Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

 
145 
gələrək onu özləri ilə  birlikdə  türklərin  yaşadığı  bölgələrə  getməsi  
ücün razı salmağa çalışmışlar. Hz. Hüseyn də Türk cəngavərlərinin 
bu  təklifinə  təşəkkür  edərək  oğulu  Zeynel  Abidini  işarə  etmiş  və 
"Mən şəhid olduğum zaman onu götürüb aparın" demişdir. (122) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
146 
11. Türkdilli lügətlər 
 
         Son  illərdə  türk  dilli  lüğətlərin  tarixi,  təhlili,      ənənələri, 
metodologiyası  haqqında  çox  sayda  elmi  və  ümumiləşdirilmiş 
tədqiqatların sayı çoxalmışdır. Bu tədqiqatlar içərisində diqqəti cəlb 
edən  samballı  araşdırmalar  da  az  deyildir.  Türk  xalqlarının  linqvo 
arxiologiyasının mühüm mənbəyi gədim lügətlərdir.  
         İlk  yazı  sisteminin  Şumerlər  (e.ə  2600-1960)  tərəfindən 
yaradılması  və  inkişaf  etdirilməsi,  bu  yazının  da  Şumer 
məktəblərində  öyrədilməsi  tarixə  məlumdur.  Şumer  şəhərlərindən 
olan Urukda tapılan bəzi gil lövhələrdə, dərs kitablarını xatırladan 
söz  siyahıları  yer  almışdır.  Bu  siyahılarda  söz  birləşmələri  və 
fellərlə bağlı şərhlər mövcuddur. E.ə  III minilliyin sonlarına doğru 
Sami  xalqlarının  Şumerlər  üzərinə  hakim  olması  ilə  Şumercə  söz 
və söz birləşmələrinin Akkatca qarşılıqlarını verən lüğətlərə ehtiyac 
duyulmuşdur. Sami xalqlarına mənsub olan Assuriyalılar (e.ə 2480-
609)  mixi  yazıdan  hərfli  yazıya  keçdiklərində  qarşılaşdıqları 
çətinlikləri  aradan  qaldırmaq  üçün  dini  mərasimlərdə  oxunan 
mətnlərin  simvol  və  terminlərini  yığıb  Ninevadakı  Aşurbanipal 
kitabxanasında mühafizə etmişdilər.(h) 
           Çinlilər, Hindlilər, və Yunanlılar da dilçilik sahəsində də ilk 
araşdırmalar aparmış xalqlardılar. Çinlilərdə bu çalışmalar  e.ə XI 
əsrə qədər davam etmişdir. Ku Ye Wang adlı bir Çinlinin Yu Pi En 


 
147 
və  Şi  Wo  Wanın  da  Hu  Şin  adıyla  bir  lüğət  yazdıqları  məlumdur. 
Hindlilər  linqvistika  sahəsində  ilk  çalışmaları,  müqəddəs  Veda 
mətnləri  üzərində  etmişlər.  E.ə  təxminən  V  əsrdə  yaşadığı  fərz 
edilən  Hind  qrammatikaçısı  Panini,  bu  günə  qədər  çatmış 
Ashtadhyayi  adlı  mənzum  bir  qrammatika  kitabı  yazmışdır. 
Panininin  müasirləri  arasında  adı  çəkilən  Yaskanın  Nirakta  adlı 
kitabında,  Vedalarda  ifadə  olunan,  anlaşılması    çətin  olan  sözləri, 
tanrı və ilahələrin adları şərh edilmişdir. Hindlilər lüğətçiliklə tanış 
olduqları zaman Sanskritçə sözləri əlifba sırasına görə sıralamışlar. 
Hindlilərin  ilk  lüğəti  Amarakumda  adıyla  bilinən  Amarasthadır. 
Altıncı əsrdən əvvəl yazılan bu lüğət, sinonim sözlər kişi və qadın 
cinslərinə görə bölünürdü. 
       İlk yunan filosofları din ilə söz arasındakı olan əlaqələrə xüsusi 
diqqət  yetirmişlər.  Bir  tərəfdən  müqəddəs  mətnlərin  ilahi  gücü, 
digər  tərəfdən  sözün  məzmunu  və  insan  üzərindəki  müsbət  və 
mənfi  təsirləri  öyrənilir,  digər  tərəfdən  fəlsəfi  fikrin  inkişafı 
səciyələndirən,  Qədim  Yunanlılar  dilçilik  sahəsində  əhəmiyyətli 
dərəcədə  fəaliyyət  göstəriblər.  Yunanlılar  tərəfindən  yazılan  ilk 
lüğətlər,  ümumi  lüğətlər  deyil,  ilkin  mərhələdə  məşhur  Yunanlı 
natiq və filosofların istifadə etdikləri sözləri ya da Homerin İlliada 
və  Odessey  əsərində  Əflatun  kimi  filosofların  kitablarında  keçən 
sözləri ehtiva edən və açıqlayan xüsusi (izahlı) lüğətlərdir. Məlum 


 
148 
olan  ən  qədim  Yunanca  lüğət,  Julius  Polluxun  on  cildlik 
Onomastik, mövzulara görə sistemləşdirilmiş lüğətdir. 
       Türkiyə  mütəxəssisləri  türk  xalqlarının  lüğətçilik  ənənələrini 
təqdiq  etmək  sahəsində  bir  çox  naliyyətlər  əldə  etmişlər. 
Təqdiqatçılar  içərisində  dosent,  doktor  Yusif  Öz  `Tarih  Boyunca 
Türkce  sözlüklər`  əsəri  dos.  dok  M.  Sadi  Cögənli  `əsgi  hərflərlə 
basılmış  türkcə  sözlüklər  kataloqu  diqqətimizi  cəlb  edir.  Sadi 
Cögənlinin tərtib etdiyi kataloq lüğət məhsulllarının çap nüsxələrini 
özündə  əhatə  edir.  Bu  baxımdan  yalnız  son  400  ilə  aid  lüğət 
məhsulları  kataloqda  öz  əksini  tapır.  Yusul  Özün  tədqiqatı  daha 
geniş tarixi mərhələni özündə əks etirir. Kitabdan çox sayda lüğət 
məhsulları  toplanılıb  və sistemləşdirilib.  Diqqətimizi  cəlb  edən bir 
xüsusiyyətcə  ondan  ibarətdir  ki,  xeyli  zəhmət  çəkilmiş  tədqiqatda 
prinsipial  konsepsiya  yoxdur.  360  səhifədən  ibarət  tədqiqat  işi  11 
fəslə 
bölünür. 
Fəsillərin 
sərlövhələri 
aşağdakı 
kimi 
ümumiləşdirilib: 
 
1) 
Ərəb dilində lüğətçilik ənənələri 
2) 
İlk fars lüğətləri və tərtib olunması məqsədləri 
3) 
Türk dilində lüğətçilik 
4) 
Farsca-Türkcə lüğətçilik 
5) 
Farsca-Türkcə lüğətlərin məzmun xüsusiyyətləri 
6) 
Anadolu lüğətləri 


 
149 
7) 
Yeni hərfli Farsca-Türkcə / Türkcə-Farsca lüğətlər . 
8) 
Qıpçaq lüğətləri 
9) 
İran və Azərbaycan lüğətləri 
10) 
Hindistan lüğətləri 
11) 
İdil-Ural lüğətləri\ 
  Fəsillərin  sərlövhəsindən  göründüyü  kimi  tədqiqatçı 
lüğətlərin  formal  əlamətlərinə  görə  qruplaşdırma  aparıb,  bəzi 
hallarda isə lüğətlər coğrafi areallara görə bölünür.  
           Bu  baxımdan  Azərbaycan  tədqiqatçılarının  mövqeyləri 
fərqlidir. Azərbaycanda lüğətçilik tarixi və ənənələrini tədqiq edən 
mütəxəsislər: 
           Türk xalqlarının  lüğətçilik  ənənələrini  tədqiq  edərkən vahid 
konsepsiyaya  əsaslanıblar.  Bu  zaman  lüğətin  tərtib  olunduğu  yer, 
lüğəti  tərtib  edən  şəxslər,  lüğətin  tərtib  olunma  məqsədi  əsas 
konsepsiya  kimi  müəyyənləşdirilib.  Məlumdur  ki,  bir  sıra  farsca, 
ərəbcə eləcədə türkcə bir tərəfli, iki tərəfli və çox tərəfli lüğətlərin 
tərtibatçıları  türk  əsilli  şəxslər  olmuşlar.  Belə  ki,  fars  dilinin 
tədqiqatçılarından  olan  görkəmli  alim  Tehran  Universitetinin 
professoru Dexoda 48 cildlik `Fərhəge Dexoda`lüğətini tərtib edən 
bir  şəxs  olaraq  türk  əsillidir  və  fars  dilinin  olub-keçmiş  və  hal-
hazırda var olan söz mədəniyyətində mövcud olan türk əsilli sözləri 
də ayrıca fərqləndirmiş və öz lüğətində qeydə almışdır.   


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə