Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

 
70 
və Sakari Palsi, bölgəni gəzərkən yerli xalqın sözlərindən buralarda 
bir  kitabənin  mövcudluğunu  anlamışlar  və  kitabəni  axtarmağa 
başlamışlar.  Nəhayət  yuxarıda    qeyd  olunan  mövqedə  kitabə 
tapılmışdır.  Sonralar  Ramstedt  bu  kitabəni  1918-ci  ildə  elm 
aləminə  tanıdır.  Kitabə  Uyğur  xaqanlarından  “tanrı  da  Bolmış  İl 
Etmiş  Bilgə  Xaqan”  adına  759-ci  ildə  inşa  olunub,  başlanğıcdan 
etibarən  İl  Etmiş  Bilgə  Xaqanın  zamanındakı  hadisələrdən  bəhs 
edildiyi  bir  daş  abidədir.      Kitabədə  “İrtiş  Oğuz”,  “Üç  Qarluq”, 
“Kazluk Göl” “Bolçu Gölü” kimi coğrafi adlar 840-cı ildən əvvəlki 
Türküstanın  etnik  vəziyyətini  başa  düşməyimizə  kömək    edir.  Bu 
cografi yer adları ilə əlaqədar Türkiyəli tədqiqatci dos.dr. Saadəttin 
Gömüç elmi bir araşdırma  aparmışdır. 
Uyğur  Kitabəsi:  Bu  kitabə  825-ci  ildə  Orxon  Uyğur 
Xaqanlığının  VIII  Xaqanı  Alp  Bilgə  Xaqan  (808-821)  xatirəsinə 
inşa edilmişdir. Kitabə rus arxeoloqu Yadrinsev tərəfindən 1889-cu 
ildə  Orxon  Uyğur  Xaqanlığının  baş  şəhəri  Qarabalsagun  ətrafında 
tapılmışdır.  Buna  görə  kitabəyə  “Qarabalsagun  kitabəsi”  də 
deyirlər.  kitabə  3.38  m      uzunluğunda,  1.77  m    enində  və  0.97  m 
qalınlığındadır.  Kitabənin  3  tərəfində;  Qədim  türkcə  (52  sətr), 
Sogdca  (31  sətr)  və  Çincə  (19  sətr)  yazılar  yer  almaqdadır. 
Kitabənin  Türkcə  olan  hissəsi  olduqca  köhnəlmiş  və  çox  oxunaqlı 
deyil. Kitabənin ən sağlam və oxunaqlı olan hissəsi Çin dilindədir.   
Kitabənin ilk dəfə mətnin elmi şərhinin nəşrini1980-ci ildə Radlov 


 
71 
etmişdir.  Kitabənin  türkcə  və  Çincə  mətninin  tərcüməsi 
H.N.Orkunun  Köhnə  Türk  Kitabələri  adlı  əsərinin  II  cildində  yer 
alır. Kitabənin Soğdca yazılmış hissəsinin şərhini O.Hansen 1930-
cu  ildə  "Oğur-Fin"  Elmi  Dərgisini  Turfan  (İdikut)  Xaqanlığı 
Töhpe Kitabəsi: n 44-cü  nömrəsində cap etdirmişdir. 
Turfan (İdikut) Uyğur Dövlətinə aid kitabələr içərisində çox 
mühüm  bir  yer  tutan  bu  kitabə  Turfanlıların  (Koçuluların)  yuxarı 
səviyyəli Dövlət məmuru və məşhur şair Ki-Ki Kursa İçku adlı biri 
tərəfindən qələmə alınmışdır. Tarixi dastan xüsusiyyətində olan bu 
kitabə  1334-cü  ildə    yazıya  alınmışdı.  Kitabədə  Turfan  (İdikut) 
dövlətinin  Xaqanlarından  Barçuk  Art  Tekin    dövründən  Tayipinu 
(Taypan)  dövrünə  qədər  (1208-1335)  olan  hadisələr  xronoloji  
qaydada  bəhs  edilir.  Kitabənin  arxa  hissəsinə  Turfan  (İdikut) 
uyğurlarının     şəcərənamesi Çin dilində yazılmışdır. Ön hissəsində 
isə  Qədim  Uyğur  yazısı  ilə  Turfan  (İdikut)  Uyğurlarının  mənşəyi 
və qısa tarixi  öz əksini tapır. 
Kitabə  Çinin  Kansu  əyalətində    olan  Wu-vei  muzeyində 
saxlanılır, onun uzunluğu 1.80 m,  eni 1.70 m-dir.   
 Turfanda  olan  Ağac  Parçası  üzərindəki  Kitabələr: 
1975-ci  ildə  Çinin  Xinjiang  Uyğur    Muxtar  Respublikasında      bir 
qrup  arxeoloq,  Turfanın  Qara  Qoçu  Məhəlləsinin  cənubunda  40-a 
qədər  qədim  məzarı  qazaraq  oradan      V  əsrə  aid,  üzərində  qədim 
Çincə və Sogdca yazılar olan 18  ədəd kiçik ağac parçası tapmışdır. 


 
72 
Uyğur  türk  arxeoloqlarından  Qurban  Veli  1976-ci  ildə  bunların 
üzərində  işləyərək  bu  kitabələrin  üzərindəki  Çincə  illiklər, 
Sogdçadan  Çincəyə  transkripsiya  edilən  Wu-hu-cin  (oğuz)  Tichin 
(Tekin),  kimi  sözləri  Çincədən  Sogdça  hərflərilə  transkripsiya 
edilən  Jen  (kişi),  Tai-j  (vəkil)  kimi  sözlərin  təsbit  edilməsi 
nəticəsində  Turfan  ərazisində  V  əsrdə  Uyğur  Türklərinin 
yaşadığını,  Uyğur  türkcəsinin  o  zamanlarda  Turfandakı  ana  dil 
olduğunu sübut etmişdir. 
Yuxarıda bəhs etdilən   kitabələrdən başqa   yenə də Talas 
Vadisində    tapılan  ağac  parçaları  üzərindəki  yazılar  və  Turfanda  
tapılmış  Göytürk  hərfləri  ilə  yazılmış  mətnlər,  iki  dövlətin  etnik 
vəziyyətini  və  dil  əlaqələrini  aydınlaşdırmaqda  çox  faydalı 
olmuşdur. 
Irk  Bitig:  Öz  məzmununa  görə  “Falnamə”,  “Tabirnamə” 
adlanan    bu    əsər  indiki  Çinin  Tun-huang    bölgəsindəki  bir 
məbəddə  tapılmışdır.  Yazılış  formasından  mənsur  bir  əsəri 
xatırladan  "Irk  bitiğin"  tamamı  104  səhifə  və  65  paraqrafdan 
ibarətdir.  Hər  paraqrafın  başında  birdən  dördə  qədər  içləri  qırmızı 
mürəkkəblə  dolu  qara  dairələr  vardır.  Şansını  sınamaq  istəyənlər 
zər atıb nömrəsinə görə bu paraqraflardakı yazıları oxuyurlar. 
Irk  Bitigdə  istifadə  edilən  dili  incələyən  elm  adamları  bu 
əsərin IX əsrə aid olduğunu və Orxon Uyğur Xaqanlığı zamanında 
qələmə alındığını, Göytürk əlifbası ilə yazıldığını və dilinin Qədim 


 
73 
Uyğur  Türk  ləhçəsi  olduğunu  irəli  sürürlər.  İrk  Bitigin  Göytürk 
əlifbası  və  sonradan  Turfanda  qədim  Uyğur  yazısıyla  sürəti 
cıxarılan   bir neçə nüsxəsinin günümüzə qədər saxlandığı, Göytürk 
əlifbası ilə yazılan nüsxənin digər nüsxələrə görə daha tam olduğu  
məlumdur.Əsərin hər bir hissəsi bu yaxşıdı və  ya bu pisdir hökmü  
ilə nəticələnir. 
Atabetül  –  Hakayik:  Türk  dili  və  ədəbiyyatının  inkişafı 
tarixində,  bir  mərhələnin    işıqlandırılması  baxımından,    əsas  yer 
tutan,  Atabetül  –  Hakayik  əsəri  böyük  ədib  Ahmet  Yükneki 
tərəfindən    12-ci  əsrdə  Kaşğar  dilində,  qədim  Uyğur  yazısıyla 
yazılaraq,  böyük  hörmət  bəslədiyi  Muhammed  Dad  İspehsalar 
Bəyə ithaf edilmişdir.  
Mövzu  və  ədəbi  janr  etibariylə  Kutadgu  Biligin  davamı 
xüsusiyyətində olan  bu  əsər, sərlövhələrdən də   anlaşıldığı kimi, 
Türk  –  İslam  mühitinin  mədəniyyəti  çərçivəsində  ,  fərdlərin 
tərbiyəsi  üçün      yazılmış  olan  ,  Türkcə  və  Mənzum  formada  olan 
bir mənəviyyat kitabıdır. Əsərdəki fikirlər çoxlu sayda quran ayəsi, 
hədis  və  ya  başqa  Ərəbcə  beytlər  ilə  şərh  edilmişdi.      Müəllif  
əsərində  öz  fikirlərindən  əlavə,  məlum  olan    mənbələri  gözəl  bir 
Türkcə ilə ifadə etməyi də lazım bilmişdi.   
        Əsərin  yazıldığı  təxmin edilən dövürdə  Atabetül  – Hakayikin  
əsərinin  nə  qədər  böyük  ehtiyacı    ödəmiş  olduğu  əsərin  yazıldığı 
tarixdən   sonralar da  dəfələrlə üzünün köçürülməsi, bir çox ədibin,  


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə