Gülsüm Hüseynova. Tat dilinin leksikası
19
19
uzaqlaşdığını göstərmişdir (178, 232; 188). Dağ yəhudiləri
Azərbaycanda,
Dağıstanda,
Kabardin-Balkarda
məskən
salmışlar.
Tat dili ilə yəhudi tatlarının dili arasında quruluş
yaxınlığı ilə yanaşı, əhəmiyyətli dil fərqləri də var. Bu, qeyd
olunan dillərin daşıyıcılarının ünsiyyət prosesində bir-birini
tam başa düşməməsinə səbəb olur. Tat dilinin fonetika,
qrammatika və leksikasına daha çox Azərbaycan dili, yəhudi
tat dilinin fonetika, qrammatika və leksikasına isə daha çox
ivrit dilinin təsiri olmuşdur. Yəhudi tat dilinin lüğət tərkibində
ivritdən alınmalar xüsusi leksik qat təşkil edir, bu dilin
fonemlər sistemində yuxarı farinqal samitlərin çoxluğu diqqəti
cəlb edir (179, 11-23; 178, 233-234, 241; 234, 27; 233, 160-
168; 307, 127-139). Tat və yəhudi – tat dilləri funksional və
sosial-mədəni xüsusiyyətlərinə görə də fərqlənir. Azərbaycan
öz müstəqilliyini bərpa etdiyi dövrə qədər tat dilinin yazısı
olmamışdır. Müstəqil Azərbaycanda azsaylı xalqların dilinə
göstərilən qayğı sayəsində tat dilinin əlifbası tərtib edilmiş, bu
dildə kitab nəşrinə başlanmışdır. Yəhudi – tat dilinin yazısı və
ədəbi dili mövcuddur. Bu dildə yazılmış ədəbi əsərlər
ümumdağıstan ədəbi sistemində yer almışdır (239).
Tat dilinin öyrənilməyə başladığı dövrdən, yəni XIX
əsrin axırları – XX əsrin əvvəllərindən elmi ədəbiyyatda
terminoloji anlaşılmazlıq olmasın deyə tat dilinin adı ənənəvi
etnik prinsip üzrə verilmişdir. Etnik tatların dili müsəlman
tatlarının
dili,
şimali
Azərbaycan
tatlarının
dili
adlandırılmışdır ki, bu da tat dili kimi səciyyələndirilə bilər.
Digər dil ortaqlığı ilə seçilən dağ yəhudilərinin dili yəhudi-tat
dili və ya yəhudi-tat ləhcəsi, tat dilinin yəhudi dialekti
adlandırılmışdır. Ötən əsrin 70-80-ci illərində nəşr olunmuş
əsərlərdə tat dilinin coğrafi əraziyə görə fərqləndirilməsi
özünü göstərmişdir. Məxsusi tat dili ilə yəhudi-tat dilinin
Gülsüm Hüseynova. Tat dilinin leksikası
20
20
fərqləndirilməsi məqsədi ilə tat dilinin cənub dialekti və tat
dilinin şimal dialekti terminlərindən də istifadə olunmuşdur
(189, 122-127). Ötən əsrin 90-cı illərinin əvvələrində İran
dilləri ilə bağlı elmi əsərlərdə yəhudi-tat dili termini
qərarlaşmışdır (241, 15-16; 240, 65-67).
Azərbaycan ərazisində yaşayan tatların dilində dialekt,
ləhcə və şivə fərqləri olduğunu ilk dəfə xüsusi qeyd edən
Vs.Miller olmuşdur. Vs.Miller bu dialekt və ləhcələrin
təsnifatını verməyə cəhd göstərməmiş, yalnız bu fərqlərin
mövcudluğunu qeyd etmişdir (234, 235).
A.L.Qrünberq Azərbaycanda yaşayan tatların dilindəki
ləhcə fərqlərinin müəyyənləşdirmək və həmin ləhcələrin
sərhədini təyin etmək üçün fonetik, leksik-qrammatik fərqlərlə
yanaşı, dini fərqləri də əsas götürmüşdür. O, qeyd etmişdir ki,
sünni və şiələrin dili arasında əsaslı dərəcədə ləhcə fərqləri
var. Bundan sonra müəllif tat ləhcələrinin aşağıdakı ilkin
təsnifini vermişdir: 1) şimal (sünni) şivələri – Quba, Dəvəçi,
Qonaqkənd rayonları və Xızı rayonunun Qızıl Qazma kənd
sovetliyi ərazisində yayılmış şivələr; 2) mərkəzi (şiə) şivəsi –
Xızı rayonunun Ərüsküş və Dağ quşçu kənd sovetliyi ərazisin-
də yayılmış şivə; 3) cənub (şiə) şivələri – Xızı rayonunun digər
ərazilərində və Siyəzən rayonu ərazisində yayılmış şivələr
(177, 8). Göründüyü kimi, A.Qrünberqin təsnifində Abşeron
və Lahıc şivələrinin adları, ümumiyyətlə, çəkilmir. Halbuki,
Lahıc ləhcəsinin tat dilinin digər şivə və ləhcələrindən fərq-
lənməsi haqqında hələ Vs.Miller qeyd etmişdir (236).
Tat dilinin Azərbaycanda yayılmış ləhcələrindən bəhs
edərkən M.Hacıyev, demək olar ki, A.Qrünberqin təsnifatını
qəbul etmişdir. Onun təsnifat sxemində cənub qrupuna
Abşeron, Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı)
tatlarının ləhcəsi də əlavə edilmişdir (60, 16).
T.Əhmədov tat dilinin Quba ləhcəsində danışan əhalinin
Gülsüm Hüseynova. Tat dilinin leksikası
21
21
Quba rayonunun cənub-şərqində dağlıq və dağətəyi yerlərdə,
cənub-şərqdən Dəvəçi və cənub-qərbdən Qonaqkənd (köhnə
inzibati bölgüyə əsasən) rayonları ilə həmsərhəd zonada
məskunlaşmasını qeyd etmişdir (47, 27).
Dilin dialekt, ləhcə və şivələrə bölgüsü elmi prinsiplər
zəminində aparılır. Bu məsələ dialektologiyanın tədqiqat
dairəsindədir. Ayırma oxşar və fərqli dil hadisələrinin təyini
əsasında aparılır. Eyni zamanda müqayisə zamanı oxşarlığın
və fərqin təsadüfi olub-olmaması nəzərə alınmalıdır. «Müqa-
yisə edilən oxşar dil hadisələrinin təsadüfi yaxud qeyri-
təsadüfi olmasının müəyyənləşdirilməsi zamanı müxtəlif
statistik-ehtimal və kəmiyyət meyarı qanunları böyük
əhəmiyyət kəsb edir» (249, 158).
Məsələyə bu cür yanaşdıqda Azərbaycan tatlarının
dillərindəki oxşar və fərqli hadisələrin kifayət qədər
öyrənilmədiyi halda, onun ləhcələrə bölünməsinin şahidi
oluruq. Bizim fikrimizcə, Azərbaycan tatlarının dilinin ləhcə-
lərə bölgüsü əsasında coğrafi prinsipin durması qənaətinə
gəlmək olur. Çünki tat dilini ləhcələrə bölmüş müəlliflər,
əslində, ləhcə səviyyəsində kifayət qədər fərqin olub-
olmadığını açıqlamırlar. Məsələn, T.Əhmədov tat dilinin Quba
ləhcəsini şərti olaraq Rustov, Növdün, Şuduq, Çiçi, Zarqova,
İsnov və Talıblı şivələrinə bölmüşdür. Lakin müəllif qeyd
etdiyi kəndələrdə yaşayan tatların dillərində hansı şivə
fərqlərinin olmasına xüsusi diqqət yetirmir (47, 31).
Burada bir məsələni də diqqət mərkəzinə çəkmək yerinə
düşür. Tatların mənşəyi, tarixi, etnoqrafiyası, mədəniyyəti və
dilləri haqqında müxtəlif tədqiqatlar mövcuddur (35, 36, 59,
60, 73, 90, 153, 154, 177, 178, 181, 183, 188). H əmin
tədqiqatlarda Azərbaycan ərazisində yaşayan tatlar dini
mənsubiyyətlərinə görə aşağıdakı qruplara bölünür: 1) müsəl-
man tatlar; 2) yəhudi tatlar; 3) xristian tatlar.
Dostları ilə paylaş: |