Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

 
74 
müəllifin      əsərindən  təqdir  ilə  bəhs  etməyindən  və  nəhayət  Türk 
dünyasının  müxtəlif    məlumatların      özündə  əks  etdirməsindən 
məlumdur.   
         Atabetül  –  Hakayikin  əsərinin  bu  günə  qədər    qorunub 
saxlanılmış  nüsxələri;  "Kutadgu  Bilig"  nüsxələrində  də  olduğu 
kimi,  əsərin  yazıldığı  zamandan  olduqca    sonrakı    tarixə  aiddir. 
XIV əsrin sonu və ya XV əsrin əvvəllərində, xüsusilə Arslan Hosa 
Tarhanın  dövründə  yenidən  tərtib  edilmişdir.  Bu  son  nüsxələrin 
yazılış  tarixi  bəlli  olan  nüsxələrin  ən  qədimi  1444-cü  ildə    üzü 
köçürülmüş      və    hesab  edilir  ki,  digərlərinə  nisbətən    daha 
mükəmməl olan Səmərqənd nüsxəsidir.  
Bu əsəri ilk dəfə elm aləminə tanıdan Türk alimi Nesip Asim 
olmuşdur. O, 1906-cı ildə  əsərin mətninin bir hissəsini, daha sonra 
1918-ci  ildə    əsərin  faksimil  ilə      mətnin  tam  tərcüməsi      və  izahı   
iki hissədə (Hübbetül Hakayik İstanbul 1918, I hissəsi mətin, II 
hissəsi  isə  tərcümə  və  izah.  faksimile)      nəşr  etdirmişdir. 
Bunlardan  başqa,      1925-  ci  ildə  öz  nəşrini  Uyğur  yazısı  ilə 
yazılmış  başqa  bir      nüsxə  ilə      qarşılaşdıraraq  “Hibetül  – 
Hakayikin digər bir nüsxəsi (105) adlı bir məqalə yazılmışdı.  
Nəhayət  əsərin  bu  gün  Türkiyədə  istifadə    olunan  mətni  və 
tərcüməsi Reşit Rahmeti Arat  tərəfindən Atabetül Hakayik  adı ilə 
İstanbulda 1951-ci ildə nəşr edilmişdi. R.R. Arat    bu əsərin  giriş 


 
75 
hissəsində  əsərlə  əlaqədar  ətraflı  məlumat  verdikdən  sonra  əsərin 
mətni, tərcüməsi və faksimilini  tam şəkildə  daxil etmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
76 
3. TÜRK XALQLARININ DASTAN VƏ  
    ƏSATİRLƏRİ  İLK  MƏNBƏ KİMİ 
 
İslama qədərkı dastanlar: 
Görkəmli    Azərbaycan  tədqiqatçı  alimi  Nizami  Cəfərov 
islama qədər türk  xalqlarının dastan və əsatirlərini eposlara, şerlərə 
və nəsr ədədiyyatına bölür.  
 Dastanlar-Dünyanın 
yaranması 
haqqında 
(Yaradılış), 
Türklərin  törənişi  haqqında  (boz  qurd  dastanları),  Oğuz  Xaqan 
dastanı,  Siyenpi  dastanı,  Alp  Ər  Tonqa  dastanı  (Əfrasiyab),      Şu 
dastanı,Ərğənəkon  dastan  və  köç  dastanını  kimi  göstərilir.  Şerlər 
olaraq-Türkülər,  Ağılar,Türk  maniçi  şeiri,  ilahilər,  Türk  buddist 
şerləri  daxil  edilib.  Nəsr  ədəbiyyatına  Göytürk  nəsri,  Tonikuk 
kitabəsi, Kül tigin kitabəsi, Bilgə xaqan kitabəsi, Türk maniçi nəsri, 
Xuastuanift, Türk buddist nəsri və Altun yaruk daxil edilir.   
Dünyanın yaradılışı haqqında  qədim türklərin fikir, duyğu və 
inanclarını    ifadə  edən  yaradılış  dastanı  Orta  Asiyada  yaxın 
zamanlara  qədər    ağızdan-ağıza  ötürülərək  yaşaya  bilmişdir.  Bu 
dastan    qədim  türklərin  tək  Tanrıya  inandıqlarını  və  Tanrının 
dünyanı  yaratmaq  ilhamını  nurani  bir  qadın  xəyalından  aldığını 
göstərir.  
         Tarix boyu çəkişmə, savaşlar və macəralarla keçən bütün türk 
elləri  haqqında  çoxlu  dastan  və  əfsanələr  yaranmışdır.  Qədim  türk 
dastan və əfsanələrində qurd  ata və rəhbər simasinda tanıdılmışdır. 


 
77 
Avropaya gedən türklərdə (hun, oğuz və bulğar) ceyran da (ceyik) 
üstün, qüdrətli bir rəhbər kimi əfsanələrə girmişdir.  
Göktürklərin  inanclarına  görə  xaqan  ailəsi  Aşına  sülaləsinin 
böyük  cəddi  bir  dişi  qurd  imiş.  Göktürk  xaqanlarının  otağı 
qarşısında    yerləşdirilən  tuğun  ucundakı  qızıl  qurd  başı  xaqanlıq 
əlaməti idi.  
 Qədim  türkcədə  qurda  “böri”  də  deyilirdi  ki,  Çin 
mənbələrində  bu  “foli”  şəklində  deyilmiş  və  göytüklərin  mühafisə 
alayının əsgərlərinə də foli deyilirmiş.  
       Görkəmli  azərbaycan  tədqiqatçısı  Cavad  Heyət  qeyd  edir  ki, 
qədim  türk  ellərinin  ədəbiyyatı  Orta  Asiyada  dastan  ədəbiyyatı  ilə 
başlamışdır.  
Dastanlar  ellərin  və  ya  millətlərin  din,    mərdlik  və  milli 
qəhrəmanlıq  macəralarının  əksər  hallarda  mənzum  hekayəsidir. 
Dastan  kökü  tarixə  dayanan  və  ilhamını  tarixdən  alan  xalq 
ədəbiyyatı  məhsuludur.  Dastanlar  xalq  şairləri,  saz  şairləri 
tərəfindən sazın  müşayəti  ilə  söylənilir və xalq  gözüylə, xalq  ruhu 
ilə duyulan və xalq xəyalında nağıl şəkilini  alan tarixlərdir.  
Dastanlarda millətlərin dinləri, müxtəlif inancları, yaşadıqları 
məntəqənin 
coğrafi  xüsusiyyətləri,    eləcə  də  insanların 
ümumiləşmiş hiss və düşüncələri  öz əksini tapır.   
Dastanların,  xüsusilə    də  əsatirlərin  fikir  və  sənət  həyatının 
mənbəyini təşkil etmələri çox mühümdür.  


 
78 
 Qədim  yunan  şerinin  bir  çox  tərənnümçüləri  öz  ilhamını 
eləcədə  yunan  teatrının  ən  məşhur  əsərlərinin  müəlifləri  öz 
mövzularını yunan əsatir və dastanlarından almışlar.  
Dastanların  müllətlərin  milli  köklərinə  dönmələrində, 
özlərində  etimad  və  güvən  hissinin  artmasında  böyük  rolu    qeyd 
olunur.  Məsələn,  alman  millətinin  ayağa  qalxmasında,  milli 
dircəlişində    Jermen  nağıl  və  dastanlarının  təsiri  olması  haqqında  
fikirlər mövcuddur.  
Dastanların  milli  birliyi  oyandırmaq  və  millətlərin  
özünütanıtmaq və yaşatmaq yolundakı qüdrətini göstərən ən  yaxşı 
misallardan biri İrandır.  
 Tədqiqatçı Cavad Heyət qeyd edir ki, islam və ərəblər  İrana 
gələndən sonra  İranda pəhləvi  dili  və  ədəbiyyatı tərk edilir,  yerinə 
ərəb  dili  hakim  olmuşdu.  Bu  hadisənin  ardından  Türk  elləri  İran 
cografiyasına  daha  artıq  köç  edərək  bu  cografiyada    min  il  
hökmranlıq edir. Bu tarixi mərhələdə xalqların dastan və əsatirləri 
onların  etnik  kimliyini  qoruyub  saxlamaga  imkan  vermişdi. 
Əlbəttə, hər millətin dastanı  yoxdur. Bir millətin dastanlarının ola 
bilməsi  üçün  onun    qədim  keçmişi  və  tarixində  unudulmaz  təbiət 
hadisələri,  böyük  savaşlar,  köçlər,  istilalar  və  yeni  məntəqələrdə  
tanışlıq  kimi xalqın həyat və hafizəsini nəsillər boyu məşğul edən 
hadisələrin olması lazımdır.  


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə