Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

 
154 
 
Məsələn,  "Fərqanə"  adlı  nüfuzlu  Beynəlxalq  İnformasiya 
Agentliyinin  Mariya  Yanovski  adından  yayınladığı  "Türkmənlər-
asketlərin,  inklərin,  qədim  şumerlərin  və  sərt  norveçlərin 
əcdadlarıdır" adlı analitik yazısı diqqətimizi cəlb edir. 
 
Tədqiqatçı, Türkmən alimi Odeq Odeqovun əsərlərini təhlil 
edən M.Yanovski belə bir fikir  ifadə edir. "Fərqanədə O.Odeqovun 
iki  kitabını  oxumaq  imkanı  əldə  etdim.  Birincisi  "Biz-  asiyalılar, 
arilər, türkmənlər", ikincisi Dünyada türkmən izi". 
 
Nəzərə alsaq ki, O.Odeqovun Türkmənistanın əməkdar elm 
xadimi, Türkmənistan EA-nın həqiqi üzvü, geofizika və geologiya 
sahəsində  elmlər  doktoru  və  professordu  əlbəttə  bu  kitabları  əldə 
etmək  və  oxumaqı  biz  də  istərdik.  Lakin  ilk  mənbələri  əldə  edə 
bilmədiyimiz  üçün  M.Yanovskinin  təhlilləri  ilə  kifayətlənməli 
oluruq. 
 
Kitabda  toplanmış  materialların  mövzusunu  öyrəndikcə  bu 
əsərin  orijinalını  tapmaq  və  alımin  tarixi  proseslərə  orijinal 
baxışlarını öyrənmək daha çox fikrimizdən keçir.Yalnız məqalənin 
sonunda məlum olur ki M.Yanovski linqvo-arxeologiya, mürəkkəb  
etno-mədəni mühitin öyrənilməsi kimi problemlərdən çox  uzaqdır. 
Məsələn  məqalənin  sonunda  məlum  olur  ki,  M.Yanovski   
Moskvanın  yaxşı  orta  məktəblərindən  birində  oxuyan  15  yaşlı 
qızından  məsləhət  alır    və  qızı  ona  şumerlərin  mixi  yazı  ilə 
yazdığını xatırladır. 


 
155 
 
Əlbətdə hər bir hazırlıqlı  oxucu sonunda başa düşür ki,  bu 
tip  tədqiqatlar  məhz  tədqiqatçının  uşaqlarının  yaxşı  məktəblərdə 
oxuması  məqsədi  ilə  yazılır.  Yoxsa  M.Yanovskinin  nə  işinə  var 
şumerlər, inklər, türkmənlər kimdir. 
 
Tədqiqatçı  mülahizələrini  məyusluqla  bitirir.  Məyusluğun 
səbəbi    belə  anlaşılır:  "əgər  bir  ölkədə  kəndli  kəndi  ilə,  məmur  
idarəetmə  ilə,  alim  elmlə  məşguldursa  bu  pisdi.  Əyər  bir  orta 
dərəcəli  jurnalist  Türkmənistan  Elmlər  Akademiyasına  elmsiz 
deyərsə bu yaxşıdı". 
 
Görkəmli  Şumeroloq  alim  S.Kramer  də  uzun  illər  apardığı 
təgqiqatlarının  sonunda  məyus  olur.  "Tarix  şumrerdə  başlanır" 
əsərində    o  etiraf  edir  ki,  bütün  ömrünü  Sami  xalqlarının  
əcdadlarını  axtarmağa  sərf  etmiş  və  müəyyən  olduqdan  sonra    ki, 
şumerlilərin dili kumilyativ dillərə aiddir və buna uygun gələn dil 
bu  cografiyada  yalnız  türk  əsilli  xalqlardır  təbii  bir  məyusluq 
yaranmışdı.  Bu  ğörkəmli  alimin  məyusluğu  ilə  tədqiqatçı 
M.Yanovskinin məyusluğu xeyli fərqlidir. 
 
Əlbəttə    görkəmli  alim  O.Odeqovun  əsərlərini  oxumaq 
istəyimiz  onunla  bağlı  deyil  ki,  orada  yazılanlar  "quran  ayəsidir". 
Əlbətdə    bizim  də  oxuduğumuz,  araşdırdığımız  bir  sıra 
bildiklərimizlə  tutuşdurub  bəzi  hallarda  razılaşmaq,  bəzən 
razılaşmamaq, hətta  müəlliflə mübahisə edə  biləcək nəticəyə gələ  
bilər. Lakin bütün hallarda tədqiqatçı M.Yanovskinin istehzası bizə 


 
156 
yaddır.  Məsələn  XIX  əsrin  ortalarında  inğilis  zabiti    Rolinson 
Bisitun  dağlarındakı  yazıların  oxunması  zamanı  mətnlərdə  olan 
simvollardan    birini  "mən"    olaraq  qəbul  etməsi,  onun  qədin  fars 
dilində  qarşılıgının  "Aham"  olması  və  bu  kəlmənin  qədim  sami 
dillərində "Adam" sözünün transformasiya olunmuş  versiyası kimi 
qəbul  edilməsi  bu  konsepsiyanın  əlehdarlarının  da  etirazına  səbəb 
olmuşdu. İstehza elmi əsası olmayan və əlacsızlıqın ifadəsidir. 
 
Mixi  yazı    şəkilli  yazının  (piktoqrafiyanın)  səsli  əlifbaya 
keçməsi  prosesində  bir  aralıq  əlifbadır.  Heca  əlifbası  da  aralıq 
əlifbadır. Odur ki, "məktəbli" tövsiyəsi ilə nəticə çıxaran araşdırıcı 
hiddətlənir. Niyə? Akademik O.Odaqovun  arqumentlərinə qarşı nə 
irəli sürür? Heçnə. 
 
Peşəkar  tədqiqatçı  irəli  sürdüyü    fikirləri  konkret    nəzəri 
konsepsiyaya 
əsaslanan  mütəxəssis  türkdilli  etnonim  və 
toponimləri    peruda,  mesapatamiyada  skandinaviyada  axtarır  və 
diqqəti cəlb edən nəticələr əldə edir. Bu tarixi təcrübə  digər  super 
etnoslara da aid edilir. Məsələn sami dilli etnonim və toponimlər də  
böyük bir coğrafiyada hələ də qorunub saxlanılır. Buna təəccüb və 
hiddət göstərmək problemin elmi həllindən uzaq olmaq deməkdir. 
 
90-cı  illərdə  "Qaraqum"  çölündə  aparılan  ciddi    arxeoloji  
qazıntılar    antik    dövrün  əhəmiyyətli    mədəni  mərkəzlərini  üzə 
çıxardı. Bu coğrafiyanın Mavərənnəhr mədəniyyəti ilə əlaqələrinin 


 
157 
olması,    inancları  və  mifologiyasında  yaxınlıq  elementləri 
müəyyənləşmişdi. 
 
Ümumbəşər  tarixinin    varislik  konsepsiyası    ümumiyyətlə 
mütəxəssislərin  əksəriyyəti    tərəfindən  qəbul  edilir.  İnsan 
cəmiyyətinin  bu  günki  nailiyyətləri  dünyanın  müxtəlif  xalqlarının  
minilliklərlə  yaratmış  olduğu,  yaradaraq  paylaşmış,  paylaşdıqca  
zənginləşən  və  mükəmməlləşən  ümumbəşəri  nailiyyətlərdir. 
Müzakirə  bu  proseslərin  alqoritmi  və  ümumbəşəri  nailiyyətlərdə  
iştirak dərəcəsi üzərindədir. Bu zaman  siyasi və ideoloji maraqlar 
toqquşur və məyusluq, hiddət, dezinformasiya və müxtəlif müəllif 
və ideyaların "Janqlorluğu" qarşıya çıxır. 
 
Türkmənistanın  İran  sərhədləri  yaxınlığında,  Annau 
ərazisindəki  xarabalıqlarda  yeni  və  həle  haqqında  geniş  məlumat 
verməkdə  çətinlik  çəkilən  bir  mədəniyyət    mərkəzi  arxeoloqlar 
tərəfindən 
üzə 
çıxarılmışdı. 
Amerikanın 
Pensilvaniya 
Universitetinin  mütəxəssisi  doktor  Frederik  T.Xibertin  apardığı 
arxeoloji qazıntılar zamanı üzərində yazıya bənzər  4-5 sinvol həkk 
olunmuş bir daş parçası üzə çıxmışdı. Alim  bu tapıntı ilə əlaqədar 
Harvard 
universitetində 
keçirilən  "Dil  və  arxeologiya" 
problemlərinə  həsr  edilmiş  simpoziumda    çıxış  etmişdi.  O  qeyd 
etmişdi  ki  "Biz  demək  olar  ki  yeni  bir    qədim  sivilizasiya  üzə 
çıxarmışıq. "Bu o dövrə aiddir ki, Misir piramidaları üç yüz il idi ki 
qurulmuşdu,  Dəclə  və  Fərat  çayları  vadisində  hokmranlıq 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə