Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   2   3   4   5   6   7   8   9   ...   45

 
14 
Uyğur  xalqının  əsas  hissəsi  Çin  Xalq  Respublikasında  yaşayır. 
BMT-nin 1991-ci il statistik məlumatına görə, Çində 9 milyondan, 
Əfqanıstanda  2  milyondan  çox  uyğur  yaşayır.  1989-cu  il  əhalini 
siyahıyaalmaya  görə  əsasən,  Qazaxıstan  və  Qırğızıstan 
Respublikalarında  262.129 nəfər uyğur yaşayır. 
 
 
 
Uyğurlar  toplu  halında      əsasən  Çin  Xalq  Respublikasının 
qərbində  Şərqi  Türküstanda  yaşayırlar.  1955-ci  ildə  Sintzyan-
Uyğur  Muxtar  Rayonu  yaradılmışdır  ki,uyğurlar  onun  əhalisinin 
əksəriyyətini  təşkil  edir.Bundan  başqa  uyğurlar  Qazaxıstan 
Respublikasının  da  cənubunda  toplu  halında  yaşamaqdadırlar.
 
XIV  əsrdən  başlayaraq  uyğurların  soyadı  tədricən 
unudulmuş,  onların  ümumi  adı  olmamış  və  onlar  özlərini 
yaşadıqları  yerin  adı  ilə  adlandırmışlar.  Məsələn:  Ağsuda 
yaşayanlar ağsuluq, Kaşkarda yaşayanlar kaşğarlıq və s.   
 
Kaşğar əyaləti mancurlar tərəfindən  işğal edildikdən sonra 
burda  yaşayan  uyğurlar  tarançi,  yəni  əkinçi  adlandırılmağa 
başlayır.  1881-1883-cü  illərdə  Rusiyanın  Cetusi  və  Qazaxıstanın 
cənub  əyalətinə  köçən  uyğurlar  da  tarançi  adlanır.  Bundan  başqa 
1917-ci ilə qədərki rus dilində yazılmış elmi ədəbiyyatda uyğurları   
sart, Şərqi Türkustan tatarları da adlandırılmışlar. Uyğur adı sovet 
uyğurlarının 1921-ci ildə Daşkənddə keçirilmiş qurultayında qəbul 
edilmişdir  və  beləliklə,  XIV  əsrə  qədər  mövcud  olmuş  qədim 
etnonim bərpa edilmişdir. Uyğur Muxtar Rayonunda (Çin) yaşayan 


 
15 
uyğurlar  sonralar,tədricən  öz  soyadlarını  bərpa  etmişlər    və  hal-
hazırda bu ad bütün uyğurlar tərəfindən qəbul edilmişdir. 
 Görkəmli  alim  Ramiz  Əsgər  M.Kaşkarinin  divanına 
əsaslanaraq qeyd edir ki, Uyğurlar kağızı və (literi) mətbəə şriftini 
ilk    kəşf  etmiş  bir  türk  boyudur.  XI  əsrdə  onlar  Urumçi,  Turfan, 
Beş Balık, Hami şəhərlərində və ətrafdakı bölgələrdə  yaşayırdılar. 
Kansu  bölgəsindəki  sarı  uyğurlar  tanqutların  hakimiyyəti  altına 
girmiş,  bir  qismi  isə  qərbə  köç  etmişdi.    »Divan«da  uyğurlar 
haqqında  xeyli  məlumat  verilir.  Onların  İskəndərlə  savaşları, 
şəhərləri, ləhcəsi, əlifbası, atalar sözləri barədə bilgilər verilir.  
Uyğur  dili  və  Uyğur  ədəbiyyatı:  Oğuzlar  (doğğuz  oğur-
uyğur)  Göktürk  dövlətini  yıxıb,  onların  yerinə  keçəndən  (745)  az 
bir  müddət  sonra,  üçüncü  xaqanları  Buğu  xan  mani  dinini  qəbul 
edib, onu öz dövlət dini qəbul etdi (h. 142\m. 763). Bundan sonra 
Mani  dini  ilə  bərabər,  mani  dininə  inanan  Soğd  missionerləri 
vasitəsilə  Mani  yazısı  da  türklər  arasında  yayıldı.  Göktürk  yazısı 
tərk edildi. Uyğurların ikinci xaqanı Moyin Çor üçün tikilən abidə 
göktürk yazısı ilə olduğu halda, bundan sonrakı yazılı mətnlər yeni 
yazı  ilə  yazılmağa  başlandı.  Yeni  yazı  soğd  yazısında  bəzi 
dəyişiklər  edərək  icad  edilib,  uyğur  yazısı  adlandırıldı.  Uyğur 
yazısı türklər arasında Mani, Budda və İslam dini yayılandan sonra 
da uzun əsrlər işləndi və   XVI əsrə qədər davam etdi.  


 
16 
Uyğur  əlifbası  sağdan  sola  yazılır,  18  hərfdən  ibarətdir  və 
türk dilinin xüsusiyyətlərini ifadə etmək üçün   kifayət deyildi. Bu 
əlifbada “p”, “b”, “f” səsləri üçün bir hərf vardır, “g” səsi üçün də 
bir  hərf  mövcuddur.  “O”,  “u”,  “ö”  “ü”  üçün  də  yalnız  bir  hərf 
vardır. Uyğur dili göktürkcənin davamıdır . 
 
 
Uyğur  yazısının  tarixi  eranın  əvvəllərinə  gedib  çıxır.Onlar 
əvvəllər  Orxon-Yenisey  əlifbasından  istifadə  etmiş  və  sonra  soğd 
əlifbası  əsasında  qədim  uyğur  əlifbası  yaratmışlar.Qədim  uyğurlar 
hər  iki  əlifba  ilə  bir  hissəsi  orijinal,bir  hissəsi  hind,Çin,toxar 
dillərindən  tərcümə  edilmiş  zəngin  ədəbiyyat  yaratmışlar.Uyğur 
dilində  yazılmış  bədii  əsərlərin  tarixi  bizim  eranın  IV-V  əsrlərinə  
aid edilir.
 
 
 
 
 
 
 
 
 
Türklərdə  ilk  kitabxanaların  quruluşuna  dair  məlumatlar  
Orta  Asiyada  Uyğur  Türkləri    tarixində  rast  gəlinir.Tanınmış 
Moğol  tarixi    tədqiqatcısı  Marujo  d`Ohsonn  bir  çinli  səyyahdan 
eşitdiklərinə  əsasən  uyğur  məmləkətlərində  xalqın  istifadəsi  üçün 
açılmış 
ümumi 
kitabxanaların 
olduğunu 
bildirmişdir.Bu 
kitabxanada  mövcud  olan  30.000-ə  yaxın  əlyazma  əsəri  Qaraxoca 
və  Turfan qazıntılarında qərblilərin  əlinə keçmişdir. Türk və  Şərqi 
Türküstan  tarixinin  öyrənilməsində  böyük  əhəmiyyəti  olan  bu 
tapıntıları  qərb  tarixcilərindən  ilk  dəfə  Sir  Aurel  Stein  görmüşdür. 
Uyğurlara  aid  bu  kitabxana  So-Ço  çayının  şərqindəki  bir  surun 
cənubuna  qədər  gələn  Tun-Huang  vahəsindəki  Bin  Buda 


 
17 
mağaralarında        bir  rahib  tərəfindən  tapılmışdır.Ancaq  bu 
kitabxana  ilk  tapıldığı  vaxtda  buradakı  kitablara  əl  vurmaq 
mümkün olmamışdır. Çünki kitabların tapıldığı  Bin Buda mağarası 
ətrafda  yaşayan  əhaliyə  görə  müqəddəs  hesab  olunurdu.  Ancaq 
Steinin gözəl sözləri, inandırıcı dəlilləri və çinli rəhbərlərin köməyi 
ilə  xəzinəyə  girmək  mümkün  olmuşdur.  Xəzinə  Steinin  təxmininə 
görə,  1000  il  gizli  qalmışdır.  Bu  kitab  xəzinəsinin  qapıları  da 
düşmən təcavüzünə qarşı freskalar ilə örtülmüşdür. Əsərlər burada 
çox  uzun  müddət  qalmış  olmalarına    baxmayaraq   xarab  olmadan 
günümüzə  qədər  gəlib  çıxa  bilmişlər.Stein  bu  əsərləri  gördükdən 
sonra Çin dilinə aid əsərlər xaric digərlərini mağaradan   çıxardaraq 
tədqiq  etmiş  və  24  sandıq  tutumunda  əlyazma  tomarı  və  rəsm 
sənətinə  aid  əsəri  Londondakı  evinə  göndərmişdir.    Qədim  uyğur 
ədəbiyyatı  nümunələri,  heç  şübhəsiz,  qədim  uyğurların  bədii 
təfəkkürünün  məhsuludur.  Lakin  heç  bir  xalq  boşluqda  yaşayıb 
inkişaf  etmir,onu  əhatə  edən  xalqlarla  daim  siyasi,ictimai,iqtisadi 
və mədəni təmasda olur. Bu baxımdan qədim uyğurlar istisna təşkil 
etmir.  Buna  görə  də  qədim  uyğur  mədəniyyətinin  inkişafında 
uyğurların  qonşuları  Çin,  Hind  və  İran  xalqlarının  da  payı  
olmuşdu.  Eyni  zamanda  qədim  uyğurlar  da  onunla  təmasda  olan 
xalqların mədəniyyətinə təsir göstərmişlər. 
740-cı ildə Uyğur dövləti qırğızlar tərəfindən işğal olundu və 
dağıdıldı.  Bundan  sonra  uyğurların  bir  qismi  Tarım-Turfan 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə