27
dilində xalqın başa düşəcəyi şəkildə şeir dili ilə bəyan etmiş və
Anadolu təsəvvüf şeirində yeni bir dövr açmışdır.
Atabəylər: Səlcuqlu sultanları bir şahzadəni bir əyalətə
vali göndərəndə, onunla birlikdə oğuz bəylərindən bir atabəy də
göndərirdilər. Atabəylər bu şahzadələrin dövlət adamı və
komandan olmasına çalışırdılar. Atabəylər Səlcuq imperatorluğu
dağılandan sonra kiçik dövlətlər qurdular. Bunlardan ən mühümü
Fars,
Azərbaycan, Suriya və İraq atabəyləri idi.
Anadoludakı səlcuqlar Konyanı paytaxt seçib, 230 il
hakimiyyətdə oldular və hakimiyyətlərinin son əlli ilini
monqolların tabeçiliyi altında keçirdilər. Bunlar Rum və Qərb
səlcuqları adı ilə tanınmışlar.
Səlcuq padşahlar istər İranda, istər Anadoluda fars dilini
rəsmi dil seçmişdilər və bu dilin inkişaf edib yayılmasına yardım
etmişdilər. Səlsuqlar zamanında böyük mədrəsələr, məscidlər və
karvansaralar tikilib, İran islam memarlığı inkişaf etdirildi. Bu
məscidlərin payası dörd səthli mürəkkəb bina üzərinə qurulmuş,
onun üstünə səkkizüzlü bina tikilib, girdə günbəzlər isə türklərin
çadırlarından ilham alaraq tikilmişdir. Qulpayeqan məscidi səlcuq
memarlığının nümunəsidir. Uca və silindrik şəkildə olan minarələr
və bişmiş kərpic və kaşının bu binalarda işlənməsi də səlcuqlar
dövrünün yadigarıdır.