Günümüzdəki Türk xalqalrı və tarixləri


Türk dilində yazılmış  mənbələr



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

 
95 
 Türk dilində yazılmış  mənbələr 
 
Yuxarıda  bəhs  etmiş  olduğumuz  qaynaqlardan  başqa  XVI-
XVIII  əsrlər  arasında  Uyğur  Türk  tarixçiləri  tərəfindən  köçürülən 
və  ya  təkrar  yazılan,  daha  sonra  rusların  Türküstanı  işğal 
etməsindən  sonra    Rus  Türkoloqları  tərəfindən  Rusiyaya  gətirilən  
və  gün  işığına  çıxmış  olan  Qaraxanilərın  tarixi  ilə  əlaqədar 
Çağatayca (Əl yazma) sənədlər   tapılmışdır.  
Qaraxanilər  dövründə  yaşamış  tarixçi  Abdul-Gaffar  (Abdul-
Futuh  al  al-Gafir  b.  Hüseyin  al  -  Almaı)  tərəfindən  qələmə  alınan 
“Kaşqar Tarixi” adlı bir əsərin mövcud olduğu bilinsə də   təəssüf 
ki,  hələ  də  tədqiqatcılar  tərəfindən  tapılaraq  tədqiq  edilməmişdir. 
Bu  əsərin    mövcudluğunu,  Cemal  Karşının  1287-ci  ildə  el-
Cevherinin  Es-Surah  Fil-Luqat adlı Ərəbcə lüğətinə əlavə edərək 
yazdığı  “  Mülhakatus  Surah”  adlı  əsərindən  öyrənirik.  Bundan 
başqa VII əsrin ikinci (hicri) yarısında  Qərb Qaraxanılər dövlətinə 
hökümdar  olan  II  Məsud  Xana  (1160  -  1178)  təqdim  edilən, 
Muhammed b. Ali al- zahiri al – Kitab al – Səmərqəndi tərəfindən 
qələmə  alınan  "Arad  al-  Siyasat  Fi  Aqrad  al  -  Riyasat"  adlı 
əlyazmasında da  məlumat verilir.   
Qaraxanilər  tarixi  ilə  əlaqədar  olan  Türkcə  əsərlərdən, 
Qaraxanılər dövründən bir neçə əsr sonra qələmə alınan yəni 1681- 


 
96 
ci  ildə Osmanlı   tarixçisi Münəccimbaşı tərəfindən qələmə alınan: 
“ Sahaiful – Ahbar” adlı əsəridir.    
Bunların içində, tədqiqatçılar tərəfindən araşdırılan:  təskire-i 
Arslanhan,   təskire -i həzrəti molla (Kaşkarlı Mahmudun həyat və 
fəaliyyətindən  bəhs  edilən    təzkirə    1985-ci  ildə  Kaşkarda  Uyğur 
Türk  ləhçəsi  ilə  nəşr  edilən  Mahmud  Kaşkari  adlı  kitabda 
verilmişdi.) İllig xanlar haqqında dastan, Dörd İmam  təskirəsi (Bu  
təskirə  Molla  Niyaz  tərəfindən  1791  də  qələmə  alınıb,  Bulak 
məcmuəsının  10cu  nömrəsində    müasir  Uyğur  Türk  ləhcəsinə 
köçürülərək  nəşr  edilmişdi.)  Mahmud  Elen  tərəfindən  qələmə 
alınan  “Hotan    təskirəsi,”  “Tarixi  Kaşkar”  Turdi  Hacı  Şeyx 
tərəfindən  qələmə  alınan  “Sultan  Satuk  Buğrahan    təskirəsi”  (Bu  
təskirə  Osman  Turan  tərəfindən  M.F.  Grenard,  Journal  Asiatique 
1990, XV cildində tərcümə edilərək  cap olunmuşdur.(X ) 
Mərkəzi Asiya Türk xalqlarının tarixinin araşdırılmasında bir 
digər   əsər    17-ci  əsrdə Ebulqazi Bahadır Xan tərəfindən  yazılan 
“Şəcere-i  Tərəqqimə”  adlı  kitabdır.  (26)  Şəcere-i  Tərəqqimə 
Oğuzlar haqqında  zəngin məlumatlar verir.  
Türk  xalqlarının  mədəniyyətini  araşdırarkən  1546-cı  ildə 
Kəşmirdə Məhəmməd Heydər tərəfindən yazılmış “Tarixi Rəşidi”  
və Fərqanə Hakimi Babur tərəfindən yazılmış “Baburnamə” əsəri 
xüsusi yer tutur.  


 
97 
Divani  luğat  –it  Türk:  1074-cü  ildə tamamlanaraq dövrün 
Abbasi  xəlifəsi  el-  Muktedi  bi  Əmrillaha  təqdim  edilən  Kaşkarlı 
Mahmudun  Divani  Luğat-it  Türk  adlı  əsəri  adından  da  görüldüyü 
kimi dövrün Türk şeir və şifahi ədəbiyyatını özündə birləşdirən bir 
mənbə  olaraq  diqqəti  cəlb  edir.  Əsər  Türk  dili,  mədəniyyəti, 
ədəbiyyatı  və  tarixinin  bir  böyük  qiymətli  xəzinəsi  hesab 
olunmuşdur.  O  cümlədən  müxtəlif  sözləri  izah  etmək  üçün 
nümunələr verilərkən Türk coğrafiyasına, tarixinə, etnoqrafiyasına, 
dastan və əfsanələrinə aid bir çox qiymətli məlumatların əsərdə yer 
alması  və  dövrün  türk  dünyasının  müxtəlif  maddi  mədəniyyət 
abidəsi və iqtisadi həyatına aid bir çox  materialların olması əsərin 
tarixi araşdırılmalardakı dəyərini misilsiz edir. 
Əsərdə  onlarca  siyasi,  iqtisadi,  hərbi  termin,  ad,  ünvan,  
məişət  əşyalarından, ətriyyat və  ipək növlərindən tutmuş,  yüzlərcə 
heyvan  və  bitki,  silah  çalğı  alətlərinin  adı  çəkilir.  200-dən  artıq 
dərman  növü,30-dan  artıq  xəstəlik  adı  cəkilir.  Bütün  bunlar  türk 
mədəniyyət tarixi və etnoqrafiyası baxımından cox əhəmiyyətlidir.  
Türkcə - Ərəbcə ensiklopedik lüğət kimi yazılan əsər dövrün 
mühüm təqdimat xarakterli akademik əsəri idi. Türkiyədə ilk dəfə 
bu əsər  Kilisli Rifat (Bilgə) tərəfindən üç cilddə nəşr olunmuşdur. 
Bu  nəşrdən  sonra  əsərin  tamamı  üzərində  aparılan  ilk  ciddi 
araşdırma  C.  Broskelman  tərəfindən  aparılmış  və  əsərdəki  bütün 
dillər  əlifba  sırasıyla  izah  edilmişdir.  Daha  sonra  sözü  gedən  əsər 


 
98 
Besim Atalay tərəfindən tərcümə edilib Kilisli nəşrinə uyğun olaraq 
üç cilddə Türkiyədə 1939-1942-ci illər arasında nəşr edilmişdir.  
Azərbaycanda  bu  əsər  nüfuzlu  alim  Ramiz  Əsgər  tərəfindən 
tərcümə  və  şərhlərlə  birlikdə  2006-cı  ildə  4  cilddə  çap  olundu. 
Tərtibatçı  divanın  giriş  hissəsində  onun  müxtəlif  illərdə  və 
regionlarda müxtəlif nəşrlərinin də təhlilini  daxil etmişdir.  
Kutadgu Bilig:  Qaraxaninin dövlət quruluşu və mədəniyyəti  
baxımından  ən  əhəmiyyətli  mənbə  olan  "Kutadgu  Bilig"  
Balasaqunda  anadan  olan,  dövrünün  məşhur  ədibi  və  alimi  Yusif 
Xas  Xacib  tərəfindən  1069-1071-ci  illərdə  yazılaraq  Kaşğar 
Hökmdarı  Tabgaç  Buğra  Qaraxan  Əbu  Əli  Həsən  b.  Süleymana 
təqdim  edilmişdir.  Əsərdə  Qaraxanlı  sarayının  quruluşu,    onun 
mənsublarının  vəzifələri  və  təşrifat  üsulları  haqqında  ən  incə 
təfərrüata  qədər  demək  olar  ki,  bütün  məlumatlar  yer  alır.  Buna 
görə də Kutadgu Bilig hər şeydən əvvəl müasir tədqiqatçıya aydın 
bir Qaraxanlı saray quruluşu haqqında məlumat verir.  
  Bundan  başqa  mərkəziyyət,  hərbi  təşkilat,  naiblik    və 
qadınlar  haqqında  da  əsərdə  bir  çox  məlumat  öz  əksini  tapmış  və 
saray  həyatının  nisbətən  az  danışılan  mövzuları    haqqında  da 
əhəmiyyətli məlumatlar verilmişdir. “Kutadgu Bilig” eyni zamanda 
Türk ədalət anlayışı və qanun mövzularını aydınlatmaq baxımından 
da əlimizdə olan ən qiymətli mənbə hesab olunur.  


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə