Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

 
150 
             Azərbaycan  lüğətçiliyin  tarixi  ənənələrini  özündə  əks 
etdirən  Hinduşah  Naxçivaninin  `əs-Sihah  əl-əcəmiyyə`  lüğəti 
tədqiqatçının  kitabında  Anadolu  qrupunda  yer  almaqdadır. 
Doğrudur,  farsca  türkcə  lüğətlər  kateqorıyasına  daxil  edilməsi  də 
məntiqlidir.  Yalnız  bu  zaman  tədqiqatın  IX  fəslində  İran-
Azərbaycan  sahəsi  kimi  müəyyənləşdirilmiş  fəsil  hansı  növ 
lüğətləri  özündə  əks  etdirməlidir?  Bir  halda  ki,  Azərbaycan  lüğət 
məhsulları Anadolu qrupuna daxil edilir.  
               Yusif  Özün  tədqiqatında  diqqətimizi  cəlb  edən  bir 
xüsusiyyətdə ondan ibarətdir ki, tədqiqatçı öz əsərində çap olunan 
lüğətlərlə  əlyazma  lüğətlərini  bir  yerdə  ümumiləşdirir.  Ənənəyə 
görə bu tip lüğətlər ayrıca tədqiqat obyekti olmalıdır. Məsələn Sadi 
Cögənli yalnız çap olunmuş lüğətləri kataloqlaşdırır, bununla təsdiq 
edir ki, çap nüsxələri lüğətin daha çox kütləviliyini xarakterizə edir. 
Əlyazma  lüğətləri  kütləvilikdən  daha  çox  lüğəti  akademik 
fəaliyyətin nəticəsi kimi xarakterizə edir.  
            Başqa bir misal: Bədrəddin İbrahimin `Fərhəngi-Zəfənquya 
və Cahanpuya` əsəri rus alimləri tərəfindən fars leksikologiyasının 
nümunəsi  və  nəaliyyəti  kimi  təqdim  olunur.  Daşkənddə  keçirilən 
IV  Ümumittifaq  İran  Filologiyası  konfransında  (1964)  Bədrəddin 
İbrahimin  lüğəti  məhs  belə  təqdim  olunur.  Adı  çəkilən  lüğət  7 
bəxşdən (fəsil) və iki əlavə fəsildən ibarətdir. Bu fəsillərin üçü fars 
dilli sözlərə 2-si ərəb dilli sözlərə, 2-si türk dilli sözlərə və biri rum 


 
151 
mənşəli  sözlərə  həsr  olunub.  Heç  şübhəsiz  ki,  belə  lüğətin 
tərtibatçısı  bu  dillərə  mükəmməl  bələd  olmalı  idi.  Belə  bir  bir 
tərkibdə  tərtib  olunmuş  lüğət  müsəlman  ölkələri  içərisində 
ümumukomnikativliyi  təmin  etmək  məqsədilə  tərtib  olunurdu  və 
heç bir halda milli mədəniyyətin ifadə forması kimi qarşıya qoyula 
bilməz.  Yusif  Özün  adı  çəkilən  kitabında  milli  mədəniyyətin 
təqdim oluna biləcək epizodları aşağıdakı kimi verilir. (səh. 37-38) 
`Farscanın Hindistan sahəsində yazılmış ilk əhatəli lüğət kimi qəbul 
edilən  Ferhengi-cahangiri  Hindistana  yerləşmiş  İran  əsilli 
dilçilərdın  Cəmalləddin  Hüseyn  Farhuddin  Hasan  İncu-yi  Şirazi 
(öl. 1035/1626) tərəfindən yazılmışdır. İncu sülaləsinin  nüfuzlu bir 
ailəsindın olan yazıçı, əvvəlcə Deken sultanlarının sarayında, daha 
sonra  994/1586  –ci  ildə  Hind  hökümdarı  Cəlaləddin  Əkbər  Şahın 
sarayında  rəsmi  vəzifədə  çalışıb.  Əkbər  Şahın  oğlu  Sultan 
Cihangirin  (1014-1037/1605-1628)  zamanında  Bahar  vəlisi  olmuş  
və  bu  xidməti  ilə  əlaqədar  1025/1616-ci  ildə  ona  “Azududdevle” 
adı  verilmişdir.  Qeyd  olunan  epizodda  Hind  hökmdarı  yerinə 
Moğol  hökmdarı  və  ya  Baburilərin  vəlisi  kimi  təqdimat  daha 
düzgün olardı. Çünki tanıdığımız qeyri-türk əsilli hökmdarların bu 
kimi  mədəniyyətə  və  maarifə  himayə  etdiklərini  mənbələrdə 
təsadüf etmirik.  
            Bir  yunan  tədqiqatçısı  dünyanın  mədəni  intibahına  bir 
yunanlı baxış bucağı ilə yanaşırsa, bir Çin tədqiqatçısı həmin baxış 


 
152 
bucağından  fərqli  bir  baxış  bucağı  müəyyənləşdirirsə  bunlar 
təəccüblü  deyil.  Bir  çox  hallarda  baxış  bucağını  tədqiqatçının 
konsepsiyası müəyyənləşdirir.  
              2010-cu 
ildə 
Tokio 
Universitetinin 
mütəxəssisi  
Azərbaycan  lüğətçiliyinin  tarixi  ənənələri  haqqında  tədqiqatı 
zamanı onu bir sıra türk dilli ölkələrin lügətləri ilə müqayisə edir və 
tədqiatında  ümumi  cəhətləri  deyil,  fərqləndirici  xüsusiyyətləri, 
özəlliklərini  axtarırdı.  Bu  da  yapon  tədqiqatçısının  tədqiqat 
konsepsiyası  idi.    Bir  türk  tədqiqatçısının    da  tədqiqat 
konsepsiyasında 
türkçülük  elementlərinin  axtarışı  təəccüb 
doğurmamalıdır.  
         Görkəmli alim və hörmətli müəllimimiz prof. A.A. Xələfovun 
`Kitabxana və cəmiyyət` elmi monoqrafiyasında kitab və cəmiyyət, 
kitab  və  kommunikasiya  kitab  tarixinin  təkamülü  və  mərhələləri 
dərin və məzmunlu şərh olunur. Əsər müxtəlif kitab məhsullarının 
öyrənilməsinin elmi konsepsiyası kimi də qəbul oluna bilər. Kitab 
tarixən kommunikasiya vasitəsi olduğu kimi lüğət məhsulları da ilk 
növbədə  xalqların  və  millətlərin  komunikativ  əlaqələrini  təmin 
etmək  üçün  tərtib  olunurdu.  Tarixi  təcrübə  göstərir  ki  lüğətlərin 
tərtib olunmasına böyük coğrafi areallarda “dominant” olan xalqlar 
daha çox maraq göstərmişdilər. Bu lüğətlərin həm tərtibatçısı həm 
sifarişçisi  həm  də  yayıcısı  olmuşdular.  Bu  baxımdan  haqqında 


 
153 
danışılan  coğrafi  arealda  türk  xalqlarının  dominantlığını  qeyd 
etməliyik.   
 
 
ETNO-MƏDƏNİ MÜHİT  
MƏNBƏŞÜNASLIQ 
 
 
Türk  xalqlarının  etno-mədəni  areallarını  öyrənən  zaman 
Türkmənistan  mədəniyyətinin  mənbəyi  və  mənbəşünaslığının  
tədqiqi  və    ciddi  akademik  informasiyanın  əldə  edilməsi  xeyli 
çətinliklərlə  qarşılaşır.  Belə  ki  çox  sayda  çap  olunmuş  və  virtual 
məkanda informasiya kütləsini oxumaq, təhlil  etmək lazım gəlir ki, 
materialların mənasız, əsassız və bəzən də qərəzli oldugunu yalnız 
sonda  və  çətinliklə  müəyyənləşdirə  bilirsən.    Əlbətdə  bunun  üçün 
də  oxucunun    müəyyən  hazırlıq  səviyyəsi  tələb  olunur.  Nəzərə 
alınsa ki, Türkmənistan türkdilli coğrafiyanın mühüm bir hissəsini 
təşkil  edir,  oğuz  boylarının,  türk  mifologiyasının,  türk-islam 
dövrünün  görkəmli  alimlərinin  vətənidir,  odur  ki,  problemin 
öyrənilməsi çox əhəmiyyətlidir. 
 
Müasir  tədqiqatçının  istifadə  edəbiləcəyi  çox  sayda 
informasiya  kütləsi  əsasən  iki  qrupa  bölünə  bilər:  çox  böyük 
həcmdə vertual məkanda təqdim olunan materiallar və ondan da az 
olmayan çap məhsulları. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə