Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

 
50 
Bəgəç  Aslan  Qazi  40  minlik  ordu  ilə  yabakuları  məğlub  etmişdir. 
Yabakular sonrakı dpvrdə karluqların arasında ərimişlər.  
Yəməklər: Tədqiqatçı R.Əsgər qeyd edir ki,Yəməklər barədə   
məlumat  çox  azdır.  Bəzi  tarixçilər  onları  məhz  kimək  tayfalarının 
qalığı  sayırlar.  Onlar  XI  əsrdə  İrtiş  çayının  yuxarı  axarında 
yaşayırdılar.  Təxminən  bir  əsr  əvvəl  isə  həmin  yerdə  7  boydan 
ibarət  olan  kiməklər  məskun  idilər.  Bunlardan  birinin  adı  imək, 
digərinin adı isə kıfçak idi. Ehtimal ki, kiməklərin bir qismi yəmək, 
qalan qismi isə kıfçak (qıpçaq) adı altında yenidən formalaşmışdır. 
Mahmud  Kaşkari  yəməkləri  qıpçaqlardan  hesab  etdiyini,  lakin 
qıpçaqların  özlərini  onlarla  qohum  saymadıqlarını  yazmışdır.  O, 
İrtiş  çayının  yəmək  bozqırından  axdığını  göstərmiş,  yəməklərin 
igidliyini vəsf edən bir neçə bənd şeir vermişdir.  
Tatlar:  Divanda  bu  söz  fars,  tacik  və  ümumən  iranlı 
mənasında  işlənmişdir.  Mahmud  Kaşkarinin  yazdığına  görə,  »Tat 
Tavğaç« ifadəsinin tərkibindəki »tat« sözü farsları, » Tavğaç« sözü 
isə türkləri ifadə edir. Lakin yenə onun yazdığına görə, yağmalar və 
tuxsılar  məhz  uyğurlara  tat  deyirdilər.  Doğrudan  da,  farsların 
Tavğaç  bölgəsi  ilə  heç  bir  əlaqəsi  yox  idi,  uyğurlar  isə  lap 
yaxınlıqda  yaşayırdılar.  Buradan  belə  bir  məntiqi  nəticə  çıxarmaq 
olar ki, İrana yaxın bölgədəki türklər »tat« sözü ilə farsları və digər 
irandilli  xalqları,  uyğur  sərhədindəki  türklər  isə  həmin  sözlə 
buddist uyğurları adlandırmışlar.  


 
51 
Bəçənəklər:  Peçeneqlər  XI  əsrdə  Cim  (Emba)  ilə  Yayık 
(Ural)  çayları  arasında  yaşayırdılar.  Onların  bir  qolu  isə  Qara 
dənizin  şimalındakı  torpaqlara  hakim  idi.  Peçeneqlər  X  əsrdə 
dəfələrlə  ruslarla  savaşmışlar.  972-ci  ildə  peçeneq  başbuğu  Kürə 
Kiyev knyazı Svyatoslavi məğlub edərək öldürmüşdür. 1036-cı ildə 
ruslar  onlara  qalib  gəlmiş,  peçeneqlər  Aşağı  Dünay  sahillərinə 
enmişlər. 1048-ci ildən sonra onların bəzi boyları Bizans ordusunda 
xidmətə  gəlmiş,  Anadoluya  yerləşmişlər  1050-ci  ildən  etibarən 
peçeneqlər  bütün  Balkanları  və  Trakyanı  tutmuş,  ona  görə  1081-
1091-ci  illərdə  Bizansla  savaşmışlar.  1091-ci  ildə  Bizansın 
müttəfiqi  olan  qıpçaqlar  (kumanlar)  peçeneqləri  Meriç  çayı 
sahilində tar-mar etmiş və onlar bir daha özlərinə gələ bilməmişlər.  
Çaruklar:  Mahmud  Kaşkari  çaruklar  haqqında  qısa  bilgi 
vermişdir.  »Türklərdən  bir  oymaq  olub  Barçukda  yaşayırlar. 
Barçuk Əfrasıyabın şəhəridir«. 
 
Kumıklar: 
Qafqaz  arealında  məskunlaşan  və  bu 
cografiyada  uzun  müddət  dominant  xalq  sayılan  Kumukların 
mənşəyi  haqqında  çox  az  məlumatlar  var.Bəzi  alimlər  kumukların 
çoxdan bəri Xəzər dənizi kənarında yaşayan “kam” və “kamak” adı 
altında  Bitələmeyusa    məlum  olduğunu  hesab  edirlər.Klaprot  
“Qafqaza  səyahət”(“Reise  in  den  Kaukazus”)  adı  ilə  yazdığı 
əsərində kumukların xəzərlərin nəvələri olduğunu  iddia edir. 
 
Türk xalqı” (“Das Türkenvolk”) adı ilə 1885-ci ildə yazdığı 


 
52 
əsərində  Vamberi  kumukların  indiki  vətənlərinə  Xəzər  dövlətinin 
şövkətli  və  qüdrətli  dövrlərində  gəlib  yerləşdikləri  fikrini  irəli 
sürür.Bu  fikri  qəbul  etsək,  kumukların  indiki  yurdlarında  VIII 
əsrdən bəri yaşadıqlarını  hesab edə bilərik.  
 
 
 
 İslamın  təsiri  ilə  başqa  xalqlarda  olduğu  kimi  kumuklar 
arasında  da  get-gedə  ərəb  yazısı  yayılmış  və  XV-XVIII  əsrlərdə 
ərəb  yazısı  əsasında  yerli  dillərin  səs  sisteminə  uyğunlaşdırılmış 
ümumi  Dağıstan  yazısı  formalaşdırılmışdır  (“Əcəm”  yazısı). 
Kumuk türkcəsi ilə  çap olunmuş ərəbyazılı ilk kitablar XIX əsrin 
sonuna  təsadüf  edir  .1928-ci  ildə  Latın,1938-ci  ildən  isə  Rus-kiril 
əlifbasına  keçilmişdir  ki  bu  baxımdan  kumukların  taleyi  sovet 
məkanında  yaşayan  çox  sayda  türk  xalqlarının  taleyi  ilə  eyni 
olmuşdu.  
 
 
 
 
Kumuk  türkcəsi  XVII  əsrdən  XX  əsrədək  Şimal-Şərqi 
Qafqazdakı  xalqlar  arasında  ortaq  anlaşma  dili  olaraq  istifadə 
edilmiş,rus  çarları  və  digər  rus  məmurları  ilə  olan  yazışmalarda 
rəsmi dil olmuş,Vladiqafqaz,Stavropol,Mazdok,Temir-Han-Şura və 
başqa  yerlərdəki  məktəbərdə    tədris  olunmuşdu.Avar,Dargin,Lak 
və  Rus  kəndlərindən    Kumuk  ailələrinə  Kumuk  dili  öyrənmələri 
üçün 2-3 illiyə 8-10 yaşında uşaqlar göndərilirmiş. 
 
 Kumuk 
xalqı  çox  dəyərli  bir  folklor  xəzinəsi 
yaratmışdı.Qəhrəmanlıq  dastanlarından      misal  göstərmək  olar: 
“Gilqameş”  dastanına  bənzəyən  və  çox  qədim  “Minküllü” 


 
53 
cırı(yır),Nart    dastanlarının  abidəsi  sayılan  “Kartkocak  və 
Maksuman”,  ölüm  mələyi  Əzraillə  savaşan  qəhrəman  haqqındakı  
“Cavatbiy”in  yırı  və  s.  Tarixi  qəhrəmanlıq  yırları  (dastanları) 
arasında  “Ayqazi”,  “Abdulla”,  “Eldaruş”    dastanları  XIX  əsrdə 
dərəbəylərə, istismarçılara qarşı vuruşan qaçaqlara ithaf edilmiş  ən  
geniş  yayılmış  dastanlardandır.  Azadlıqsevər    kazaklara 
(mühafizlərə)    ithaf    edilmiş    dastanlar  nəzərə  çarpacaq  dərəcədə 
çoxdur.    
 
 
 
 
 
 
 
 
Balkarlar:
  Qafqazda  Elbrus  dağının  şərq  və  qərbindəki 
yüksək  dağlıq  vadilərdə  yaşayan  qaraçay-malkar  türkləri  tarix 
boyunca  bölgədə  hakimiyyət  quran  Kimmer,  Saka(İskit),  Hun, 
Bulqar,  Alan  və  Qıpçaq  türklərinin  min  illərcə  sürən  etnik 
birləşməsindən süzülərək ortaya çıxmış bir Türk xalqıdır
.   
 
Baxsan  bölgəsində  yaşayan,türkcə  danışan  toplum  isə  bəzi 
qaynaqlarda  orusbiylər  kimi  göstərilir  (Türkiye  dışındakı... 
,2002,22-ci  cild).  Bölgü  zamanı  həmin  ərazi  –Baxsan  başqa  bir 
vilayətin  tərkibinə  qatılsaydı,yəqin  ki,  indi  statistikada  qaraçay, 
balkar adı ilə yanaşı orusbiy adlı bir “xalq”a da rast
  gələcəkdik. 
Beləliklə,  eyni  dildə  danışan,  eyni  mədəniyyətin  daşıyıcısı  olan, 
eyni  dinə  inanan,  eyni  köklü  toplumdan  iki    xalq-qaraçaylılar  və 
malkarlar formalaşdırılmağa başlandı. 
 
Statistikada “qaraçay”, “balkar” kimi  qeyd  edilən xalqların 
yaşadığı  bölgə  bir-birinə  bitişikdir.  Dilçiliyə,  tarixə  dair  bütün 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə