların qanadsız təsvirçiliyinə qarşı qoymuş və bu üslubu
ehtirasla müdafiə etmişdir...O, yalnız böyük poetik istedada deyil, həm də
parlaq, dərin zəkaya və böyük ürəyə malik insan idi.
***
Boris Oleynik(Ukrayna):
Mən Səməd Vurğundan danışanda onu cismən saf bilirəm, axı həqiqi
şairlər heç vaxt ölmür, onlar yalnız həyatdan yaddaşlara köçürlər
***
Maksim Tank (Belorusiya):
-
O, xalqına təkcə şeri ilə deyil, qəlbinin bütün hərarəti ilə şairliyin bütün
nəğməkarlıq qüvvəsi ilə xidmət etmişdir. Onun ecazkar orijinal lirikası,
dramları misilsiz qiymətə malikdir. Bu əsərlər Azərbaycan poeziyasının
üslubunun və dilinin formalaşmasında böyük rol oynamış, bütün
çoxmillətli ədəbiyyatımızın inkişafına müsbət təsir göstərmişdir.
***
Petrus Brovka (Belarusiya):
-
O, təkcə qardaş Azərbaycanın yox, bütün sovet xalqlarının şairi idi.
Onun müdrik ağlı, həssas, xeyirxah ürəyi vardı və buna görə də dostları
Səməd Vurğuna dərin məhəbbət bəsləyirdilər.
***
Damdinsurengiyn Urianxay (Monqolustan):
-
Səməd Vurğunla mən, minlərlə yaşıdlarım kimi, hələ uşaqlıq
çağlarından tanışam. Monqol dilinə tərcümə edilmiş «Zəncinin arzuları»