Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

 
158 
şumerlilərdən  Babillilərə  keçirdi,  Çinlilər  isə  hələ  yazını  ixtira 
etməmişdilər. 
 
 Tapılmış  yazı  nümunəsi  nə  "iki  çay  vadisi"  yazı 
nümunələrinə  nə  də  qədim  iran  yazılarına  bənzəmədiyindən 
mütəxəssislərin  diqqətini  cəlb  etmişdi.  Harvard  universitetinin 
arxeoloq  alimi  doktor  Karl  Lamberq-Karlovski  və  digər  nüfuzlu 
mütəxəssislər türkmənistanda tapılmış "artifaktlar" barədə fikir irəli 
sürmüşdür.  Məlum  olmuşdu  ki,    Türkmənistan  ərazisində  antik 
dövrün  böyük  sivilizasiya  mərkəzləri  barədə  sovet  mütəxəssisləri 
də araşdırmalar aparmışdı. Lakin nəticələr gizli saxlanılmışdı.  
 
Bu sivilizasiyanın mənbəyinin Türkiyə ərazisində olduğunu 
iddia edən doktor Sarianidi də Türkmənistanda   arxeoloji qazıntılar 
aparmışdı və bu baxımdan mülahizələri diqqətə  layiqdir. Müxtəlif 
fikirlər  hələ  ümumi  nəticələr  əldə  etməyə  imkan  vermir.  Lakin 
əminliklə  demək  olar  ki,  doktor  Frederik  T.Xibertin  dediyi  kimi 
"arxeologiya dərsliklərini yenudən yazmaq lazım gələcək". 
 
Digər bir mənbə Həcir (Xajir) Teymuryana aid olan "Ömər 
Xəyyam-şair, qiyamçı, astronom" adlı  414 səhifəlik əsəridir. Kitab 
"Hazhir  Teimourian.  OMAR  KHAYYAM-HİZ  LİFE  AND 
TİMES"  adlı  əsərin  ingilis  dilindən  rus  dilinə  tərcüməsidir  və 
Moskvanın  AST-astrel  nəşriyyatında  2007-2010-cu  illərində  bir 
neçə dəfə böyük tirajlarla çap edilmişdi. 


 
159 
 
Türk  xalqlarının  kitab  və  kitabxana  mədəniyyətini 
araşdirarkən  mədəni  tarixin  mühüm  mərhələlərindən  olan 
Səlcuqilər  dövrünü  araşdırmadan  keçmək  mümkün  deyil.  Bu 
baxımdan  qeyd  olunan  əsər  nəzərə  alsaq  ki  böyük,  tirajlarla  elmi 
mənbə  olaraq  oxucuların  əlinə  keçir  və  tarixi  dövrlə  əlaqədar 
düşüncələr  yaradır  bizim  də    bu  mənbələri  öyrənərək    təhlil 
etməyimiz zərurətə çevrilir. 
 
Müəllif  İran  kürdüstanında  anadan  olub  böyümüş  erməni 
əsilli  bir  xanımdır,  sonra  mühacirət  edərək  Londonda  "Tayms" 
qəzetində, daha sonra Hyu-yorkta SiBiEs -də xəbərlər proqramında 
işləmişdi.Peşə  xasiyyətnaməsində  "Tayms"  ona  "anadangəlmə 
diktor", "Faynenşıl tayms" qəzeti isə ona "lütfükar yeni Britaniyalı" 
kimi qiymət verir. 
 
Min  il  əvvəl  baş  vermiş  tarixi  prosesləri  araşdırmaq  üçün 
müəllifin bir sıra göstəricilərə malik olması   əsərdə özünü göstərir. 
-Müəllif  fars  dilində  təhsil  aldığına  görə  dövrön  ilk 
mənbələrini araşdıra bilir. 
-Müəllif  ingilisdilli  tədqiqatlara  müraciət  edərək  nüfuzlu 
alimlərin fikirləri ilə tanış ola bilir. 
 
Lakin  təbii  bir  sual  ortaya  çıxır,  bu,  müəllifin  nəyinə 
lazımdı?  Belə  isə  İranın,  Əfqanıstanın,  Tacikistanın  da  çox  sayda 
vətəndaşı həm fars dilini bilir, həm də ingilisdilli mənbələr istifadə 
üçün  açıqdır.  Bir  diktor  və  ən  yaxşı  halda  orta  səviyyəli  jurnalist 


 
160 
nədən  Ömər  Xəyyam  haqqında  əsər  yazaraq  bütün  Səlcuqlar 
dövrünü  təhlil  etsin  və  müxtəlif  tarixi  şəxsiyyətlərin  siyasi  və 
mədəni  portretini  yaratsın?  Əsərin  yazılmaqda  məqsədini  başa 
düşmək kifayət qədər çətindir.Dərin elmi mütaliəsi olmayan oxucu 
bu səbəbləri anlamaqda mütləq çətinlik çəkər. 
 
Müəllif yazır: "Bədr əl-Cəmali Misirin erməni hökmdarıdır. 
O uşaq yaşlarında Cəlcuqlar tərəfindən tutulur və qul olaraq satılır. 
Sonralar  orduda  hərbi  karyera  yaradaraq  bir  vilayət  hakiminin 
yanında sərkədə olur. Qahirəyə İsmaililər hökmdarı tərəfindən Türk 
əsilli qulamlardan dövləti qorumaq üçün dəvət edilir. O isə bunun 
əvəzinə  hakimiyyəti  ələ  alır  və  iran  ismaililərinə  yardım  almaq 
üçün gəlmiş Həsən Səbbahı Qahirədən qovur."(s.396) 
 
Bir kiçik abzasda bu qədər informasiya yükü və onun içində 
mövcud  olan  dezinformasiya  hər  bir  oxucuya  eyni  təsir 
göstərmir.Məsələn.  məlum  olur  ki,  Səlcuqlar  dövründə  qullara  da 
şəcərə  tutulurmuş,  uşaq  yaşında  qul  olaraq  satılmış    Bədr  əl-
Cəmalinin  şəcərəsində    hətta  onun  anasının  erməni  olması  qeyd 
olunub  və    ona  görə  də  o  "erməni  hökmdarıdir".  Bununla  da 
Misirin  Məmluklar  dövrü  hakimiyyətinin      türk    əsilli  olması  sual 
altına düşür. 
 
Başqa  bir  epizodda  deyilir:  "Alp  Aslan  Qafqaza 
soxulur.Gürcüstanın erməni çarı IV Baqrat məcbur olub qızını ona 
ərə verir.Sonralar bu xanım Nizam əl-Mülkin arvadı olur"(s.403).  


 
161 
 
Mütəxəssis çox sayda suallarla qarşı-qarşıya qalır. Doğrudu 
Səlcuqilər,  eləcə  də  digər  hökmdarlar  fəth  etdikləri  əyalətlərin 
hökmdarlarının  qızlarını  alır  və    şah  hərəmxanasında  belə 
"gəlinlərin"  sayı  çox  olardı.    Lakin  avropa  və  xristian 
normalarından  fərqli  olaraq  islam  mədəniyyətində  bu  "gəlinlər" 
islam  dinini  qəbul  etməli  və  sarayda  heç  bir  digər  milli  və  dini 
təzahürlərə  yol  verməməli  idi.  Eləcə  də  Erməni  kimliyini  qoruyub 
saxlamaq  üçün  "erməni  qriqoryan  kilsəsinə"  mənsub  olmaq 
lazımdır.Kilsədən  uzaqlaşmaq  erməni  kimliyinin  itirilməsi  demək 
idi ki, bunu erməni tədqiqatçıları da etiraf edir. 
 
 Kitabın  bütün  mətnində  Səlcuqilərə  bəslənilən  dərin  nifrət 
özünü  göstərir.Dogrudur  bəzi  tarixi  şəxsiyyətlərə  nifrət  bir  çox 
digər tədqiqatlarda da görünür. Məsələn, görkəmli fransız alimi Jan 
Pol  Ru  məşhur"  Tamerlan"  adlı  əsərində  (rus  dilinə  2006  -cı  ildə 
"Görkəmli  İnsanların  Həyatı"  seriyasında  "maladaya  qvardiya" 
nəşriyyatında 
çap  olunmuş  tərcüməsi  əsasında)  Osmanlı 
Sultanlarına, xüsusilə də Sultan Bəyazidə nifrəti  aydın  his  olunur. 
Tarixi hadisələri şərh edərkən "Ankara döyüşünü" həvəslə şərh edir 
və  Əmit  Teymurun  qələbəsini  sevinclə  təsvir  edir.  Sanki  Bəyazidi 
Ankara döyüşöndə, Toxtamışı Səmərqənddə məglub etməklə Əmir 
Teymur  avropanı  fəlakətdən  qurtarır  və  müəllifi  "xoşbəxt"  edir. 
Lakin bu əsərin əhəmiyyətinə bir o qədər təsir etmir. Müəllif tarixi 
həqiqətləri öz şəxsi kimliyindən gələn maraqlara qurban vermir. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə