Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   37   38   39   40   41   42   43   44   45

 
166 
1.Müstəqilliyini  bərpa  edən  Türkdilli  dövlətlər  müstəqil 
arxeolojı  və  elmi  tədqiqatlara  başladılar  ki,  az  müddətdə  ciddi 
nailiyyətlər əldə edildi. 
2.Tədqiqat  sahəsində  qadağalar  götürüldü  və  digər  Türkdilli 
xalqların tədqiqatları ilə tanış olmaq imkanları yarandı. 
3.Türkologiya sahəsində irticaçı konsepsiyalar ifşa olundu və 
xalqların  inteqrasiyasına  xidmət  edən  strategiyalar  işlənib 
hazırlandı. 
4.Müasir  texnika  və  kommunikasiya  vasitələri  tədqiqatların 
toplanması,  işlənməsi  və  ötürülməsi  sahəsində  yeni  imkanlar 
yaratdı  ki,  bu  da  elmi  informasiyanın  təhlilinə,  ekspertizasına, 
dezinformasiyanın müəyyənləşdirilməsinə, bitkin tarixi mənzərənin 
yaradılmasını təmin etdi.   
5.Mədəni  tarixin  müxtəlif  areallarda    öyrənilmə  dərəcəsi 
müəyyənləşdi  və  preoritetlər  təyin  olundu.  Artıq  tədqiqatların 
obyekti  xalqların  fərdiyyətini  müəyyənləşdirən  cəhətlər  deyil, 
onların  ümumiləşdirəcək  və  inteqrasiya  edəcək  xüsusiyyətlər 
öyrənilməyə başlanır. 
6.Dil,  yazı,  əlifba,  kitab  və  kitabxanalar  haqqında 
formalaşmış  streotiplər  dağıldı  və  yeni  konsepsiyalar  işlənib 
hazırlandı. 
7.Türk  xalqlarının  birliyi  məqsədi  ilə  yüksək  səviyyələrdə  
əməli addimlar atıldı, beynəlxalq və regional təşkilatlar yaradıldı. 


 
167 
8.Türkdilli  dövlətlərin  elm,  təhsil,  mədəniyyət  sahəsindəki 
əməkdaşlığı    heç  vaxt  olmadığı  səviyyədə    genişləndi  və 
inteqrasiya elementləri  artdı. 
Türkdilli  xalqların  kitab  və  kitabxana  mədəniyyətini,  onun 
mənbəyini və mənbəşünaslığını  tarixi təkamüldə öyrənmək bir sıra 
nəticələr əldə etməyə imkan verir. 
1.Türkdilli  xalqların  kitab  və  kitabxana  mədəniyyətinin 
mənbəyi Türk xalqlarıdır. 
2.Türkdilli  xalqların  kitab  və  kitabxana  mədəniyyətinin 
mənbəşünaslığında  bu  xalqların  yaratmış  olduğu  yazılı  və  şifahi 
irsin öyrənilməsi ilə yanaşı digər informasiya kütləsinin də tədqiqi 
və təhlili nəzərdə tutulmalıdır. 
3.Türk xalqları yazı, əlifba və kitab məhsullarına milli özünü 
ifadə  vasitəsi  kimi  deyil,  millətlər  və  toplumlararası  ünsiyyət  və 
kommunikasiya vasitəsi kimi baxmışdı. 
4.Türk  xalqlarının  yaratmış  olduqları  tarixi  dövlətlər,  bu 
dövlətlərin  hökmdarları  milli  əlifba  yaratmaq  dərəcəsində  qüdrətli 
idilər. 
5.Xubilay  xan  Tibet  kahinlərinə  yeni  və  universal  əlifba 
sifariş  etdikdə  bunu  Türk  xalqlarının  milli  əlifbası  olaraq  deyil, 
böyük  bir  imperiyada  heroqlif  yazının  nöqsanlarını  bilərək 
xalqların və toplumların komunikativliyini təmin etmək məqsədi ilə 


 
168 
etmişdi.  Bu  əlifbanın  bütün  imperiyada  tətbiq  olunması  ücün  bir 
necə dəfə fərman verilmişdi. 
6.Türk  xalqları  ücün  kitab  müqəddəs  hesab  edilirdi.  Bu 
düşüncələr  kitabın  tarixi  təkamülündə  türk  toplumunda  kitaba 
olunan münasibətdə özünü göstərir. 
7.Türk  xalqlarının  kitabxana  mədəniyyətində  qadagan 
olunmuş  mövzular,  məhdudiyyətlər,  dini  və  ideolojı  senzuralar 
müşaət olunmyr. 
8.Türk  xalqlarının  kitabcılıq  fəaliyyətində  və  kitabxana 
mədəniyyətində  milli  və  dini  tolerantlıgın  nükəmməl  bir  təzahürü 
özünu göstərir. 
9.Müxtəlif  türkdilli  coğrafiyada  aparılan  lokal  tədqiqatlar 
bütünlükdə türkdilli mədəniyyətin inkişafına xidmət etmişdi. 
10.Türkdilli  xalqların  tarixi  coğrafiyasında  yaranmış  yazı, 
kitab və kitabxana mədəniyyəti bəşəri təkamülə xidmət etmiş bir irs 
olaraq ümumi iftixar mənbəyidir. 
Qeyd  olunan    xüsusiyyətlər  türk  xalqlarinin  kitab  
mədəniyyətinin  öyrənilməsi,  bu  irsin  mühafizəsi,  yayılması  və 
təbligi  hesabına  mümkün  olmuşdu.  Bu  baxımdan  türk  xalqlarının 
kitab  və  kitabxana  mədəniyyətinin  tarixi  ənənələrini  öyrənmək, 
müasir  inteqrasiya  texnologiyalarını  öyrənmək  və  tətbiq  etmək 
əhəmiyyətlidir. 
 


 
169 
TÖFSİYƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI 
 
 
1.
 
 Axundov A.A. Müasir Azərbaycan dilinin tarixi fonetikası. 
Bakı: ADU nəşri, 1973, 112 s.  
2.
 
 Azərbaycan  dilinin  dialektoloji  atlası.  Bakı:  Elm,  1990, 
284 s. 
3.
 
 Аристов 
 
Н.А.очерки 
по 
истории 
древных 
Хазар.Л(с.пб)1962. 
4.
 
Ахмедов 
Б.А.Государство 
кочевых 
узбеков. 
Ташкенд.1961.       
5.
 
Abbaslı İsrafil. Azərbaycan dastanlarının yayılması və təsiri 
məsələləri. Bakı. “Nurlan”, 2007. 272 s.         
6.
 
Adjı  Murad.  Qıpçaq  çolünün  yovşanı.  Bakı,  “Gənclik”. 
1997, 192 səh.  
7.
 
Akalın Gülsərən. Türk düşüncə və siyasi həyatında Əhməd 
Agaoğlu. Bakı, “Az Orta M”. 2004, 164s. 
8.
 
 Allahverdiyev B. Ümumi kitab tarixi. Bakı, 2006. 
9.
 
 Almaz  Ü.  Azərbaycan-Özbək  (Cıgatay)  ədəbi  əlaqələri. 
Bakı. “Qartal”, 2008. 326 səh. 
10.
 
 Aydın 
Abi    Aydın.Türkiyə  ədəbiyyatı  tarixi.  2 
cilddə.Bakı.BAKI UNİVERSİTİ nəşriyyatı.2007. 


 
170 
11.
 
Aslan  Knyaz.  Qədim  və  orta  əsrlər  dünya  kitabxanaları.  I 
cild. Bakı. “Bakı Universiteti” nəşriyyatı,      2007. 288 səh. 
12.
 
 Aslan Knyaz. Qədim və orta əsrlər dünya kitabxanaları.  II 
cild. Bakı. “Bakı Universiteti” nəşriyyatı, 2008. 240 səh. 
13.
 
Azadə  R.  Mövlana  Cəlaləddin  Rumi.  Bakı.  “Elm”,  2005. 
176 səh. 
14.
 
 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. Bakı, 2006. 
15.
 
 Azərbaycan  dövri  mətbuatı  1875-1990  (Biblioqrafiya). 
Bakı. 1993, 258 səh. 
16.
 
 Azərbaycan  sovet  ensiklopediyası.  10  cilddə.  Bakı. 
Azərbaycan Sovet Ensiklopediyası nəşriyyatı. 1978. 
17.
 
 Азизова 
Фарида.  Древнетюркские  элементы  в 
джахилийской  арабской  поэзии.  Баку.  «Эльм»,  2007. 
120 стр. 
18.
 
 Азимджанов  С.А.,  Вороновский  Д.Т.  Собрание 
восточных  рукописей  Академии  Наук  Узбекской  ССР. 
Москва. 1963. 
19.
 
 Алиев Играр. Очерки истории Атрапотены. Баку. 1989, 
160 стр. 
20.
 
 Ализаде  А.  Хроника  мусульманских  государств  (I-VII 
вв. хиджры) Москва. «Умма», 2007. 445 стр. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə