Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

 
79 
Dastanların yarandıgı ilk dövrlərdə yaşayan insanlar cəmiyyət 
və  təbiət  hadisələrini  ya  dərin  bir  qorxu,  ya  böyük  bir  heyranlıqla 
seyr  edirdilər.  Bir  çox  hadisələrin  elmi  səbəbinin  bilinmədiyi  bu   
dövrdə  hər  hadisə  çox  mühüm,  çox  maraqlı,  insanları  düşündürən 
əsrarəngiz  və  hikmətli  bir  məna  ifadə  edirdi.  Məsələn,  göy 
guruldamağı  –  Tanrının  qəzəbi,  tufanlar  –  Allahın cəzası  sayılırdı.  
İnsanlar Tanrı kimi günəşə, oda   sitayiş edir   və  ya bir ağacı və 
boz  qurdu  öz  əcdadı  sanırdılar.  Bu  insanlar  başçılarını  və 
qəhrəmanlarını  da  Tanrılıq  dərəcəsinə  qədər  yüksəldir,  onların 
Tanrı  tərəfindən  yardım  gördüyünə  inanırdılar.  Bunlar  mühüm  
hesab etdikləri hər hadisə və  əhvalatı öz təxəyyülləri ilə bəzəyərək, 
bir-birlərinə anladır və zamanla dastanlar yaranırdı .  
Zaman  keçdikcə  dastan  yaradıcılığı  zəngin  olan  millətlərin  
arasında  böyük  dastan  şairləri  yetişdi  və  bunlar  millətlərinin 
əfsanəvi  tarixi  ruhda  milli  dastanlarını  yazdılar.  Bu  işi 
Yunanıstanda  Homer,  İranda  Firdovsi  görmüşdür.  Mərhum 
Azərbaycan  şairi  Səhənd  də  “Dədə  Qorqud”  dastanlarını 
günümüzün  dili  və    üslubu  ilə    şer  halında  tərənnüm  etmiş  və 
“Sazımın sözü” adı ilə iki cilddə nəşr etdirmişdir.  
Türk  ellərinin  dastanları    islamdan  əvvəl  və      sonra 
yarandığına  görə  iki  hissəyə  bölmək  olar.  Görkəmli    azərbaycan 
alimi  Nizami  Cəfərov  qədim  türk  ədəbi  yaradıcılığını  epos,  poetik 
və  nəsr  yaradıcılığına  bölür.  İlk  yazılı  abidələr  olaraq  Göytürk 


 
80 
nəsri,  Tonikik  kitabəsi,  Gültiqin  kitabəsi,  Bilgə  Xaqan  kitabəsi, 
Türk  Maniçi  nəsri,  Xuastuanift,  Türk  buddist  nəsri,  Altun  Yaruk 
yazılarını göstərir. Tədqiqatçı geniş mövzu əhatəsi olan poetik irslə 
yanaşı  İslama  qədər  qədim  türk  dastanlarından  aşağıdakıları 
göstərir. 
1.
 
Dünyanın yaranması haqqında  
2.
 
Türklərin törəyişi haqqında (Boz qurd dastanı)  
3.
 
Oğuz Kağan dastanı 
4.
 
Siyenpi dastanı 
5.
 
Alp Ər Tonqa dastanı 
6.
 
Şu dastanı 
7.
 
Ərkənəkon dastanı 
8.
 
Koç dastanı 
Böyük  coğrafi  arealda  yaşayan  türk  xalqlarının  bu  günə 
qədər  dünya  kitabxanalarında  qorunub  saxlanılmış  yazılı  və  şifahi 
elmi  -  ədəbi  irsi  müxtəlif  alimlərin  tədqiqatında  öz  geniş  əksini 
tapır.  Türk  xalqlarının  ümumiyyətlə,  bu  arealda  xüsusilə  geniş 
yayılmış  folklor  nümunələri  olmuşdur  ki,  böyük  tarixi  dövrdə  bu 
etnosun özünü ifadə forması kimi təzahür edir.  
 Türk  xalqlarının  qədim  dastanlarından  biri  də  “Dədə 
Qorqud” dastanıdır.                
Rəvayətə  görə  əfsanəvi  Oğuz  xanın  6  oğlu  olmuş  və  onlar 
Günəş,  Ay,  Ulduz,  Göy,  Dağ,  Dəniz  adlanmışlar.  Onların  da  hər 


 
81 
birinin  4  oğlu  olmuşdur.  Oğuz  xanın  24  nəvəsi  ilə  də  Oğuz 
tayfalarının sayı müəyyənləşir. (6. 525 səh.)  
K.İnostransev  qeyd  edir  ki,  XV  əsrin  II  yarısında  Osmanlı 
feodalları arasında oğuznamələr çox yayılmışdır və II Bayazidin iki 
oğluna  Qorqud  (1460)  və  Oğuz  xan  (1470)  adı  verməsi  bunun 
nəticəsidir. (6. 528 səh.) 
V.Bortolda görə Dədə Qorqud dastanının dövrü I Bayazidin 
hakimiyyətindən  (1389  –  1402)  sonrakı  dövrə  aid  edilə  bilər.  II 
Murad  (1421  –  1451)  üçün  Əli  Yazıçı  oğlu  tərəfindən  yazılmış 
Səlcuq  tarixi  əsərindən  də  bəzi  oxşarlıqlara  əsaslanaraq 
V.Qordiyevski əsassız nəticələr əldə edir. (6. 527 səh.) XVI əsr türk 
tarixçisi  Ədirnəli  Ruhi,  XVII  əsr  alimi  Münədcimbaşı  öz  tarix 
əsərində (1676) Qorqud ata haqqında məlumat verir. (6. 527 səh.)   
Türkiyədə  Dədə  Qorqud  dastanının  öyrənilməsində 
Türkiyyənin  görkəmli  alimləri  Abdulla  İnan,  Əli  Riza  Yalman, 
Fuad  Köprülü,  Pertef  Naili  Baratov  böyük  əmək  sərf  etmişlər. 
Berlin dövlət kitabxanasında yerləşən Drezden əlyazmasının surəti 
əsasında 1916 – cı ildə İstanbulda Kilisli Müəllim Rifət tərəfindən 
“Dədə Qorqud” – un tam mətni ərəb əlifbasında çap etdirilmişdir. 
1938  – ci  ildə  Orxan Şaiq  Gökyay tərəfindən latın  əlifbasında çap 
olunur. (6. 521 səh.) 
1815-ci  ildə  Alman  şərqşünası  Dis  “Dədə  Qorqud” 
dastanının  Drezden  nüsxəsindən  bir  boyu  ayıraraq  onu  alman 


 
82 
dilində  tərcümə  ilə  birlikdə  çap  etdirmişdi.  Başqa  bir  alman  alimi 
Teodar  Neldeqe  (1833  –  1930)  “Dədə  Qorqud”  –  un  Drezden 
nüsxəsinin tam surətini çıxarmış və onun tam mətnini alman dilinə 
tərcümə  etməyə  səy  göstərmişdir.  Bu  işin  son  dərəcə  çətin 
olmasının  və  o  dövrdə  türk  dilinin  öyrənilmə  səviyyəsinin  aşağı 
olması  ilə  əlaqədar  olaraq  T.  Neldeqe  1892  –  ci  ildə  bitirmədiyi 
materialları V.V.Bartolda, 1891 – 1892 – ci illərdə hələ tələbə olan 
gənc  mütəxəsisə  təqdim  edir.  1922  –  ci  ildə  dünya  ədəbiyyatı 
seriyasında çap etdirmək məqsədilə V.V.Bartold “Dədə Qorqud” – 
un Drezden əlyazmasının tam mətnini tərcümə edərək çapa təqdim 
etdi.  Təəssüf  ki,  nəşriyyatın  bağlanması  ilə  bu  kitabın  çapı  alimin 
sağlığında  işıq  üzü  görmədi.  SSRİ  EA  –  nın  arxivində  saxlanılan 
alimin  əlyazması  əsasında  1950  –  ci  ildə  görkəmli  Azərbaycan 
alimləri H.Araslı və M.Təhmasibin redaktəsi ilə çap edildi. (6. 519 
– 520 səh.)  
“Dədə  Qorqud”  dastanının  Drezden  nüsxəsinin  son 
səhifələrindən  birində  “Osman  paşa  -  993”  (1585  –  ci  il)  yazısı 
olması  kitabın  yazıya  köçürülməsi  tarixini  müəyyənləşdirməyə 
ehtimallar verir. Vatikan nüsxəsinin 1591 – ci ildə Qahirədə 1615 – 
1616  –  cı  illərdə  Qüdsdə  olması  haqqında  əlyazmanın  üzərində 
qeydlər var. Lakin ən qədim qeyd Sənullahin ölüm ili 956 (1549 - 
1550) – ci il qeyd olunur. E.Rossi  əlyazmanı XVI əsrin ortalarına, 
V.Bortold isə XV əsrin əvvəllərinə aid edir. (6. 519 – 527 səh.)    


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə