Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

 
108 
və  ticarət  əlaqələri  haqqında  məlumatlar  öz  əksini  tapır.  Hal-
hazırda əsərin 1958 və 1974 cü illərdə Pekində  və Tai-peidə nəşr  
olunmuş nüsxələri dövriyədədir.    
Yazılı sənədlər haqqında  Ümumi  dəyərləndirmə     
 Wen  -  hsen  tung  kao:  Bu  əsər  Çinin  Yüan  Sülaləsi 
dövründə  yaşayan tarixçi Ma - tutan - lin (1228  -1322) tərəfindən 
1254-cü  ildə  yazılmış,  ancaq  1319  -cu  ildə      kitab  halına  
salınmışdı.  Bu  əsər    bütünlükdə  348  hissədən  ibarət  olub,  Çinin 
qədim  dövründən  Sung  Sülaləsi  dövrünə  qədər  olan  illərdəki 
hadisələri  özündə  əks  etdirir.  Əsərin  336-348-ci    hissələrində  
Qaraxanilər  və  Qoçu  (İdikut)  Uyğurlar  ilə  əlaqədar  məlumatlar 
verilir.  (x) Hal-hazırda əsərin 1958 və 1977-ci il Pekin  və Tai- pei 
nəşrləri  istifadə olunur.  
Sung sülaləsinə  dair mühüm vəsiqələrdən seçmələr 
 Sung Hui - yao, ehi -kao: Bu əsər Ching Sülaləsi dövründə 
yaşayan tarixçi Hsüsungun `Yung - le - tadian` adlı əsərin içindəki 
əhəmiyyətli qeydlərin seçməsindən ibarətdir.  Əsər cəmi 2200-dən 
çox hissəni özündə əks etdirir. Əsərdə Sung Sülaləsi dövründəki bir 
çox mühüm vəsiqə və sənədlərə yer verilib. Əsərin "Vassaldar" və 
"Cəza  Hüququ"  kimi  hissələrində  Qaraxanilər  və  Qoçu  (İdikut) 
Uyğurlarının Çinin Sung Sülaləsi ilə olan ticarət əlaqələrindən bəhs 
edilib.  
 


 
109 
6.  Rusdilli mənbələr 
 
Rusiyada  Türk  xalqlarının  tarixinə  aid  tədqiqatlar  XIX 
yüzilliyin  ikinci 
yarısında  başlasa  da  Rus  tarixçilərinin 
araşdırmaları çox  əhəmiyyətlidir. Rus türkologiyasının inkişafında 
rusdilli mütəxəssislərin böyük rolu olmuşdur, belə ki, Azərbaycan, 
Tatar,  Başqır,  Özbək,  Türkmən,  Qazax  və  digər  türkədilli 
mütəxəssislər  Rus  dilində  yazıb  yaratmaqla  Rus  elmi  fikrinin 
inkişafına xidmət etmişlər. 
 Eləcədə  rus  tarixçilərinin  müxtəlif  digər  tədqiqatlarında  da 
Türk  xalqlarının  mədəniyyətini  ifadə  edən  zəngin  materiallar 
mövcuddur.A.N.Kononov  "Rusiyada  türk  dillərinin  öyrənilməsi 
tarixi" əsərində iki mərhələ müəyyənləşdirir. 
1.1917-ci ilə qədər olan mərhələ. 
2.1917-1967-ci illərdə SSRİ-də Türk filologiyası. 
Sovet  dövrü  türkologiyasında  da  Azərbaycan    önəmli  yer 
tuturdu.1926-cı  ildə  birinci  turkoloji qurultayın  Bakıda kecirilməsi 
və  bu  qurultaya  nüfuzlu  alimlərin  dəvət  olunması  bunu  sübut 
edir.Sovet  dövrünün  görkəmli  alimlərindən    V.V.Bartold, 
İ.Qaspralı, 
V.V.Radlov 
,Q.S.Sadvakasov, 
V.V.Reşetov, 
R.Biambin,  Q.Ç.Pyurbyev,  V.İ.Rassadin,  Ş.A.Ramazanov, 
A.P.Potseluyovski,L 
.A.Pakrovskaya, 
B.K.Paşkov, 
E.K.Pekarski,  Nasiri  Kayum,  D.S.Nasirov,  Ə.Ə.Orucov, 


 
110 
M.N.Orlovskaya,  D.M.Nasilov,  Ə.N.Nəcib,  O.T.Molcanov,  
K.M.Musayev,  T.M.Matveyev  ,V.F.Minorsk  i,M.S.Mixaylov,  
F.Y.Korş, 
T.R.Kordabayev, 
T.Kovalski, 
A.N.Kononov, 
S.K.Kenesbayev,  A.Q.Kərimulin,  C.Q.Kiekbayev,  D.Qara, 
A.T.Heydərov,  F.Q.İsxakov,  N.İ.İlminski,      A.Axundov, 
F.R.Zeynalov, 
S.N.İvanov,  V.M.İlic-Svitiç,  M.Z.Zakiyev, 
V.M.Jirmunski, 
V.Q.Yeqorov, 
Ç.Jamçarano,  S.S.Cikiya, 
N.K.Dmitriev,  A.P.Dulzon,  Ə.M.Dəmircizadə,  A.A.Darbayev, 
Q.Qilibov, 
Ç.Dambinsuren, 
F.A.Qaniyev, 
R.S.Qazizov, 
T.M.Qaripov, 
İ.D.Burayev, 
N.Z.Hacıyeva, 
S.Budayev 
,V.Q.Boqoraz, 
A.K.Borovkov, 
H.Baylıyev,  Q.F.Balaqova, 
İ.A.Batmanov,  İ.H.Axmatov,  A.S.Amanjalov,  N.K.Antonov, 
S.A.Amanjalov, Q.X.Alparov, A.S.Amanjalov, Ə.Z.Abdullayev, 
Q.Ə.Əbdülrəhmanov, P.A.Əzimov, V.A.Avrorin və onlarla digər 
cox nüfuzlu alimlərin adını çəkmək olar.(X) 
A.N,Kononovun  qeyd  olunan  tədqiqatında      etiraf  olunur  ki, 
Rusiyada 
turkologiyanın 
inkişafında, 
mütəxəssislərin 
hazırlanmasında  türk  dilinin  öyrənilməsi  ilə  yanaşı  ərəb  və  fars 
dillərinin də öyrənilməsi vacib idi. 
Rusiya elmi ədəbiyyatında Rus türkologiyasının yaradıcısı və 
Sank  Peterburq  Universitetində  1822-ci  ildə  ilk  dəfə    türk  dilinin 
tədrisini  başlamış,  təhsilinə  görə  ərəbşünas  olan  O.İ.Senkovski 


 
111 
(1800-1858)  hesab  edilir.  Onun  yetirmələri  olan  V.V.Qriqoryev, 
P.S.Savelyev,A.O.Muxlinski  sonraki  illərdə  rus  türkologiyasında 
mühüm 
rol 
oynadilar. 
İlk 
türkoloji 
tədqiqat 
olaraq  
O.İ.Senkovskinin  tərtib  etdiyi"  Türkiyə  səfərlərində  rus  əsgərinin 
cib kitabçası" hesab edilir. 
Rus türkologiyasının əsas və ciddi  nailiyyətləri Mirzə Cəfər 
Topcubaşovun  (1790-1869),  Mirzə  Kazımbəyin  (1802-1870)  və 
onların  tələbələrinin  adı  ilə  bağlıdır.Uzun  müddət    uğurlu  elmi 
tədqiqatlar  aparmış  görkəmli  rus  alimləri  İ.N.Berezin  və 
V.D.Smirnov Mirzə Kazimbəyin yetişdirmələri olmuşdur. 
Rus  arxeoloqu  M.İ.Artamanov  Xəzərlər  haqqında  apardığı 
araşdırmada  Türk  tarixinin  öyrənilməsində  çox  əhəmiyyətlidir. 
M.İ.Artamanov əsərində, Hunların hakimiyyətindən başlayaraq XI-
XII  əsrlərə  qədər  olan  tarixi    mərhələ      əhatə  olunur.  Xəzərlərin 
tarixi  adını  verdiyi  əsərində  Hun  İmperatorluğunun  qurulması, 
Atillanın 
ölümü, 
Xəzər 
Dövlətinin 
qurulması, 
Hun 
İmperatorluğunun  süqutundan  sonra  şimalı  və  şərqi  Avropada 
ortaya  çıxan  Utigur,  Sovar,  Peçenek,  Avar  və    b.  Türk  Xalqları 
haqqında geniş məlumatlar verilmişdi.  


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə