Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   2   3   4   5   6   7   8   9   10   ...   45

 
26 
ilk  universitet  sayıla  bilər.  Bu  mədrəsədə  altı  yüz  min  kitab  var 
imiş. 
Səlcuqlar  zamanında  ərəb  dili  və  eyni  zamanda  fars  dili  də 
rəsmi  olmuş,  lakin  dərbar  və  ordu  dili  türk  dili  olmuşdur.  Böyük 
Səlcuq  sultanları  (Məlikşah,  Səncər  və  b.)  fars  dilində  şeirlər 
yazmışlar.  
Anadolu  səlcuqları  da  divan  və  dəftərxana  dilini  fars  dili 
seçmişdilər, lakin h. 656/1277 – ci ildə Qaraman oğlu Məhəmməd 
Konyanı  alandan  sonra  aşağıdakı  fərmanı  yazdırıb,  fars  dilinin 
yerinə  türk  dilini  rəsmi  dil  seçmişdir.  “Bu  gündən  sonra  divanda, 
dərgahda,  bərgahda,  məclis  və  meydanda  türkcədən  başqa  dildə 
danışılmayacaqdır.” 
Bu  hadisədən  sonra  türkcə  şeir  yazmaq  Anadoluda  meydana 
gəlməyə  başlamışdır.  Əlbəttə,  ondan  əvvəl  də  türk  xalqı  təsəvvüf 
şairi  Əhməd  Yəsəvinin  hikmət  və  ilahiyyələrinin  təsirilə  türkcə 
şeirlər yazmağa başlamışdır. Mövləvi də türk dilində bir neçə (17) 
şeir yazmışdır.  
Mövlanə zamanında  yaşayan Əhməd Fəqih və Şiyar Həmzə, 
sonra  Yunis  Əmrə  və  Sultan  Vəlid  oğuz  türkcəsilə  ilk  şeir 
nümunələrini  yazmış,  Gülşəhri  və  Aşıq  Paşa  kimi  klassik  türk 
şeirinin nümayəndələri üçün zəmin hazırlamışlar.  
Yunis  Əmrə  Mövləvinin  türk  xalq  dilində  olan  qarşılığı  və 
bərabəridir.  O,  böyük  urfanı  məfhum  və  əqidələrini  sadə  türk 


 
27 
dilində  xalqın  başa  düşəcəyi  şəkildə  şeir  dili  ilə  bəyan  etmiş  və 
Anadolu təsəvvüf şeirində yeni bir dövr açmışdır.  
Atabəylər:  Səlcuqlu sultanları bir şahzadəni bir əyalətə 
vali  göndərəndə,  onunla  birlikdə  oğuz  bəylərindən  bir  atabəy  də 
göndərirdilər.  Atabəylər  bu  şahzadələrin  dövlət  adamı  və 
komandan  olmasına  çalışırdılar.  Atabəylər  Səlcuq  imperatorluğu 
dağılandan  sonra  kiçik  dövlətlər  qurdular.  Bunlardan  ən  mühümü 
Fars, Azərbaycan, Suriya və İraq atabəyləri idi.  
Anadoludakı  səlcuqlar  Konyanı  paytaxt  seçib,  230  il 
hakimiyyətdə  oldular  və  hakimiyyətlərinin  son  əlli  ilini 
monqolların  tabeçiliyi  altında  keçirdilər.  Bunlar  Rum  və  Qərb 
səlcuqları adı ilə tanınmışlar.  
 
Səlcuq  padşahlar  istər  İranda,  istər  Anadoluda  fars  dilini 
rəsmi  dil  seçmişdilər  və  bu  dilin  inkişaf  edib  yayılmasına  yardım 
etmişdilər.  Səlsuqlar  zamanında  böyük  mədrəsələr,  məscidlər  və 
karvansaralar  tikilib,  İran  islam  memarlığı  inkişaf  etdirildi.  Bu 
məscidlərin  payası  dörd  səthli  mürəkkəb  bina  üzərinə  qurulmuş, 
onun  üstünə  səkkizüzlü  bina  tikilib,  girdə  günbəzlər  isə  türklərin 
çadırlarından  ilham  alaraq  tikilmişdir.  Qulpayeqan  məscidi  səlcuq 
memarlığının nümunəsidir. Uca və silindrik şəkildə olan minarələr 
və  bişmiş  kərpic  və  kaşının  bu  binalarda  işlənməsi  də  səlcuqlar 
dövrünün yadigarıdır.  


 
28 
Isfahan məscidi Məlikşah zamanında və Qulpayeqan məscidi 
Məlikşahın oğlu Əbu Şüca zamanında, Zavare məscidi isə 1135-ci 
ildə tikilmişdir.  
Məqbərələrdən  Toğrul  bəyin  məqbərəsi  Reydə  və  Sultan 
Səncərin  böyük  məqbərəsi  Mərvdə  bu  dövrün  ən  məşhur 
məqbərələrindəndir.  Rəşidəddinin  yazdığına  görə  Sultan  Səncərin 
məqbərəsi dünyanın ən əzəmətli binası imiş.  
Nəcəfdə  Həzrət  Əlinin  qəbri  və  Əbu  Hənifənin  Bağdaddakı 
məqbərəsi  Məlikşah  tərəfindən.  Həzrət  imam  Rzanın  qəbri 
Məşhəddə  və  Həzrət  Əlinin  hesab  olunan  məzarı  –  şərifi  Bəlxdə 
Səncər tərəfindən tikdirilmişdir.  
Səlcuqların  zamanında  ilk  mədrəsə  Nişapurda  Toğrul  bəyin 
fərmanı ilə inşa olundu, Alp Arslan zamanında məşhur Nizamiyyə 
mədrəsəsi  (h.  444\1066)  və  Tus,  Herat,  Bəlx  və  Rey  mədrəsələri, 
habelə  İraq və  Suriyada  böyük mədrəsələr tikildi  və  hamısı  dövlət 
müəssisələrinə çevrildi.   
Karvansaralardan  Toğrulun  dövründə  Ənu  Şirvan  rabatı 
Simnan  il  Şahrud  yolunda  və  Rabate  Şərif  Əbu  Şuca  tərəfindən 
Məşhəd və Sirəxs yolunda tikildi.  
Səlcuq  memarlığı  İran  islam  və  hətta  dünya  memarlığı 
tarixində ən parlaq memarlıq növüdür. Səlcuqlar dövründə  bir çox 
ticarət  yolları  və  yollar  üstündə  karvansaralar,  məscidlər, 
xəstəxanalar, çeşmələr və rabatlar tikilmişdir. 


 
29 
Səlcuqlar  dövründə  Xorasan  və  Xəzər  dənizinin  cənubundan 
oğuzlar,  Qafqazdan  qıpçaqlar  və  xəzərlər  Aəzrbaycana  gəlmişlər. 
Monqolların  yürüşündən  əvvəl  oğuzlar  və  onlarla  birlikdə  uyğur 
türkləri İrana və Azərbaycana  gələrək burada birləşmişlər.  
Monqollar  ordusunun  əksəriyyətini  türklər  təşkil  etmiş  və 
dövlət  təşkilatında  bəxşilər  (dəbirlər)  uyğur  olduğundan,  monqol 
dili  ilə  yanaşı,  uyğur  türkcəsi  də  rəsmi  dil  olmuşdur.  Monqollar 
oxuyub  yazmağı  uyğurlardan  öyrəndikləri  üçün  hər  iki  dil  uyğur 
əlifbası ilə yazılmışdır.  
Uyğur  əlifbası  XVI  əsrə  qədər  davam  etmiş,  ondan  sonra 
onun  yerini  ərəb  əlifbası  tutmuşdur.  Monqollar  türklərin  içində 
əriyib  türkləşmiş  və  bununa  yanaşı  Xorasanda  və  ayrı  fars  dilli 
yerlərdə  yaşayan  monqolların  dilləri  də  farslar  arasında 
farslaşmışdır.  
Monqollar: 
Monqollar  Çingiz  xanın  başçılığı  ilə 
Monqolustanı  və  Çini  alandan  sonra  Türküstana  gələrək 
Mavərənnəhr və İrana hücum etdilər. Bu zaman Şərqi Türküstanda 
uyğurlar qaraxitaylara tabe idi və Monqollar onları məğlub edərək, 
özlərinə tabe etdilər. Bu illərdə Xorasan və Mavərənnəhrdə sultan 
Məhəmməd Xarəzmşah hökmranlıq edirdi.  
Xarəzmşah  monqolların  qarşısında  dayana  bilməyib,  məğlub 
və  tarmar  oldu.  (1222)  Monqollar  Mavərənnəhri  və  Xorasanı 
aldılar  və  zorla  aldıqları  yerlərin  çoxunu  xarabalığa  çevirdilər, 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə