Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

 
42 
göstərməklə yanaşı, bəzən   
» iki ləhcənin – türk və türkmən dilində« 
deyə  yazmışdır. Burada  »türkmən« sözü altında oğuz,  »türk« sözü 
altında  qeyri  –  oğuz  ləhcələrini  başa  düşmək  lazımdır.  Müəllif 
ümumi  dil  konteksində  hər  hansı  bir  fərqi  izah  edəndə  də  »oğuz« 
və  »türk«  sözlərini  işlətmişdir  ki,  bu  da  yenə  oğuz  və  qeyri  oğuz 
(oğuz olmayan digər türklər) mənasına gəlir.  
          Alp  Ər  Tonqa  –  Əfrasiyab:  Tarixi  şəxsiyyət,  tarix  boyu 
gəlib – keçmiş ən böyük türk qəhrəmanı və xaqanıdır. E.ə. Ⅶ əsrdə 
yaşamış  olduğu    hesab  edilir.  Assuriya  mənbələri  onu  Maduva, 
Heredot  Madyes,  farslar  isə  Əfrasiyab  adlandırırlar.  Haqqında 
»Şahnamə«,  »Rövzət  üs-səfa«,  »Tarixi  müluki-  əcəm  «  və  digər 
əsərlərdə  mühüm  məlumatlar  var.  Hesab  edilir  ki,  o,  Turun 
nəslindən  olan  Beşəngin  (Eşəng/Huşəng)  oğludur.    Mənbələrdən 
Alp Aruz adlı qardaşının, Barsğan və Barman adlı iki oğlunun, Kaz 
(Firəngiz)  adlı  bir  qızının  adı  məlumdur.  Firəngiz  Babil  kralı 
Navuxodonosorun  (»Divan«dakı  adı:  Buxtun  –  nəssər,  b.e.ə.  604-
652)  oğlu  Bətzənə  (Bijən)  deyil,  İran  şahı  Keykavusun  oğlu   
Siyavuşa vermişdir.  
İran – Turan savaşında Turanın məğlubiyyəti və Əfrasiyabın 
həlak  olması  (b.e.ə  626-624)  bütün  Turanı  sonsuz  yasa  boğmuş, 
türklər  bu  hadisəni  ən  böyük  fəlakət  və  milli  matəm  kimi 
qarşılamışlar. Alp Ər Tonqanın əziz xatirəsini və adını əsrlər boyu 
yaşatmışlar.  »Divan«da  onun  ölümünə  həsr  olunmuş  ağıdan  bəzi 


 
43 
bəndlər  verilmişdir.  Ehtimal  ki,  nəsillərdən  –  nəsillərə  keçərək 
mahmud Kaşkari dövrünə qədər  gəlib çatan bu ağı  – mərsiyə  Alp 
Ər Tonqa haqqında mövcud olmuş dastanın parçalarıdır. 
İran-Turan  müharibəsi  haqqında  dünya  oxucusu  Firdovsinin 
Şahnaməsindən  tanış  olmuşdu.  Formalaşmış  ümumi  fikir  Fransız 
yazıcısı  Dümanın  sözlərini  xatırladır.O    qeyd  edirdi  ki,  bir  gün 
gələcək  insanlar  Fransız  muşketyorları  və  Kardinal  Rişelye 
haqqında mənim əsərlərimlə mühakimə edəcəklər. 
         Arğular :  Arğular »Divan« yazıldığı dövrdə əsasən İsficabla 
Balasağun arasındakı ərazidə yaşayırdılar. »Arğu« sözünün mənası 
»iki dağ arası« deməkdir. Ağrı adının adı da bu sözlə əlaqədar ola 
bilər.  Kaşkari  arğuları  ikidillilər  qisminə  aid  etmiş,  dillərinin 
qarışıq olduğunu yazmışdır.  
        Balasağunlular:  Balasağun  şəhərinin  əsası  Ⅶ  əsrdə 
qoyulmuşdur.  Bu  şəhər  məşhur  »Qutadğu  Bilig«  poemasının 
müəllifi, böyük türk mütəfəkkiri və dövlət xadimi Yusif Xas Xacib 
Balasağunlunun vətənidir.  
Mahmud  Kaşkarinin yazdığına görə, balasağunlular iki dildə- 
türk  və  soğd  dillərində  danışırdılar.  Daha  sonra  soğdlar 
assimilyasiyaya  uğrayaraq  tamamilə  türkləşmişlər.  Balasağun  bir 
müddət  Qərbi  Göytürk  xaqanlığının,  daha  sonra  isə  Şərqi 
Qaraxanilər  imperiyasının  paytaxtı,  mühüm  mədəniyyət,  elm  və 


 
44 
ticarət  mərkəzi  olmuş,  monqol  hucumları  nəticəsində  dağılmış, 
sonra isə yer üzündən silinmişdir.  
          Barsğanlılar:  Barsğan  şəhəri  Mahmud  Kaşğarinin  atasının 
şəhəridir  (əslində  o,  Barsğan  valisi  olmuşdur).  Rəvayətə  görə, 
şəhərin əsası Alp Ər Tonqanın oğlu Barsğan tərəfindən qoymuşdur. 
»Divan« da barsğanlılara aid sözlər kifayət qədər çoxdur. Mahmud 
Kaşkarinin  yazdığına  görə,  barsğanlı  olduğunu  gizlədən  adama 
»buğday«  sözü  təlləfüz  etdirilir,  »buğday«  desə,  onun  barsğanlı 
olduğu  anlaşırmış.  Barsğanlılar  ticarət  işlərini  yaxşı  bacarırdılar. 
Müəllif onların çox xəsis olduqlarını vurğulamışdır.  
          Basmıllar:  Bu  boyun  adı  »Divan«da  »yasmıl/basmıl« 
şəklində  keçir.  Doğrusu  »basmıl«dır.  Çincə  pa-si-mi  adlanmışlar. 
Qədimdə  Beş  Balık  ətrafında  yaşamışlar.  Xəritədə  bulğarların  və 
oğuzların  qonşusu  olduqları  göstərilir.  Basmıllar  döyüşkən  boy 
kimi məşhur olmuşlar. »Divan«da basmıl igidlərini tərənnüm edən 
xeyli bədii parça vardır. 
          Çigillər:  Çigillərlərin  adı  ləhcə  yaxınlığı  və  qonşuluqdan 
dolayı  daim  tuxsi  və  yağmalarla  birgə  çəkilmişdir.  Oğuzlar 
Ceyhundan  Aşağı  Çinə  qədər  bütün  türklərə  çigil  deyir  və  onlara 
dərin kin  bəsləyirdilər.  Dilləri və  yaşayış  yerləri haqda  »Divan«da 
çoxlu  məlumat  var.  Çigillər  əsasən  Kuyas,  Taraz  şəhərlərində  və 
Kaşkar ətrafındakı kəndlərdə yaşayırdılar. Çigil, tuxsi və yağımlar 


 
45 
mənşəcə  karluqdurlar.  Gərdizinin  məlumatına  görə,  9  boy  olan 
karluqların 3 boyunu məhz çigillər təşkil edirdi.  
          Xaqaniyyəlilər:  Ümumi  qənaətə  görə,  »Qutadğu  Bilig« 
xaqaniyyə  türkcəsində  yazılmışdır.  Xaqaniyyə  ləhcəsi  və  boyu 
haqqında  bir-birinə  zidd  fikirlər  mövcuddur.  Məsələn,  M.F. 
Köprülü belə hesab edir ki, xaqaniyyəlilər ayrı bir türk boyudur və 
»Divan«  müəllifin  xaqaniyyə  türkcəsi  adlandırdığı  Kaşğar  ləhcəsi 
ilə yazılmışdır. Fitrət isə Vəsrdə (hicri) türk dilinin iki mühüm qola
yəni  oğuz  türkcəsi  və  türkcə  (daha  doğrusu,  xaqaniyyə  türkcəsi) 
deyilən  iki  qola  ayrıldığını  bildirmişdir.  Bu,  Kaşkarinin  »oğuzca-
türkcə«, »tükməncə-türkcə«, bölgüsünə uyğun gəlir. Məlumdur ki, 
islamı  qəbul  etdikdən  sonra  oğuzlara  türkmən  deyilməyə 
başlanmışdır.  Mahmud  kaşğari  yazmışdır:  
» Uyğur  şəhərlərinə 
qədər  Ərtiş,  Ila,  Yamar,  Ətil  çayları  boyunca  yaşayan  xalqın  dili 
düzgün  türk  dilidir.  Bunların  içində  ən  açıq  və  şirini  Xaqaniyyə 
ölkəsi xalqının dilidir«. Belə çıxır ki, xaqanın, sarayın və paytaxtın 
danışdığı  dil  xaqaniyyə  ləhcəsidir.  Sülalənin  cigil,  tuxsi  və  ya 
yağmalara  (ümumən  karluqlara)  mənsub  olması  barədə  fikirləri 
nəzərə  alsaq,  o  zaman  sülaləsini  və  Kaşğar  əhalisinin  böyük 
əksəriyyətini  bugünkü  bölgü  ilə  ümumən  karluq  qurupuna  aid 
etməliyik. Onda xaqaniyyə ləhcəsi də bu qrupa daxil olmalıdır. Bu, 
prinsip  etibarilə  doğrudur,  çünki,  sonralar  karluq  qrupundan  iki 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə