Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

 
132 
basdırılması  haqqında  məlumat  verir.  Bu    məlumatların  Çin  
mənbələrində  də      mövcud  olması  məlumatların    mötəbərliyini 
ifadə edir.    
Məsudi  əsərində  Doqquz  Oğuzlar  ilə  Uyğurların  eyni  xalq 
olduğunu    iddia  edir.Eləcə  də  Peçenek  və  digər  Türk  xalqlarının 
adını  cəkir  və  onların    Bizanslar  ilə  olan  döyüşlərindən  də  bəhs 
edir.  
Müəllifin  "Kitabül  et/ət-Tənbeh  vəl  İşraf  "adlı  əsərində  İrtiş 
boylarındakı  Kimek  və  Oğuzların  yaylaq  və  qışlaqları  haqqında 
məlumat verilir. . 
 Bu  mənbə  "Meruc  əz-Zehed"  Fransız  Barbier  də  Maynard 
tərəfindən tərcümə  edilərək  ilk dəfə1861-1874-cü illərində Parisdə  
nəşr  edilmişdir."  Kitabül  et/ət-Tənbeh  vəl  İşraf"  əsəri  isə    Goeje 
tərəfindən tərcümə edilərək 1894 də Leydende nəşr edilmişdir.(H) 
Hüdud  əl  Aləm:  Türk  tarixinin  IX-XI  əsrlərinin  
işıqlandırılmasında çox əhəmiyyətli bir yerə sahib olan bu  mənbə 
kimliyi  müəyyənləşdirilməmiş        farsdilli  bir  müəllif  tərəfindən 
982-ci  ildə  (H.  372)  Güzgan  Əmiri  Əbul  Həris  M.  B.  Əhməd  b. 
Feriguna  istinad edilmişdir.   
 1930-cu  ildə  V.Barthold  və  SSRİ  Elmlər  Akademiyası 
nəşriyyatı    tərəfindən  faksmeli  olaraq  Leninqradda  (Sank-
Peterburqda)      nəşr  edilmişdi.  1937-ci  ildə    V.  Minosrky  əsəri 
İngilis  dilinə  tərcümə  edərək  Londonda  nəşr  etdirmişdir.  Əsər, 


 
133 
İslam  və  Türk  Coğrafiyası  haqqında    yazılmış  ən  əhəmiyyətli 
işlərdən sayılır.  
Bu  əsər  Türk  Ölkələrinin  coğrafiyası  haqqında  olduqca 
təfsilatlı  məlumat  verir,    eləcə  də  müxtəlif  Türk  ölkələrindəki 
əhəmiyyətli şəhərlər haqqında da   məlumatı  özündə ifadə edir. 
Ahsan    et  -Tekasım  Fi  Marifet    el  -  Ekalim:  Əsər  
Məhəmməd  B.  Əhməd  əl  -  Makdisi  (Ölüm  375/985)  tərəfindən 
qələmə alınaraq  985-ci ildə tamamlanmışdır.  
 Bu  mənbədə    türk  qövmlərinin  yaşadığı  ölkələrin  coğrafi 
mövqeyi,  iqlimi  və  s.    mövzularda  məlumatlar  verir.  Xüsusilə  də  
Xəzər  dənizi  ətrafındakı  türklər  haqqında  verdiyi  məlumatlar 
diqqəti  cəlb  edir  .  Kudamanın  bəhs  etdiyi  Doqquz  Oğuz  şəhərləri 
haqqındakı  məlumatlar,  bu    mənbədəki  məlumatlarla    bütünlüklə 
üst-üstə düşür. Əsər   Goeje tərəfindən 1877 də nəşr edilmişdir. (X) 
Zeyn  əl  Ahbar:  Əsər,  Əbu  Səid  Abdulhayy  B.  Dahhak  əl-
Gerdizi (Ölüm 444/1053) tərəfindən 1050-ci ildə  yazılmışdı. 1041-
ci  ilə  qədər  olan  hadisələri  izah  edən  bu    mənbədə  Türklərə    aid 
olunan      hissəsi  Türk  Coğrafiyası,  etnoqrafiyası  və  tarixi 
baxımından  əhəmiyyətlidir.        Gerdizi  əsərin  Türk  ölkələrinə    aid 
olan    hissəsini  yazarkən  İbn  Hurdadbihin  Kitab  əl  -  hakbar, 
"Mesalik  əl  Memalik",  İbn  əl-  Mukaffanın"  Rud  əl  -  Dünya"  adlı 
əsərlərindən,  "Tavzih  et-  Dünya"  adlı  əsərindən  və  böyük  bir 
ehtimalla İbn Rüştün əsərindən istifadə eymişdi. 


 
134 
 Gerdizi,  əsərində  Doqquz  Oğuzlar,    Karluklar,  Kırğızlar, 
Kiməklər,  Yağmalar,  Çiğiller,  Türgişler  və  Barsganlılar  haqqında 
geniş məlumatlar verir. Əsərin  karluklara aid hissəsində   onların 
mənşəyindən, 
yaşayışlarından,  ailə  quruluşundan,  Doqquz 
Oğuzlarla  olan  münasibətlərindən,   
Karlukların  dövlət  
quruluşundan  bəhs  edir.      Kiməklər  haqqında  yazdığı    hissədə 
Kimeklerin yurd qurmasından, türk boylarından, Həbs, Sad, Yabğu  
və  Xatun  kimi  ünvanlarından  danışmışdı.      Oğuzlar,  Xəzərlər  və 
Peçenekler , Şiğiller və Türgişler (S. 279-280) hissələrində onların 
coğrafi  mövqeyi,  fiziki  xüsusiyyətləri,  iqtisadi  vəziyyətləri,  dini 
inancları, ənənələri kimi  mövzulardan bəhs edir. Əsər 1897-ci ildə  
V. Bartold tərəfindən nəşr edilmişdir.    
Mucem  əl  Buldan:  Əsər  bir  Türk  alimi  olan  Yaqut  əl  - 
Hamavi (ö 1229) tərəfindən yazılmışdır. XIII əsrdə yazılan bu əsər 
IX-XI  Əsr  türk  tarixi  ilə  bağlı  geniş    məlumatlar  öz  əksini  tapır.   
Qədim  Yunan  və  İslam  coğrafiyaçılarının  əsərlərindən    istifadə 
edərək    Türklərin  məskunlaşdığı  bölgələr  haqqında  məlumatlar 
verən    bu  kitab  1866-1873-cü  il  tarixləri  arasında  F.  Vüstenfeld 
tərəfindən Almaniyanın Leypziq  şəhərində nəşr edilmişdir(x).  
Asar  əl  -  Bilad  :  Moğol  dövrü  tarixçilərindən  Zekeriyə  B. 
Məhəmməd B. Mahmud əl -Qəzvini (ö 1283) tərəfindən yazılan bu 
kitabda  Peçenekler,  Tatarlar,  Oğuzlar,  Başqırdlar  və  Bulqarlar 
haqqında əhəmiyyətli məlumatlar verilir.  


 
135 
Kitabül  Surət  əl  -  Ərz  (Kitabül  Mesalik  əl  -  Məməlik): 
Əsər  Xorasanda,  Mavərənnəhrin  və  Xəzər  boyları  başda  olmaqla   
dünyanın  bir  çox  ölkəsini  gəzmiş  Əbul    Kasim  Məhəmməd  B. 
Havkal      tərəfindən  yazılmışdır.  Əsərdə  Xəzər  və  Mavərənnəhrin 
boylarındakı  Türk  Xalqları  haqqında  məlumatlar  verilır.  976-cu 
ildə    yazılan bu  əsər 1873-cü ildə m.  Də. Goeje tərəfindən  Leiden 
də nəşr edilmişdir.(X)  
        Nüzhet  əl-  Müştak  Fi  İhtirak  əl-  Afaq  :  Bu  kitab  Əbu 
Abdullah b. Məhəmməd əl-Şərif əl -  İdrisi tərəfindən 1154-cü ildə 
yazılaraq  Norman  Kralı  II  Rogere  təqdim  edilmişdir.  Bu  səbəblə 
kitaba Kitabı Rocar da deyilər. Əsərdə Türklərin yaşadığı coğrafiya 
xəritələrlə  izah  edilməkdədir.  Bu  əsərin  bir  nüsxəsi  İstanbulun 
Ayasofiya Kitabxanasında da saxlanılır.  Əsərin Türklərlə əlaqədar 
hissəi R. Şeşen  tərəfindən tərcümə edilmişdir.  
Lubabul  -  Elbab  Cevaimül  -  Hikayat  və  Levamür  - 
Rivayat: Bu iki əsərin sahibi Nureddin Məhəmməd  B. Məhəmməd 
əl - Avfi (ö 1233) dır.  
kitabın  Fardca  və  Ərəbcə  nüsxələri  cox  sayda  qorunub 
saxlanılm  və  Türkcəyə  də  bir  neçə  dəfə  tərcümə  edilmişdir. 
Kitablarda  müəllif  insanları  əxlaqi    strukturlarına  görə  "Yaxşı 
Əxlaqı",  "Pis  Əxlaqı",  "Əcaibi  Aləm"  və  "Təbiət"  olaraq  dörd 
qrupa ayırır  və onların arasındakı əlaqələri araşdırır. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə