Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

 
54 
ədəbiyyatlarda  bu  xalqların  bir  kökənli  olduğu  və  yazılı 
ədəbiyyatlarının  qaraçay,  baxsan-çeqem  və  malkar  ağzı  (şivəsi) 
əsasında  formalaşdığı  göstərilir.  Yüz  illər  boyu  ərəb  qrafikalı 
əlifbadan  istifadə  edən  qaraçay-malkarlar  da  1929-cu  ildə  latın 
qrafikalı  əlifbaya  keçdilər.  Lakin  bu  uzun  sürmədi.  1938-ci  ildə 
onlar üçün də  əlifba hazırlandı.  Kiril qrafikalı bu  əlifbada 38 hərf 
var.  Türk  dillərinin  hamısında  olduğu  kimi,  onların  dili  də 
səssizlərlə  (samitlərlə)  zəngindir  (İsayev  M.,1970).  Bütün  bunlara 
baxmayaraq, tarix, ədəbiyyat, folklorları ayrı-ayrılıqda öyrənilir və 
təbliğ  olunurdu.  Sovet  strateqləri  bu  ayrılıqları  getdikcə 
dərinləşdirmək  üçün  malkarlara  Nalçikdə,  qaraçaylara  Çerkesskdə 
elmi-mədəni mərkəzlər yaratmışlar.   
 
 
Qaraçay-malkarlar  haqqında  İslam  ensiklopediyasındakı 
məqaləsində  azərbaycanlı    alim  Mirzə  Bala  yazır:  “Dil,  örf,  adət, 
din, ictimai təşkilat, folklor, ədəbiyyat və tarix etibarı ilə bir  bütöv 
təşkil  etdikləri  halda,  təqribən    XV  əsrdən  sonra,karaçay  ve 
balkar(b-m  dəyişməsi  ilə  malkar)  və  yaxud  tavlı  (dağlı)  adları 
altında  ayrı-ayrı  iki  cami  olarak,  1944-cü  ilə  qədər,  şimali 
Qafqazda 
yaşamış  qədim  bir  türk  qəbiləsidir”  (Mirzə 
Bala,1967:217). 
 
 
 
Son  200  ildə  davamlı  basqınlarla  üzləşən,  torpaqları 
əllərindən  alınıb  yerində  sanatoriya  və  kurortlar,  istirahət  evləri 
tikilən,  bir  sözlə,  mülkiyyətləri  başqalarına  verilən,  kütləvi 


 
55 
sürgünlərə məruz qalan, həbs edilən, güllələnən bir toplumun dilini 
qoruması,  folklorunu  yaşatması  və  ana  dilində  bədii  əsərlər 
yaratması xalqın milli qüdrətinin gözəl bir ifadəsidir. 
 
 Diqqətə  layiqdir  ki,  Qaraçay-malkarlar  günümüzədək 
zəngin  folklorlarını  qoruyub  saxlaya  bilmiş  və  onları  toplayaraq 
çap  etdirmişlər.  Bunlar    nartlar,  tanrılar  haqqında  nəğmələr,  uşaq 
folkloru
 
nümunələrindən  ibarətdir  ki,  onları  öyrənmək  ümumtürk 
folkloruna, mədəniyyətinə, dünyagörüşünə yiyələnmək baxımından 
olduqca    əhəmiyyətlidir.  Bu  zəngin    xəzinə  vaxtında  öyrənilməsə 
dünya mədəniyyəti bir parçasını itirmiş olar. 
 
  
Əldə  olan sənədlərdən qaraçay-malkar türklərinin ilk olaraq 
ərəb  əlifbasının  hərflərinə  əsaslanan  bir  yazı  istifadə  etdikləri 
anlaşılır.  XVIII  əsrdə  İslam  dinini  qəbul  edən  qaraçay-malkar 
türkləri  eyni  zamanda  ərəb  əlifbası  ilə  də  tanış  olmuş  və  bir  sıra  
məqsədlərlə  ərəb  əlifbasından  istifadə  etməyə  başlamışlar. 
Üzərində  bir  sıra      qərarların  yazılmış  olduğu  1715-ci  il  tarixli 
“Holam”  yazısı  qaraçay-malkar  türkcəsinə  aid  ərəb  əlifbası  ilə 
yazılmış  məlum  olan  ən  qədim  yazılardan  biridir.  Bununla  yanaşı 
ərəb hərfləri əsasında yazının istifadəsi məhdud sərhədlər daxilində 
olmuş  və  çox  yayılmamışdır.  Buna  görə  də    qaraçay-malkar 
türklərində  yazılı  ədəbiyyat    sonrakı  dövrlərdə  yaranmağa  və 
yayılmaga  başlamışdır.  Qaraçaylı  Kiçik  Əfəndi  ilə  Yusif    Haçir 
Əfəndi  və  malkarlı  Muhammed  ül-Varakinin  ərəb  yazısı  və 


 
56 
qaraçay-malkar  türkcəsi  ilə  yazmış  olduqları  dini  mənzumələr  ilk 
ədəbi  əsərlərdən  hesab  edilir.  Fəqət  əsər  sahibləri  bu 
mənzumələrini özləri nəşr etmə imkanını əldə edə bilməmişlər. Bu 
mənzumələrin bir hissəsi illər sonra Dr. Yılmaz Nevruz tərəfindən 
nəşr  edilmişdir.  Yenə  Qaraçayda  və  Nalçikdə  ilk  və  orta  mədrəsə 
təhsili aldıqdan sonra Dağıstanda yüksək təhsil alan Kart-curt kəndi 
mədrəsəsi  müəllimi Eldavur oğlu  Geriy Silpaqar Əfəndinin(1857-
1906)  fiqh,kəlam  və  hədislərdən  ibarət  olan  ondan  artıq  əsər 
yazdığı    məlumdur.  Fəqət      təəssüflər  olsun  ki,bu  əsərləri  nəşr 
etdirmək  imkanı  olmamış,  ailəsi  ilə  birlikdə  Osmanlı  Türkiyəsinə 
köçərkən yanında gətirdiyi əsərlərini  bütünlüklə itirmişdir. 
 
Uzun  illər  qaraçay-malkar  ədəbiyyatı  tarixini  araşdıranlar 
onun  XVIII  əsrdən  başladığını  iddia  edirlər.  Son  zamanlar  
mənbələrə əsaslanaraq Mikail Şamsi Baştu (835-900), Tram xan(X-
XII  əsrlər),  Zurum  Biyçe  (13..-1396),  Qoşayax  Biyçe(XV-XVI 
əsrlər),  Qaltur  Semenov  (XVIII  əsr)  kimi  yaradıcı  şəxsiyyətlər 
haqqında    məlumat  verməklə  qaraçay-malkar  yazılı  ədəbiyyatının 
tarixinin IX əsrdən  başladığını bildirirlər.  Gənc    tədqiqatçıların 
bəziləri  isə  ədəbiyyat  tarixlərini  Orxon-Yenisey  abidələri  ilə 
başlayırlar    ki,  bu  da  təbiidir.  Xalq  özünü  tanıdıqca,  tarixini 
öyrəndikcə  milli
 
şüuru  artır,  tarixinə  də,  ədəbiyyatına  da, 
mədəniyyətinə də  sahib çıxır. 
 
 
 
 


 
57 
Krım tatarları;
 
1783-cü ilə qədər dövlətçiliyi olmuş,1921-
1944-cü illər arasında  RSFSR daxilində milli ərazi muxtariyyətinə 
malik  Krım  Tatarlarının  məşəqqətli  tarixi  olmuş  və  tarixin  bütün 
mərhələlərində  mədəni  xalqın  yarada  biləcək  bütün  dövlət 
atributlarına  malik  olmuş,kitab  və  kitabxana  quruculuğunda  da 
böyük nailiyyətlər əldə etmişlər(8,s.184).   
  
 
Krım  Tatarlarının  yazılı  ədəbiyyatı  meydana  gələnə  qədər 
ideallarını,  milli  xarakter,  adət-ənənələrini,  mədəniyyətlərini, 
sosial-siyasi  və  iqtisadi  vəziyyətlərini,  arzu  və  ümidlərini, 
dünyagörüşlərini  çox    qədim  zamanlardan  bəri  yırlar  (cırlar) 
manilər,atalar  sözləri,  tapmacalar,  lətifələr,əfsanə  və  dastanlarla 
nəsildən-nəslə  keçən    şifahi  ədəbiyyatları  ilə  günümüzə  qədər  
qorumuşlar. 
 
Tədqiqatçı  A.Seyidosmanov  qeyd  edir  ki,Baxçasarayda 
Zəncirli  Mədrəsədə  və  Xan  sarayının  kitabxanasında  minlərlə 
əlyazma  toplanmış  və  Krım  Tatar  dilində  tarixi  məlum  olan  ən 
qədim  əlyazma  kitabı  1180-ci  ilə  aid  edilir.  Heç  şübhə    yoxdur 
ki,bu  dövrdə  Baxçasaraydan  başqa  mədəni  mərkəzlər  olan 
Ağməscid  (Simfiropol),  Kezlev  (Evpotoriya)  ,Karasubazar 
(Belaqorsk), Solxat(Starıy Krım), Kefe(Feodosiya) kimi şəhərlərdə 
də kitab məhsulu dövriyyə edir,kitabxanalar yaradılırdı. 
Rusların  1783-cü  ildə  Krımın  işğalı  ilə  Krım  türklərinin 
çoxu vətənindən köçmək məcburiyyətində qalır, ictimai və iqtisadi 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə