Günümüzdəki Türk xalqalrı və tarixləri


Türk xalqları tarixinin araşdırılmasında ilk  mənbələr



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

 
62 
 Türk xalqları tarixinin araşdırılmasında ilk  mənbələr 
 
 
Türk  dövlətlərinin  və  Xalqlarının  tarixinin  yazılmasında 
istifadə  ediləcək  mənbələri  “Arxeoloji  tapıntılar”,  “Antik  Roma  
Mənbələri”,  “Bizans  mənbələri”,  Çin  Mənbələri,  Qədim  Türk 
Mənbələri,Abidələr  və  Yazılı  əsərlər,  Ərəb  və  fars  mənbələri, 
Türkiyə,  Azərbaycan,  Rus  və  Rus  Sovet  şərqşünaslıq  məktəbinin 
tədqiqatları,  eləcə  də  türk  xalqlarının  dastan  və  əsatirləri  ilə  
xarakterizə edə bilərik. Bundan əlavə istər Türkiyə,  Azərbaycanda, 
istərsə  də  digərTürkdilli  ölkələrdə  Türkoloji  və  Türk  Tarixi 
sahəsində  aparılan  araşdırma  və  tədqiqatlar      mötəbər    mənbələr 
hesab edilir. 
E.ə  I  əsrin  sonlarından  etibarən  bu  dövrün  tarixini  özündə 
əks  etdirən  arxeoloji  tapıntılar    kifayət  qədər  çoxdur.Xüsusilə  də 
XX  əsrin  sonlarında  öz  müstəqilliyini  bərpa  etmis  türkdilli 
dövlətlərdə  aparılan  arxeoloji  tədqiqatlar  ənənəvi  tarixə  baxışların 
əvəz olunmasına səbəb olmuşdur.  
Arxeoloji  məlumat  Şərqi  Türkistanda  İsveçli  alim  Sven 
Qedinin,  Macar  əsilli  ingilis  alim  A.Steynin,  F.Berkmanın 
müəyyənləşdirdiyi  Şərqi  Türkistanda  (Türkmənistan)  başlayan 
R.Pampellinin  rəhbərliyində  qazıntılar  aparan  amerika  arxeoloji 
qrup,  uzun  müddət  S.P.Tolstovun  rəhbərliyində  fəaliyyət  göstərən 
Xarəzm  arxeoloji  qrupu  və  digər  arxeolojı  qrupların  Sibir,  Şərqi 


 
63 
Türküstan  və  Monqolustan  ərazilərində  apardıqları  arxeoloi 
araşdırmaları  və  s.  xüsusilə  vacib  tapıntılar  və  sənədlərin  ortaya 
çıxmasına səbəb olmuşdur. Daş dövrünün müxtəlif  mərhələlərinə 
aid bir çox insan  məskənləri və antropoloji materiallar, Ceyhun və 
Anau  erkən  təsərrüfat  məskənləri,  Qızıl  Təpə  və  Namazgah  Təpə 
kimi  şəhər  tipli  yaşayış  yerləri,  bina  qalıntıları,  istehsal  və  məişət 
əşyaları,  heykəltəraşlıq  vasitələri,  qaya  üstü  rəsmləri  və  yazılar, 
bitki toxumları və s. tapıntılar ortaya çıxmışdır. 
Türkistan  tarixinə  aid  arxeoloji  abidələr  içərisində  e.ə.  I 
əsrdə  Avrasiyanın  geniş  ərazisində  yayılan  skif  kurqanları  (Arjan, 
Pazırık,  Kul-oba,  Çertomlık)  vacib  yer  tutmaqdadır.  Skif 
kurqanlarında  aparılan  qazıntılar  isə  XIX  əsrin  ortalarından  sonra  
artmağa başlamışdı. 
Türk  tarixi  baxımından  xüsusilə  eradan  əvvəlki  əsrlərə  aid 
arxeoloji  məlumatlar  çoxdur.  Türk  birliklərinin  Sibir  və  ətrafında 
yaşadığı  torpaqlarda  500  mindən  çox  qaya  rəsmləri  (piktoqrafiya) 
aşkar edilmişdir. Ural dağlarından Sakit Okeanın sahillərinə qədər 
uzanan  təxminən  10.000  kilometrlik  bir  ərazidə  atalarımızın 
qayalar üzərində əks etdirdiyi minlərcə simvol və yazıları tapıb gün 
üzünə  çıxaran  rus    alimi  Aleksey  Okladinkovun  tədqiqatları  
əhəmiyyətlidi. 


 
64 
Xüsusilə  Qərbi  Türkistanda  aparılan  arxeoloji  tədqiqatlar 
nəticəsində   qədim türk xalqları haqqında mühüm məlumatlar əldə 
edilmişdir. 
Qədim  türk  mənbələrini  araşdırarkən  qarşımıza  çıxan  ən 
vacib  məsələ  Əlifba  məsələsidir.  Çox  hörmətli  Türk  tədqiqatçı 
alimi dr.Erhan Arıklı yazır:- 
"Ümumiyyətlə  Türk  xalqları  qədim  dövrdə  özünə  məxsus 
bir əlifbaya sahib olmamışlar. Buna görə də qədim dövrə aid Türk 
mənşəli yazılı mənbələr təəssüf ki, yoxdur." 
Türk  xalqlarının  tarix  boyu  mədəni  təkamül  prosesində 
əlifbaya  milli  kimliyi  ifadə  forması  kimi  yanaşma  elementlərini 
müşahidə  etmirik.Əksinə,  əlifbanın  xalqlar,  millətlər  və  toplumlar 
arası  kommunikasiya  vasitəsi  kimi  baxan  türklər  ehtiyacı  ödəyə 
bilən və bunu ən yaxşı şəkildə ifadə edə bilən əlifbaları qəbul etmiş 
və  onun  kommunikativ  funksiyasından  istifadə  etmişdi.Türk 
xalqları  əlifbaya  sahib  olmuşdu.  Belə  ki,  antik  əlifba  sisteminə 
əsaslanan Uyğur əlifbası və heç bir əlifba sisteminə söykənməyən, 
orijinal əlifbalar olan Runi və Xubilay xanın sifarişi ilə hazırlanmış 
kvadrat əlifba. Hər iki halda əlifba  bir millətin özünü ifadə forması 
kimi deyil, toplumlararası  ünsiyyət  vasitəsi kimi meydana gəlir ki, 
mənbələrdə bu barədə xeyli məlumat verilir. 
  Bəzi Türk Xalqları haqqında qonşu xalqların mənbələrində 
də  məlumatlar  çox  azdır.  Məsələn  Çin  xalqlarında  Hunlar, 


 
65 
Uyğurlar,  Göytürklər  haqqında  məlumatlar  yer  almaqla  yanaşı 
Altay  Xalqları,  Çuvaşlar,  Hakaslar,  Sibir  Tatarlarının  və  Yakutlar 
haqqında  məlumatlar  yer  almır.  Prototürk    diyə  adlandıra 
biləcəyimiz  bu  Xalqların  tarixləri  haqqında  yazılı  qaynaqlarda 
bilgilərin  olmaması  tarixçiləri  yazılı  olmayan  qaynaqlara 
yönəltmişdir. 
Ancaq      sayları  az  da  olsa    günümüzə  qədər  gəl  miş  son 
dərəcə  etibarlı  və  qiymətli  məlumatları  özündə  ehtiva  edən  yazılı, 
sözlü və arxeoloji mənbələrdən ibarət olan türkcə qaynaqlar, Türk 
tarixçiliyi baxımından qəbul edilmiş  ən mühüm qaynaqlardır.  
Türklərin  VI  və  VIII  əsrlərdə  istifadə  etdikləri    Uyğur, 
Yəhudi  və  Ərəb  əlifbaları  ilə  yazılmış  yazılı  mətnlər  Türkoloji 
fəaliyyətdə xüsusi bir yer tutur. 
Qədim  Türk  kitabələri  Monqolustanın  Orxon-Yenisey 
ətrafında  və  Talas  vadisində  toplanmışdır.  Ayrıca  bu  bölgələrdə 
məzar  daşları  olaraq  istifadə  edilən  "Balballar"  dan  əhəmiyyətli  
məlumatlar almaq mümkündür. 
  Türk tarixçiliyi baxımından əhəmiyyətli olan bu mənbələr 
haqqında  bir    qədər  daha  təfərrüatlı  məlumat    verməyə  ehtiyac 
var.Bunlar əsasən aşagıdakılardır. 
a)
 
Abidələr (Bengü daşlar) 
b)
 
Orxon – Yenisey Abidələri; 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə