Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

 
83 
Tədqiqatçı  V.M.Jirmunski  türk  xalqları  folklorunun 
tədqiqatları 
çərçivəsində  qazax  dastan  və  rəvayətlərini 
ümumiləşdirərək qeyd edir ki, XV – XVI əsrləri əhatə edən və bu 
günə  qədər  qorunub  saxlanılmış  qazax  qəhrəmanlıq  və  tarixi 
dastanlarından  əvvəl  bu  xalqın  qıpçaq  kökünə  bağlı  eposu 
olmuşdur  ki,  bu  əlamətlər  müasir  dastanlarda  öz  elementlərini 
qoruyub  saxlamışdır.  Qazax  yazılı  və  şifahi  abidələrinin  Başqırd, 
tatar, qırğız və türkmən xalqları ilə tarixi inteqrasiyası tədqiqatçının 
diqqətindən  yayınmış  və  ya  tədqiqatçı  bu  məsələyə  yer 
ayırmamışdır.  Bədii  təfəkkürün  həm  yazılı,  həm  də  şifahi 
formalarda  ifadəsində,  sujetlərdə,  tarixi  və  mifoloji  qəhrəmanların 
adında,  toponimlərdə  bir  çox  oxşarlıq  və  eyniliyi  müşayət  etmək 
olar.  
SSRİ  ərazisində  yaşamış  türk  xalqları  içərisində  “İdiqe” 
haqqında  dastan  orta  əsrlərdən  müasir  dövrümüzə  qədər  çox 
yayılmış  və  şöhrət  tapmışdır.  Qara  dəniz  sahilindən,  Krım  və  Ön 
Qafqaz çölləri, aşağı Volqa sahilindən Urala qədər, oradan da Aral 
vadisi  və  Cənubi  Sibirə  qədər  ərazidə  yaşamış  türk  xalqları 
arasında  geniş  yayılmışdır.  Müxtəlif  dövrlərdə  qazaxlarda  və 
qarakalpaklarda,  köçəri  özbəklərdə,  noqaylarda,  türkmənlərdə, 
başqırdlarda,  krım  türklərində,  sibir  türkləri  və  dağ  altaylılarında 
yazıya köçürülmüşdür.  


 
84 
1820  –  ci  ildə  Q.İ.Spaski  tərəfindən  Qazax  variantının  rus 
dilinə  tərcüməsi  sibir  xəbərlərində  çap  edildi.  1830  –  cu  ildə 
A.Xodzko  tərəfindən  Həştərxan  şəhərində  noqay  variantı  yazıya 
köçürüldü  və  “İranın  xalq  poeziyası”  adı  ilə  ingilis  dilində  çap 
edildi.  1841  –  1842  –  ci  ildə  Çokan  Vəlixanov  tərəfindən  qazax 
variantının tam mətni çap olundu. 
1866  –  1872  –  ci  ildə  V.V.Radlov  tərəfindən  Omsk 
tatarlarının və Altay teleutlarının versiyası yazıya köçürüldü. 1896 
–  cı  ildə  krım  tatarlarının  “İdiqe”  haqqında  dastanı  yazıya 
köçürüldü.  1903  –  cü  ildə  P.M.Melioranski  tərəfindən  yazıya 
köçürülmüş  qarakalpak  versiyası,  yalnız  1917  –  ci  ildə  Aşqabad 
şəhərində çap edildi.  
1957  –  ci  ildə  Türkiyə  tədqiqatçısı  Səadət  Çağatay  “İdiqe” 
haqqında dastanı krım tatarı olmuş bir mühacirin ifasından  yazıya 
köçürmüş və Ankarada onu Alman dilinə tərcüməsi ilə birlikdə çap 
edmişdir. 
Bu  dastanın  hal  –  hazırda  çap  edilmiş  30  –  dan  artıq 
versiyası mövcuddur. (6. 354 səh.) 
Sovet illərində xalq aşığı Saqınbay Orozbakovun  ifasından 
yazıya  köçürülmüş  “Manas”  dastanı  250 000  misra  şeirlə  ifadə 
olunan  möhtəşəm  bir  eposdur.  Şahnamədən  2  dəfə,  Homerin 
İleadasından 16 dəfə böyükdür. Dastanın əsas hissəsi qədər də onun 


 
85 
ikinci və üçüncü hissələrini (“Semetey” və “Seytek”) Manasın oğlu 
və nəvəsi haqqında dastanlar təşkil edir. (6. 25 səh.) 
1940  –  1945–ci  illərdə  Manas  dastanının  müxtəlif 
epizodlarının çap edilməsinə baxmayaraq əsərin tam versiyası  yox 
idi.  1958  –1960–ci  illərdə  500 000  misralıq  əsəri  ixtisar  edərək 
80 000 misradan ibarət ixtisar edilmiş versiyasını 4 cilddə ilk dəfə 
Qırqızıstan elmlər akademiyası çap etdirdi.  
Manas  eposunun  ilk  yazılı  nümunəsi  Qazax  etnoqraf  alimi 
Çokan Vəlixanov 1806 – cı il yazıya köçürdüyü nüsxədir. Əlbəttə 
bu qorunub saxlanılmış nüsxə hesab edilə bilər. Ç.Vəlixanov qeyd 
edir  ki,  Manas  bütün  qırğız  mifologiyasının,  nağıllarının 
rəvayətlərinin toplanmış ensiklopediyasıdır. (6. 25 səh.)    
Özbək “Alpamış” dastanının klassik  variantını  özbək alimi 
Fazil Yoldaşov (1873 – 1953) 1928 – ci ildə yazıya köçürmüşdür. 
Bu  dastan  14 000  sətrdən  ibarətdir.  1939  –  cu  ildə  onun  tam 
variantı  X.Əlimcanovun  redaktəsi  ilə  çap  edilmişdi.  Bu  nəşrin 
əsasında  L.M.Penkovski  onun  rus  dilinə  tərcüməsini  hazırlayır  və 
1943 – cü ildə Moskvada çap etdirir.  
“Alpamış”  dastanının  oğuz  versiyası  “Bamsı  Beyrək” 
haqqında  dastan  adlanır.  Tədqiqatçılar  həm  sujetinə  həm  də  digər 
əlamətlərinə görə onu “Alpamış” dastanının anadolu versiyası kimi 
qəbul edir. (6. 155 səh.) 
Dastanın aşağıdakı versiyaları mövcuddur. 


 
86 
Kunqrat  versiyası  -  “Alpamış”  dastanının  özbək, 
Qarakalpak, Qazax redaktəsi ilə. 
Oğuz versiyası – “Kitabi – Dədə Qorqud” da Bamsı Beyrək 
və müasir Anadoluda xalq nağılları formasında. 
Qıpçaq  versiyası  –  Başqırd  xalq  nağılı  “Alpamış  və 
Barsınxulu” və Kazan tatarlarının “Alpamşa” dastanı. 
Altay versiyası – Altay qəhrəmanlıq nağılı “Alıp – Manaş”. 
(6. 584 səh.)    
Tədqiqatçılar hesab edir  ki,  bu dastanın  ən qədim versiyası 
altay oğuzlarına VI – VIII əsrlərdə Türk xaqanları dövrünə aiddir.  
Qəhrəmanlıq  dastanlarını  araşdıran  V.Jirmunski  “Koroğlu” 
dastanının  Qırğız,  Özbək,  Türkmən,  Azərbaycan  folklorunda  rast 
gəlindiyini  qeyd  etməklə  yanaşı  onun  tacik  versiyasının  da 
olduğunu qeyd edir. (6. 18 səh). 
Türkmən  folklorunda  “Yusif  və  Əhməd”,  “Koroğlu”,  “Gül 
və bülbül”, “Gül və Sənubər”, “Şahsənəm və Qərib” (Aşıq Qəribin 
türkmən  versiyası,  Tiflisdə  Lermentovun  1831-ci  ildə  tanış 
olduğu),  “Tahir  və  Zöhrə”,  “Seyfəl  –  Məlik”,  “Xurmukca  və 
Xəmrə”,  “Sayat  və  Xəmrə”,  “Əsli  və  Kərəm”  və  başqa  dastanları 
yazıya  köçürülmüşdü.  Bu  dastanların  əksəriyyəti  müxtəlif 
versiyalarda  bütün  türk  xalqlarında  məşhur  olmuşdur.  Bu 
dastanların kitab variantı Orta Asiyaya, əvvəlcə Xarəzmə, sonra isə 
Qazaxıstan və Qırğızıstana yayılmışdı. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə