Mühazirə 4-5
Yerin daxili quruluş u. Yerin geoloji inkiş af tarixi.
Planetar inkişaf mərhələsinin sonunda yəni təqribən 4-4,5 mlrd il bundan
ə
vvəl ilkin nazik yer qabığının əmələ gəlməsindən sonra yerin geoloji-inkişaf tarixi
başlanmışdır. Bu mərhələnin əvvəlində yer qabığı hətlə çox mütəhərrik idi. O
asanlıqla mantiyadan qalxan ərimiş maddələrlə parçalanırdı. Lakin səthdə soyuyan
lavaların qalınlığı artdıqca yer qabığında böyük qalınlığa malik olan nisbətən sabit
hissələr yaranmağa başladı. Həmin sahələrdə səthə çıxan lavaların miqdarı kəskin
azaldığından səthə yaxın dərinlikdə intruziv mənşəli maqmatik süxurların
yaranması baş verdi. Bu dövrdən başlayaraq yer qabığı quruluşuna və mənşəyinə
görə bir birindən kəskin fərqlənən iki tərkib hissəyə: qalın, sabit, nisbətən az
parçalanmış platformalara və mütəhərrik vulkan püskürmələrinin və zəlzələlərin
fəal baş verdiyi geosinklinallara bölündü. Bundan sonra yer qabığının geoloji
inkişaf tarixi bu iki tərkib hissəsi arasındakı, mübarizə tarixidir. Geoloji inkişaf
tarixinin ilk mərhələsindən yəni arxey erasında artıq yerin daxili quruluşu
formalaşmıc oldu. Bildiyimiz kimi, yerin mərkəzində qalınlığı 3500 km-ə çatan
daxili və xarici nüvəyə bölünən temperaturun 3500-5500°C –yə bərəbər, atmosfer
təzyiqi 1000000-300000 atmosfer arasında dəyişilən çox ağır «nüvə» yerləşmişdir.
Onun tərkibindəki ərimiş lakin bərk vəziyyətdə olan maddələrin 85-90% dəmirli
birləşmələrdən ibarət olduğu güman olunur.
Nüvəni hər tərəfdən qalınlığı 2800 km-dən artıq olan maddələri ərimiş, lakin
plastik vəziyyətdə olan «mantiya» əhatə etmişdir. Fiziki və kimyəvi
xüsusiyyətlərinə görə mantiyanı 2 hissəyə alt və üst mantiyaya bölürlər. Üst
mantiyada yer səthindən 100-135 km dərinlikdə «astanosfer» yerləşmişdir. Orada
maddələr ərimiş, lakin yumşaq haldadır. Fəaliyyət göstərən vulkanların vulkan
ocağı və dərin fokuslu zəlzələlərin hiposentri astenosferdə yerləşir. Mantiyanın
tərkibi əsasən maqnezium olan maqnezium – oksiddən dəmir oksiddən, silisium
oksiddən ibarətdir. Oradakı maddələrin 8% - i dəmirli birləşmələr olduğu qəbul
olunmuşdur. Səthdəki bərk təbəqə isə qalınlığı 1-5 – 70-90km arasında dəyişən
«yer qabığıdır». Yer qabığı ilə mantiyanın arasındakı sərhəd bazalt təbəqəsi ilə
Melikov Behruz
astanosfer arasında olan sərhəddir və o «Moxo sərhəddi» adlanır. Bazalt təbəqəsi
ilə qranit arasındakı sərhəd Qutenberq, çökmə süxür ilə qranit arasındakı sərhəd isə
«Konrad sərhəddi» adlanır. Beləlikdə yer qabığı üç laydan ibarətdir: çökmə, qranit,
bazalt. Okeanda isə tədricən qranit təbəqəsi yoxa çıxır. Yer qabığının ən nazik
hissəsi orta okean silsilələrində olan rift dərələrindədir. Orada mantiya yer səthinə
1-3 km – dək yaxınlaşır. Dərin Sulu okean növlarında isə okean tipli yer qabığının
qalınlığı təqribən 5km-dir. Okean yatağı düzənliklərinin yaxınlığında yer qabığının
qalınlığı 10-15km-dək artır. Düzənliklərdə yer qabığının qalınlığı 15-35km,
Qafqaz dağlarında 50-55 kmdir, Mərkəzi Asiyada 70-90km-dir. Vulkan
ocaqlarının və dərin fokuslu zəlzələ ocaqlarının yerləşdiyi üst mantiyanın üst
hissən ilə birlikdə yer qabığı litosfer adlanır. Onun qalınlığı 50-90km-lə 200-
250km arasında dəyişilir. Litosferin üst mantiya ilə alt sərhədi Benyoff sərhəd
adlanır. Litosfer bütöv bir təbəqə olmayıb dərinlik qırılmaları vaistəsi ilə ayrı-ayrı
hissələrə: litosfer tavalarına bölünür. Bu tavaların təmas zonasında baş verən
endodinamiki proseslər yer qabığının və yer səthinin müasir strukturunu müəyyən
edir.
Son 4,5-5 mlrd il ərzində baş verən geoloji prosesləri tədqiq edən
mütəxəssislər yerin geoloji inkişaf tarixini aşkarlamışlar. Bu hadisələrin baş vermə
mexanizmini açmaq üçün isə müxtəlif geotektonik nəzəriyyələr irəli sürülmüşdür.
Bunlardan ən geniş yayılanlardan: geosinklinallar nəzəriyyəsi, materiklərin dreyfi
nəzəriyyəsi, rotasiya nəzəriyyəsi, konvensiya və XX əsrin 60-cı illərində inkişaf
etdirilən «yeni qlobal tektonika» və ya «litosfer tavaları «nəzəriyyəsini» göstərmək
olar.
Yer maqnitizmi haqqında
Sürətlə fırlanan plastik elektrik keçirən maye yer nüvəsində sürətlə hərəkət
etməklə yerin ətrafında yaranan maqnit sahəsini induksiyalaşdırır. Yerin maqnit
sahəsi yer ətrafı fəzada bir neçə yer radiusu qədər məsafədə yerləşir. Yerin
geomaqnit sahəsi Günəş küləyi ilə əlaqəyə girərək Yerin maqnitosferini əmələ
gətirir. Bu təbəqə yer səthini həyat üçün təhlükəli olan yüklü günəş küləyindən
Melikov Behruz
qoruyur Yer səthindən təqribən 4400km məsafə də zəfləyir 90000km məsafədə isə
onun təsiri itir. Bu yer maqnitosferinin üst sərhəddidir. Maqnitosferin ilkin
yaranma tarixi ay erasına yəni təqribən 4-4,5 mlrd il bundan əvvələ təsadüf edir.
Melikov Behruz
Mühazirə 6-7
Yer qabığ ının quruluş u. Litosfer tavaları nə zə riyyə si.
Bildiyimiz kimi yer səthinin bərk cisimlər kompleksinə yer qabığı deyilir
Kant-Laplas fərziyyəsinə görə Yer qabığının ilkin ərimiş yerin soyuması
nəticəsində əmələ gəlməsi güman edilirdisə, müasir elmdə isə onun mantiyanın
ə
rimiş maddəsinin yer səthində soyuması nəticədə əmələ gəldiyi fikri qəbul olunur.
Eyni zamanda səthə çıxan lavadan su buxarı və yüngül qazlar ayrılıdıqdan sonra
ilkin bazaltdan ibarət olan bərk yer qabığı formalaşmağa başlamışdır. Bildiyimiz
kimi, yer qabığının əmələ gəlməsi və inkişafı haqqında hamı tərəfindən qəbul
edilən tektonik nəzəriyyə yoxdur. Onların arasında aşağıdakıları qeyd etmək
lazımdır.
I Fiksizlər nəzəriyyəsi (hərəkətsiz, dəyişməyən)
Onun tərəfdarlarının firinə cörə materiklər həmişə hazırda onların tutduqları
yerdə qalmışlar. Onlar relyefin, paleo iqlimin və üzvi aləmin bütün tarixini bu
mövqedən izah etməyə çalışırdılar.
II Mobilistlə r (hə rə kə tli) nə zə riyyə si
Bu nəzəriyyənin tərəfdarları sübut edirlər ki, litosfer tavaları mövcüddür.
Onlar daim hərəkət edirlər və yer səthində gedən bütün endogen proseslərin kökü
litosfer tavalarının hərəkətindədir. Bu fərziyyə özünün təsdiqini okean dibindən
ə
ldə olunan ən yeni faktik materiallarda tapmışdır.
III Okean dibinin hesabına materiklə rin böyümə si nə zə riyyə si
IV Geosinklinallar nə zə riyyə si: dağ ları ə mə lə gə lmə si yolu ilə quru sahə sinin
bölünmə si
V Rotasiya nə zə riyyə si
Madam ki, yerin forması riyazi sferoid səth ilə uyğun gəlir və qeyri-bərabər
fırlanması ilə əlaqədar olaraq başqa cür qurulur, fırlanan planetdəki zonal zolaqlar
və meridional sektorlar tektonik cəhətdən istər-istəməz eyni qiymətli olmur,
yerdaxili proseslərin törətdiyi tektonik gərginliklərə müxtəlif fəallıq dərəcəsində
reaksiya verirlər.
Yuxarıda sadatanan I-si nəzərə alınmır Yer qabığının əmələ gəlməsi əvvəlcə
Melikov Behruz
Dostları ilə paylaş: |