Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

 
46 
böyük xalq (özbəklər və uyğurlar) meydana çıxmışdır,  »Divan«ın 
dili də digər türklərə nəzərən bu iki xalqın dilinə daha yaxındır.  
          Karluqlar:  Karluqlar türklərin ən böyük qollarından biridir. 
Onlara  bu  adı  Oğuz  xaqanının  verməsi  barədə  əfsanə  var. 
Karluqların  adı  ilk  dəfə  Ⅶ  əsrə  aid  bir  Çin  salnaməsində  ko-lo-lu 
şəklində  çəkilir.  İlk  dövlətlərini  766  –cı  ildə  Çu  vadisində 
qurmuşlar. Onlar Altay dağlarının qərbindəki Qara İrtiş bölgəsində, 
Tarbağatayda və Çu vadisi ətrafında yaşayırdılar. »Hüdud ül-aləm« 
buranı  »türk  ölkələrinin  ən  gözəli«  adlandırmışdır.  Karluq  bəyləri 
çuğlan,  köl-ərkin,  sağun  titulunu  daşıyır.  Başbuğları  yağbu 
adlanırdı.  Karluqlar  dəfələrlə  Orta  Asiyaya  soxulan  ərəblərlə  və 
çinlilərlə  vuruşmuşlar.  840-cı  ildə  onların  da  yaxından  iştirakı  ilə 
Qaraxanılər dövləti qurulmuşdur.  
            Tanqutlar: 
Tanqutlar 
haqqında 
Orxon-Yenisey 
abidələrində  də  məlumat  var.  »On  yeddi  yaşımda  tanqutlara  qarşı 
əsgər  göndərdim,  onları  məğlub  etdim«.  Salih  Mütəllibov  bu 
savaşın 711-ci ildə baş verdiyini təxmin edir. Tanqutlar da tübütlər 
və xotənlilər kimi türk ölkəsinə sonradan gəlib yerləşmişlər; »Çinə 
yaxın  yerdə  yaşayan  bir  türk  boyu.  Onlar  öz  əcdadlarının  ərəblər 
olduğunu  söyləyirlər«.  Buradan  belə  bir  nəticə  çıxır  ki,  tanqutlar 
qismən türkləşsələr də,  əslində  tibetlilərə qohumdurlar.  »Divan«da 
tanqutlarla  Çin  arasında  yerləşən  Katun  sini  (Xatun  məzarı,  çincə 


 
47 
Ko-tun  chen  ) şəhərinin  bəyi  ilə  tanqutların savaşı  haqda məlumat 
var. 1028-ci ildə baş verən bu savaşı tanqutlar qazanmışlar. 
               Tübütlərtibetlilər:  Mahmud  Kaşkari  onların  Sabit  adlı 
yəmənli  bir  ərəbin  nəslindən  olduqlarını  yazır.  Guya  bu  şəxs  bir 
cinayət  işlədiyi  üçün  gəmi  ilə  qaçıb  Tibetə  gəlmiş,  sonra  onun 
nəvələri  türklərdən  1.500  fərsəx    yer  almışlar.  Dillərində  ərəbcə 
sözlər var, anaya »ümə«, ataya »aba« deyirlər. 
                Xotənlilər:  Divan«a  görə,  xotənlilər  də  türk  deyillər. 
Onların ayrı dilləri və yazıları vardır. Xotən dili hind dilinin təsiri 
altındadır. »Xotənlilər və kənçəklər sözün əvvəlindəki hərifləri “h” 
ilə əvəz edirlər. Türk dilində olmayan bu hərfi dillərinə qatdıqlarına 
görə  biz  onları  türk  hesab  etmirik.  Məsələn,  onlar  ataya  »hata«, 
anaya  »hana«  deyirlər«.  Qaraxanilər  971-ci  ildə  Xotəni  tutmuşlar. 
Mahmud  Kaşkari  bu  fəthin  tarixindən  söz  açmır,  ancaq  Xotənin 
Çəngşi adlı bəy tərəfindən alındığını yazır.  
           Tuxsılar:  Türk xalqlarının  tarixi  yaddaşını  özündə  toplayıb 
bu  günə  hifz  edən  M.Kaşkarinin  əsəri  qüdrətli  bir  xalqin  zəngin 
rəngarəngliyinin  gözəl  bir  təsnifatını  yaratmışdı.Əsərin  böyük 
tədqiqatçısı  R.Əsgər    "divana"  isnad  edərək    Tuxsılar  haqqında 
yazır:  "Divanda    onların  kuyasda  yaşadıqları,  özlərinə  də  »tuxsi-
çigil« deyildiyi göstərilir. Buradan belə  çıxır ki, tuxsılar çigillərin 
bir  qolu  olmuşlar.  Onların  bir  qismi  isə  yağmalar  və  çigillərlə 
birlikdə  İli  çayı  sahilində  yaşayırdı.  Dil  etibarilə  çigil,  yağma  və 


 
48 
tuxsılar arasında fərq yoxdur. Gərdizi və Mərvəzi onların üçünü də 
karluq boyu saymışdır."  
          Kənçəklər:  Kənçəklər də soğdlar kimi iransoyludur. Türkcə 
və  soğdca  danışırdılar.  Kaşğar  ətrafəndakı  kəndlərdə  və  Talasa 
yaxın  yerlərdə,  qıpçaq  sərhəddində  yaşayırdılar.  V.V.  Brthold 
onların türklərin içində ərdiklərini bildirir. Kənçək etnonimi Gəncə 
sözü ilə əlaqədar ola bilər.  
          Çomullar: Divanda çomullar (çumullar) haqqında bilgi azdır. 
Mahmud  Kaşkarinin  xəritəsində  onların  yurdu  İrtişin  şərqində 
göstərilir.  M.F.  Köprülü  çomulları  Çin  qaynaqlarındakı  çomu  (ç-
ou-mi) boyu ilə eyniləşdirmişdir.  
Tutmaç:  Tutmacı  türklərin  ən  məşhur  yeməyi  kimi  təsvir 
edən Kaşkari onu Makedoniyalı İskəndərin icad etdiyini yazmışdır. 
Ehtimal  ki,  bu  bizim  sevə-sevə  yediyimiz  xəngəldir.  Ancaq  bu 
tutmac  indiki  kimi  romb  və  üçbucaq  şəklində  deyil,  bir  az  üzun 
(barmaq boyda) kəsilirdi.  »bir çöp tutmaç« ifadəsi  bunu göstərmiş 
olmalıdır. Tutmacın qatıq (qurut) və sirkə ilə yeyilməsi, çox kalorili 
olması,  gec  həzm  edilməsi,  adamı  uzun  müddət  tox  saxlaması  və 
yanağını  qızartması  onun  məhz  xəngəl  olduğunu  göstərir.  Ancaq 
»Divan«da  tutmacın  suyunun  da  içildiyi  barədə  qeyd  var.  Bunun 
izahı  belə  ola  bilər:  indi  aş  bişirilərkən  düyü  süzüldükdən  sonra 
onun  suyu  soyuqdəyməyə  qarşı  təsirli  vasitə  kimi  istifadə  olunur. 
Demək, tutmacın süzülən suyu da atılmır, yeməyin üstündən içilirdi.  


 
49 
Kaylar:  “Divan”da  adı  bir  neçə  dəfə  çəkilən  kay  boyu 
haqqında  əlavə  məlumat  verilmir,  ancaq  bu  boya  mənsub  bir 
kölənin qaçırıldığı (kaptı məninq kayımı) barədə şeirdən anlaşılır ki, 
kaylar türk deyildilər. Çünki savaşlarda digər boylardan əsir alınan 
və  fidyə  ilə  azad  edilən  heç  bir  qulun  etnik  mənşəyi  göstərilmir. 
M.F.  Köprülü  kayların  monqol  mənşəli  olduqlarını,  sonra 
türkləşdiklərini bildirir. Kay boyu Mahmud Kaşkarinin xəritəsində 
Yamar çayının qərbində, çomulların şimalında göstərilir.  
Yabakular:  Yabakular  xalis  türk  idilər.  Gərdizinin  verdiyi 
məlumata görə, Yabaku karluqlardan olan, nə səbəbdənsə doqquz- 
oğuzlara  sığınan  bir  adamın  ləqəbidir.  Doqquz  –  oğuzlar  arasında 
yaşayan  karluqlara  başçı  təyin  edilən  bu  şəxsin  idarəsindəki 
karluqlara  »yabaku-karluq«  deyilmişdir.  »Divan«  yazılan  dövrdə 
Özkənd  çayı  »Yabaku  suvi«  adlanırdı.  Lakin  burada  yabakular 
deyil,  əzgişlər  yaşayırdılar.  Yabakular  isə  Yamar  çayı  sahilində 
məskunlaşmışlar.  Bu  gün  yerli  türklərin  Ob  çayına  Omar  və  ya 
Umar  dediklərini  nəzərə  alsaq,  belə  nəticəyə  gələ  bilərik  ki, 
»Divan«da Yamar suyu adlanan çay elə Ob çayıdır.  
M.F. Köprülü belə hesab edir ki,  yabakular çincə pa-ye-kou, 
Kül  Tigin  kitabəsində  isə  yerbayurku  adlanan  türk  boyudur. 
Yabakular  basmıllarla  və  Qaraxanilərlə  qanlı  savaşlara  girmişlər. 
Guya onların 700 min əsgəri varmış, lakin yenə də islam sərkərdəsi 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə