Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

 
99 
1875-ci  ildən  elm  aləminə  tanınan  Yusif  Xac  Xacibin  bu 
məşhur  əsərinin  müxtəlif  nəşr  və  tərcümələri  olduğu  kimi,  
Türkiyədə  də  Rəşid  Rahmeti  Arat  tərəfindən  çox  mükəmməl 
şəkildə   Türkiyədə tərcümə edilmiş və cap olunmuşdu.  
Azərbaycanda  bu  əsər  görkəmli  alimlər  Kamal  Vəliyev  və 
Ramiz  Əsgər  tərəfindən  Türkiyə  və  Özbək  türkcəsindən  istifadə 
edilərək  Xaqaniyyə  türkcəsindən  tərcümə  edilmiş  və  2006-cı  ildə 
çap  olunmuşdur.  Kitabın  tarixi,  mədəni  əhəmiyyəti  Azərbaycan 
dövləti  tərəfindən  yüksək  qiymətləndirilmiş  və  25  min  tirajla  çap 
edilərək ölkənin bütün kitabxanalarına pulsuz paylanılmışdır.  
“Divani  Luğat  –it  Türk”  və  “Kutadgu  Bilig”  əsərləri  Kaşğar 
mütəfəkkirlərinin  bütün  türk  xalqlarına  bəxş  etdikləri  qiymətli  bir 
xəzinədir.  Bu  mənbələr  bütün  Türk  xalqlarının  sərvətidir. 
Apardığımız  araşdırmalar  müəyyən  etmişdir  ki,  Türkiyədən 
başlayaraq  Başqırdıstan,  Qazaxıstan  və  Qırğızıstana    qədər  bütün 
türk  dilli  xalqların  kitab  irsini  ifadə  edən  mənbələrdə  bu  iki  kitab 
haqqında  böyük  məhəbbətlə  söz  açılır  və  onları  milli  sərvətləri 
olaraq qeyd edirlər. 
Qeyd olunduğu kimi tarix boyu türk xalqlarının fərqləndirici, 
özəl  xüsusiyyətlərini  araşdırmaq  konsepsiyası  nöqsanlı  və  qərəzli 
konsepsiya  olmuş,  dini,  ideoloji  və  karparativ  maraqlara  xidmət 
etmişdir. 
Tədqiqatımızın 
məqsədi 
müştərək 
əlamətləri, 
xüsusiyyətləri,  dəyərləri  üzə  çıxarmaqla  xalqların  inteqrasiyasına 


 
100 
xidmət  etmək  olduğu  üçün  adları  çəkilən  bu  əsərlərin  çox  böyük 
əhəmiyyəti vardır.          
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
101 
5.  Antik mənbələr 
 
Antik  dövrdə  yazılmış  kitablarda  Türklər  haqqında 
məlumatlar  V.V.  Latışev  tərəfindən  Rus  dilinə  tərcümə  edilərək 
"İzvestia drevnıx pisateley qreceskix i latınskix o Skifı i Kafqaze" 
adi ilə 1893-1906-cı illərdə Sank Peterburqda cap etdirmişdi.   
Eramızdan  əvvəl  minilliyin  birinci  və  ikinci  yarılarında, 
Mərkəzi  Asya  və  Şərqi  Avropada  Türk  xalqları  haqqında  antik 
dövürdə Heredot, Strabon, Pilinin, Kvint Kursuy Rufun, Plutarhın, 
Klavdi  Ptolomeyin,  Ammaian  Marlselin  tərəfindən  yazılmış 
kitablarda  olduqca  geniş  məlumatlara  rast  gəlinir.  Xüsusilə  də 
Ammian  Marselin  330-400  cü  illərdə  yazdığı  “Tarix”  adlı  kitabda   
Şimali Avropada yaşayan Hunlar haqqında olduqca geniş və  nadir 
məlumatlar  verılir.  Əsli  Yunanlı  olan  Ammian  Marsel  Roma 
ordusunda  Hunlara  qarşı  vuruşmuşdu.  Marsel  hunlar  haqqında 
gördüklərini  və  eşitdiklərini    əsasən  obyektiv  bir  şəkildə    yazıya 
köcürmüşdü.Əlbətdə  unutmaq  olmaz  ki,tarixci  düşmən  ordusunu 
xarakterizə  edir.    Antik  dövrün  digər  müəlliflərindən  biri  olan  
Klavdiy  Ptolomey  Hunlarla  birlikdə  savaşan  xalqların  da    adlarını 
çəkmişdi.(x)   
 Bizans  mənbələri:  VI-VII əsrlərdə  Şərqi Avropada yaşamış 
Türk xalqları haqqında ən dəqiq məlumatlara Bizans tarixçilərinin 
əsərlərində də  rast  gəlmək olar.  Xüsusilə Şərqi  Avropada  yaşamış 


 
102 
olan  Türk  xalqlarından  Avarlar,  Bulqarlar,  Kuturqurlar,  Savarlar, 
Sariuqurlar, Utiqurlar, Hunlar və s. haqqında  Prisk, Zosim, İordan, 
Prodiktor,  Prokopi,  Feofan,  Fefikalt  Simokatda  əsərləri  bu  dövrü 
araşdıran tarixçilərin  müraciət etdiyi ilk qaynaqlardır.  
Prisk  Panisky  (433-474)nin  yazdığı  Bizans  Tarixi  və 
Atilanın  Hərəkətləri”  adlı  8  cildlik  kitab  olduqca  ətraflı    məlumat 
verir.  
Yenə  Bizans    tarixçilərindən  olan    Prokopi  Kesarlının  (500- 
565)  yazdığı  “Romalıların  Farslar,  Vandallar  və  Gotlarla 
savaşlarının  Tarixi”  adlı  əsərdən  Eftalitler  və  digər  Mərkəzi  Asya 
Türkləri haqqında geniş məlumatlara rast gəlmək olar.  
Yenə  Bizanslı  tarixçi  Menendir  (6-cı  əsr)  Qərbi  Türk  
Xaqanlığı  ilə  Bizans  arasındakı  münasibətləri  izah  edir  və  İstemi 
Xağan haqqında ətraflı məlumat verir.  
Şərqi Avropa coğrafiyasında VIII-XIV əsrlərdə yaşayan Türk 
xalqları haqqında geniş məlumatlar verən bir digər   Bizans qaynağı   
baqrynordnıddır.  Bu  tarixçi  əsərində  Uzlar,  Kəngərlər  və 
Peçeneklər haqqında məlumatlar verirdi.  
XIII-  XIV  əsrlərdə  Moğolların    işğalları  və  Moğol 
İmperatorluğunun  qurulması  İtalyan  tədqiqatçısı  Plano  Karpinin 
Latın  dilində  yazdığı  “İstorii  Mongolov    imenuemix  nami 
Tataramı”  əsərində  verilmişdir.  Bu  əsərdə  Tian  –  Şan  və  Mərkəzi 
Asiyada yaşayan Türk xalqları haqqında geniş məlumatlar verilir.  


 
103 
1253-  cü  ildə  Fransa  Kralı  IX  Lüdovik,  Mərkəzi  Asya 
Moğollarına  Vilhem  Rupruku  elçi  olaraq  göndərmişdi.  Rupruk 
missiyadan  qayıtdıqdan  sonra    yazdığı  əsərdə  bu  bölgədə  yaşayan 
türk  xalqları  və  onların  yaşayış  tərzləri  haqqında  məlumatlar 
verirdi.  
Xubilay  Xanın  sarayında  20  il  yaşayan  Marko  Polo  da  XIII 
əsrdəki  Mərkəzi  Asiyada  yaşayan    türk  xalqları  haqqında  geniş  
məlumat verir. (107)  
 Çin mənbələri: Çin  mənbələrinə gəlincə 751-ci ildəki Talas 
müharibəsində  ağır  məğlubiyyətə  uğrayan  Çinlilər  Türküstandakı 
nüfuzunu  yavaş-yavaş  itirməyə  başlamışdı.  Həmdə  Orhumdakı 
Uyğurların  və  Tibetlilərin  zaman-zaman  Tang  imperatorluğu 
qarşısında siyasi və iqtisadi baxımdan üstünlüyünü saxlaması daxili 
və xarici hücumlara qarşı müdafiəsiz bir vəziyyətə gətirmişdi. Ona 
görədə,  Çin  o  dövrdə,  yəni  IX-XI  əsrlər  arasında  Türküstan 
coğrafiyasında  baş  verən  hadisələri  yaxından  izləmə  şansını 
itirdiyindən    yazılı  mənbələrdə  Türküstanla  əlaqədar  çox  məlumat  
daxil  edə  bilmədi.  Bu    mənbələrdə,  Sungnamədə  (Suhgshu)  yer 
alan  Wang  Yan-  tenin  Turfan  Səyahətnaməsindən  başqa  dəqiq 
məlumatlar  verilməyib.  Mövcud,    məlumatlar    isə  ümumiyyətlə 
gəlib  gedən  karvanlar,  onların  gətirdikləri  hədiyyələr  (Çin 
qaynaqlarında  Çinə  ticarət  məqsədilə  gətirilən  əşyalar,  imperatora 
gətirilən  hədiyyə  olaraq  qeyd  edilib)  və  tacirlərin  Çindən  gətirdiyi 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə