Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

 
66 
V.V.Bartolda  görə  bu  abidələr  VI  əsrdə  ortaya  çıxmış  və 
Çindən Bizansa qədər olan geniş coğrafiyada imperatorluq qurmuş 
Göytür imperatorluğuna aiddir. 
Xüsusilə  Gültigin(732),  Bilge  Xaqan  (735)  və  Tonyukuk 
(716)  abidələri  ilə  731-ci  ildə  Altay  və  Şimali  Monqolustanda 
yazılmış   abidələr tarix araşdırmalarında çox mühüm sənədlərdir. 
Orhon  abidələrinin  ilk    kəşfi  1721-1722-ci  illərdə      I 
Pyotrun  xidmətində  olmuş  İsveçli  alim  D.Messerşimid  və  onu 
müşayiət edən F.İ.Tabbert tərəfindən edilmişdir. 
Orxon  abidələrini  ilk  oxuyan  alim  isə  İsveçli  V.Tomsen 
olmuşdur.  Orhon  abidələrinin  dünya  gündəminə  gəlməsində  Rus 
Türkoloqları V.V. Radlov və S.E. Malovun əməyi böyük olmuşdur. 
Qırğız  tarixçisi  Abdırazakov  isə  Orhon-Yenisey  abidələri 
haqqında  ilk  bilgi  qaynağının  1696-1697-ci  illərdə  daşlarla  bağlı 
xəbər  verən  araşdırmacı  etnoqraf  G.U.Remezovun  olduğunu  iddia 
edər. 
I  Pyotr  zamanında  həbs  edilən  və  Sibirə  göndərilən  İsveç  
zabiti Filip Yogan Stralenberg (Tabbert) 1713-1722-ci illəri Tobol 
şəhərində  yaşıyarkən  yerli  xalqın  tarixinə,  dilləri  ilə  əlaqədar 
mühüm  məlumatları  araşdırmış  və  daşlardakı  yazıların  Run  yazısı 
ilə yazıldığını müəyyən etmiş 1730-cı ildə İsveçə qayıtdıqdan sonra 
“Böyük Tatarın  yeni  coğrafi  yazıları”, “ Şimal və  cənubi Avropa 


 
67 
və  Asya  bölgələri”  adlı  əsərlərini  yazaraq  bu  abidələri  elm 
dünyasına tanıtmışdır. 
1889-cu  ildə  Rus  tədqiqatçısı,  arxeoloq  və  etnoqraf 
N.M.Yadrinsev  yenisey  abidələrindən      başqa,  Monqolustandakı 
Koşo-Saydam  adlı  yerdən  Orhun  gölünün  sahilində  olan  başqa 
əsərləri də kəşf etmişdir. Yadrunsev bu yeni əsərlərin iki ayrı dildə 
Çin və Run əlifbasında yazıldığını müəyyən etmişdir. 
Qırğız  tarixçisi  Ö.Qarayev  tədqiqatçıların:  Orhun-Yenisey 
abidələrinin dili haqqında mütəxəssislərin heç cür ümumi  razılıga 
gələ bilmədiklərini deyir.  
V.Radlov – “Qədim Türk dilində”; 
V.Bang – “Bozkurtların dili”; 
S. Malov – “Oğuz dili”; 
N.Baskakov– “əsər monolit deyil, bir neçə dildən ibarətdir”; 
İ.Batmanov – “Millətlər arası ortaq dil”; 
S.Kliyaştornıy  –  bəlkə,  qədimdən  Türk  ləhcəsi  olub,  sonra 
Türk Xaqanlığının Dövlət dilinə keçmiş ola bilər kimi fikirlər irəli 
sürülmüşdür. 
Son  əldə  olunan    nəticə  isə  Orhon-Yenisey  abidələrində 
istifadə edilən dildən  belə anlaşılır  ki, qədim türklərin özlərinə aid 
bir  ədəbiyyatı    olmuşdu.  VI-VIII  əsrlərdəki  türklərin  şeir  sənəti 
(1965),  Qədim  Türk  Ədəbiyyatının    nümunələri”  (1976)  adlı 
kitabların  müəllifi  İ.V.  Steblava  isə:  “Qədim  zamanlarda  Mərkəzi 


 
68 
Asiyada  müxtəlif  xalqlar  yaşayırdılar.  Bu  millətlərin  ortaq 
mədəniyyətindən bu kitabələr çıxdı” deyirdi. 
Hətta türk əsilli olmayan tədqiqatçilar belə etiraf edirlər ki, 
türklər böyük bir cografiyada müxtəlif xalqlarla birlikdə  yaşasalar 
da  dominant  xalq  olublar  və  türk  dili  xalqlar  arası  ünsiyyət  dili 
olmuşdu.Bu  konsepsiya  tədqiqatımızın  digər  paraqraflarında  da 
mərhələlərlə sübut olunur. 
 Terhin  Kitabəsi:  1957-ci  ildə  Monqolustanlı  arxeoloq 
S.Dorcisurun  Monqolustandakı  Terhin  çayının  Çagannur  gölünə 
töküldüyü yerin qərbindən 12 km, Terhin çayının şimal yatağından 
1  km  və  Hangay  dağlarının  şimal  qərbindəki  dik  qayalığın 
cənubundan  2  km  məsafədə,  torpaq    qatının  bir  az  üstündə 
dörtrəngli daş dirsəyin parçasını kəşf etmişlər. 
1969-cu ilin sentyabrında S.G.Klaştornıy və  onon arxeoloji 
qrupu  buraya  gəlib  qazıntı  apararaq  tıspağa  formasında  olan  qaya 
üzərində  yerləşdirilmiş  olan  0,75  m  böyüklüyündə  daş  abidəni 
ortaya  çıxardı.  Tıspağa  formasında  düzəldilən  qəlibin  arxa 
hissəsində Türk runik əlifbası ilə yazılmış yazı ilə möhür tapıldı. 
1970-ci  ildə  arxeoloq  N.Seruyjap  və  V.Volkof  Terhin 
kitabəsinin yanında qazıntı apararaq orada yenə iki hissə daş abidə 
tapdı.  Bu  üç  parça  daş  abidə  hal-hazırda  Monqolustan  Xalq 
Cumhuriyyətinin  Elmlər  Akademiyası  Tarix  İnstitutu  muzeyində 
mühafizə edilir. 


 
69 
Terhin  Kitabəsinin    oxunuşu  ilə  tərcüməsi  ilk  olaraq  1974-
1975-ci  illər  arasında  Monqol  filoloqu    M.Şinehu  tərəfindən 
edilmişdisə də bu çox  düzgün  bir tərcümə deyildi. 
 Bu  kitabənin  hansı  dövrə  aid  olduğu,  kim  tərəfindən 
tikildiyi  və  türk  tarixinin  hansı  qisminə  aid  olduğu  mövzusunda 
S.G.Klyaştornıy  belə  deyir:  “Terhin  Kitabəsinin  əsas  hissəsi,  İl 
Etmiş  Bilgə  Xaqan  adına  onun  oğlu    Kutluq  Tarhan  Sengün 
tərəfindən  yazıldığı,  kitabənin  şimal  tərəf  12-ci  sətrində  açıqca 
görülməktədir. Kitabənin ikinci sətri incələndikdə kitabənin 753-cü 
ildə inşa edildiyi  görünür.” 
S.G.Klyaştornıya  görə    kitabənin  II  hissəsində  yazılanlar 
Bilgə xaqanın şəxsən öz ağzından danışılan tarixi hadisələrlə bağlı 
olduğu    ifadə    olunur.  Ayrıca  bu  kitabə  mövzusunda  Türkiyədə 
Talat  Tekin  ilə  Saadettin    Kömeçinin  də  ciddi    araşdırmaları 
mövcuddur. 
Ümumilikdə 30 sətr və bir də daş qaya üzərindəki cümləni 
saysaq  31  sətrdən  ibarət  olan  bu  kitabənin  7-10-cu  sətrləri  köçdən 
əvvəlki  Türküstanın  etnik  vəziyyətini  başa  düşməyimizə,  14-cü 
sətri  isə  Uyğur-Yağma  etnik  birliyini  açıqlamamızda  bizə  kömək  
edir. 
 
Sine-Usu  Kitabəsi:  Bu  kitabə  şimalı  Monqolustanda 
Mogoiti  İrmağı,  Şine  –  Usu  Gölü,  Orgötü  Dağı    əhatəsində 
Finlandiyalı bir heyət tərəfindən tapılmışdır. 1909-cu ildə Ramstedt 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə