Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

 
141 
Sahihi  Müslim, Süneni  Nesei, Süneni  Əbu Davud, Süneni  Tirmizi 
və Süneni İbn Maseh. 
İslam  alimləri  bu  hədis  kitablarından  ən  mötəbər  olanlarının 
əvvəlcə  Səhihi  Buxari  və  Səhihi  Müslim  olduqlarında        umumi 
razılığa  gəlirlər.  Etibarlılıq  baxımından  bir  hədis,  bu  iki  hədis 
kitabında    təkrar    edilirsə  ən  mötəbər  hədis    olaraq  qəbul  edilir. 
daha  sonra  Səhihi  Buxaridə  zikr  edilənlər,  sonra  Müslimdə  zikr 
edilənlər  və  digərlərində  zikr  edilənlər,  sonra  Müslim  də  zikr 
edilənlər  və  digərlərində  zikr  edilənlər  etibarlılıq  baxımından 
sıralanır.    
Türklər  haqqında  rəvayət  edilən  ən  məşhur  hədis  "Türklər 
sizə toxunmadıqca sizdə onlara toxunmayın" hədisidir. 
Hz.  Peyğəmbərin  hədislərindən  bəhrələnərək  İslam  aləmi 
türklərdən bəhs edərkən onları "Qandıra Oğulları" olaraq zikr etmiş 
və  hətta  onların  fiziki    quruluşları  ilə  əlaqədar          maraqlı 
məlumatlar ortaya çıxmışdır. 
Hz.  Peyğəmbərin  türklər  haqqındakı  müsbət  sözləri,  onların 
islam  dünyasının  üzərindəki  hakimiyyetin  uzun  olacağı 
istiqamətindəki  bəyanı  və  türk  dilinin  mütləq  öyrənilməsi 
istiqamətindəki tövsiyələri Ərəb dünyasında müsbət təsir buraxdığı 
kimi qısqanclığa da səbəb olmuş və türklər əleyhinə mənfi məlumat 
və  düşüncələr    yaymaqla  bir  çox  "uydurma  hədis"lərin  (Mövzu 
Hədis)   rəvayət edilməsinə də  səbəb olmuşdu.  


 
142 
 Digər  tərəfdən  Müsəlmanlarla  türklərin  mədəni  əlaqələrinin 
Hz  Peyğəmbər  dövründən  başladığı  və  Hz.  Peyğəmbərin  627-ci 
ildə  cərəyan  edən  Xəndək  döyüşünü  bir  türk  çadırından    kecirdiyi  
məlumdu. (114)   
Hz.  Peyğəmbərin  türkləri    tanıması  və  hətta  onları  yaxından 
tanıması  son  dərəcə  normal  idi.  Çünki  Hz.  Peyğəmbər  dövründə 
Göktürk  Xaqanlığı  İpək  yolunun    yeganə  hakimi  idi  və  Hz 
Peyğəmbər  də  özünə  vəhy  gəlməmişdən  əvvəl    ticarətlə  məşğul 
olmuşdu.  
Bu  səbəbdən  də  Hz.  Peyğəmbər  hədislərində  Türklərin  
mərdlikləri  və qəhrəmanlıqları da tərif olunur və vurğulanır . 
Hz. Peyğamberin hədisləri, Türk xalqları tarixi baxımından ən 
əhəmiyyətli    mənbələr  arasındadır.  xüsusilə  Hz  Peyğəmbərin 
türklərin    görkəmini    ifadə  edən  hədislərdən  bir  neçəsini   
xatırladaq.    
"Əmr  B.  Tağlıbdən  rəvayət  edildiyinə  görə;  Hz  Peyğəmbər 
buyurmuşdur  ki;  Qiyamətin  qopmasının  şərtlərindən  biri  sizlərin 
tükdən  çarıqlar  geyən  bir  qövm  olan  Türklərlə  döyüşmənizdir. 
Yenə qiyamətin bir digər şərti isə sizlərin geniş üzlü belə ki üzləri 
örs  üstündə  döyülmüş  kimi  olan  dərilərlə  örtülmüş  möhkəm 
qalxanlara sahib Türklərlə döyüşmənizdir" (116) 
Yenə  bənzər  bir  hadisə  Əbu  Hureyrden  rəvayət  edilmişdir; 
"Hz Peyğəmbər buyurdu ki, sizlər kiçik qıyıqgözlü, qırmızı bənizli 


 
143 
yatık  burunlu,  çöhrələri  sanki  örs  üstündə  döyülmüş  və  üzəri 
dərilərdə  örtülmüş  möhkəm  qalxanlar  kimi  bir  qövm  olan  türklərə 
savaşmadıqca  qiyamət  qopmayacaq.  Yenə  sizlər  tükdən  çarık  və 
corablar  geyən  bir  qövmlə  savaşmadıqca  qiyamət  qopmayacaq." 
(117) 
Həm Buxari və həm də Müslimdə   bu hədisin və ona bənzər 
bir  çox  hədislərin  dəyişik  rəvayətləri  var.  Bu  hədislərdən  yola 
çıxaraq  Hz.  Peyğəmbərin  daha  əvvəldən  qarşılaşıb  hədislərində 
tərif  etdiyi  türk  tipinin  "Qıyıqgözlü,  qırmızı  bənizli,  dəyirmi    və 
geniş  üzlü"  olduqlarını,  bu  türklərin  çox  güclü  və  heybətli  bir 
quruluşa  sahib  olduqları,  bədən  strukturlarının  düz  və  mütənasib 
olduğu,  çadırda  yaşadıqları,  tükdən  toxunmuş  paltarlar  geydikləri 
və tükdən  hazırlanmış çadırlarda yaşadıqları aydın olur.  
Bu  tip  Türk  -  Moğol  və  ya  Qıpçaq  tipi  olduğu  bu  gün 
Qazaxıstan  və  ya  Qırğızıstanda  yaşayan  Türklərə  təmamilə  uyğun 
gəldiyi  görünür.  Bundan    başqa    Hz.  Peyğəmbərin  möcüzəvi  bir 
şəkildə  özündən  sonrakı  türk-Ərəb  siyasi  əlaqələrinə  də  yol 
göstərən hədislər də zikr etdiyi məlumdur. 
Məsələn,  hədislərdən  birində  Hz.  Peyğəmbər:  "Sizlər 
şübhəsiz qıyıqgözlü bir qövm olan türklərlə  döyüşəcəksiniz. Onlar 
sizləri  üç  dəfə  sürüb  qovacaqlar  və  sonda  sizlərə  Ərəbistan 
yarımadasında    yetişəcəklər.  Birinci  zəbtdə  onların  qarşısından 
qaçanlar  mütləq  bir  fəlakətdən  xilas  olacaqlar.  İkinci  təqibdə  isə 


 
144 
bəziləriniz  qaçıb  xilas  olacaq  və  bəziləriniz  isə  həlak  olub 
gedəcəklər. Üçüncüdə isə onların zəbtlərinin kökü kəsiləcək" (118)     
Hədis kitablarında bu hədis  də bir çox şəkildə rəvayət olunur  
. Nuaym b. Hammad bu hədisin davamının belə olduğunu söyləyir; 
"...üçüncü  zəbtdə  isə  onların  kökləri  kəsiləcəkdir.  Bax  onlar 
Türklərdir.  Nəfsim  yeddi  qüdrətində  olan  Allaha  and  içərəm  ki 
türklər atlarını müsəlman məscidlərinin dirəklərinə bağlayacaqdır." 
(119) 
Hz.  Peyğəmbər  başqa  hədislərində  də  Türklərdən  bəhs 
edərkən onların qandıra soyundan gəldiyini söyləyir. 
"Türklər  sizə  toxunmadıqca  sizdə  onlara  toxunmayasınız. 
Çünki Qandıra oğulları ümmətinə Allahın verdiyi mülk və səltənəti 
əllərindən çəkib alacaqlar" (120)  
Qandıra soyu haqqında   Ərəb qaynaqları dəyişik  fikirlər irəli 
sürürlər.  Bəzi  Ərəb  müəlliflərinə  görə  qandıra  Hz.  İbrahimin 
nökərlərindən birinin adı idi. Onlara görə Hz. İbrahimin kanturadan 
bir çox uşağı olmuşdu. O uşaqlardan birinin adı da türk idi. Məşhur 
Ərəb  ədibi  Cahız  bunlardan  biridir.  Cahız  “Fezailül  etrak”  adlı 
kitabında  türklərdən  sevgi  və  sitayişlə  bəhs  edərkən  bu  iddiası  ilə 
türklərin soyunu Ərəblərə söykəməyə calışır. (121) 
Hz.  Peyğəmbər  dövründən  sonra  da  İslam  dünyasının 
Türklərə  baxışı  olduqca  müsbət  olmuşdur.Kərbala  hadisəsinin  ən 
şiddətli  bir  mərhələsində  7  türk  döyüşçüsü  Hz.  Hüseynin  yanına  


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə