Günümüzdəki Türk xalqalrı və tarixləri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix19.07.2018
ölçüsü1,31 Mb.
#57051
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

 
38 
göstərirdi.  Uluqbəy  rəsədxana  tikdirib,  özü  də  nücum  ilə  məşğul 
olmağa başladı.  Lakin  iki  il sonra oğlu Əbdüllətifin də  əli olduğu 
bir  sui-qəsddə      öldürülür  (1449).  Onun  dostu  və  həmkarı  Əli 
Quşçu  İstanbula  qaçdı  və  orada  dostunun  və  özünün  elmi 
nəzəriyyələrini  yazdı.  Teymurilərdən  sultan  Hüseyn  Baykara 
paytaxtı  Herata  keçirib,  oranı  bir  elm  və  ədəbiyyat  mərkəzi  edir, 
onun  qiymətli  dostu  və  əmiri  Əlişir  Nəvai  Herat  məktəbinin 
(akademiyasi) qurucusu və hamisi idi.  
1501-ci  ildə  Batu  nəslindən  şeybanilər  (Məhəmməd  xan 
Şeybani)  Səmərqəndi  zəbt  edir,  özbək  xanlığını  qurur  və 
Teymurilərin hakimiyyətinə son  qoyur.  
BABURİLƏR:  Hindistanda  XI  əsrin  əvvəllərində 
qəznəvilər  tərəfindən  türk  dövləti  qurulmuş,  bunların  dövlətini 
qurlar yıxıb Qur dövlətini qurmuşlar.  
Qurlardan  sonra  hakimiyyət  Misirdə  olduğu  kimi,  türk 
məmlük  komandanlarının  əlinə  keçdi.  Onların  dövləti  Dehli 
sultanlığı  adlanırdı.  Onlar  1206-1526-cı  illər  arasında  Hindistanda 
hakimiyyətdə  olmuşlar.  Nəhayət,  dövlətini  və  ya  avropalıların 
yanlış olaraq dedikləri Böyük Moğol dövlətini qurdu. 
Babur 13 yaşında ikən atası Ömər Mirzə Qurqan valisi oldu 
və  Babur  atasının  yerinə  oturdu.  (h.  872\1494).  Şeybanilər 
Səmərqəndi  alandan  sonra  onlarla  savaşmağa  məcbur  oldu.  Lakin 
nəticə  əldə  edə  bilmədiyi  üçün  Əfqanıstana  çəkildi.  Əvvəlcə 


 
39 
Kabulu,  sonra  da  Qəndəharı  alaraq  orada  yerləşdi.  1525-ci  ildə 
Hindistana  girdi.  Dehli  və  Aqra  şəhərini  alaraq,  Benqla  qədər 
Şimali Hindistanı özünə tabe etdi. O, Aqra şəhərini paytaxt seçərək
Babur imperatorluğunu qurdu və  bu dövlət  1858-ci  ilə qədər,  yəni 
ingilisləri  Hindistanı  alana  qədər  davam  etdi  və  beləliklə, 
Hindistanda  qurulan  türk  dövlətlərinin  ən  böyüyü,  mədəniyyət 
sahəsində ən qabaqcıl oldu.  
Babur  və  onun  övladları  türk,  fars  dil  və  mədəniyyətini 
Hindistanda  yayıb,  şeir  və  ədəbiyyat,  gözəl  sənət  və  xüsusən 
memarlıqda ən gözəl əsərləri yaratmışlar. Onlar türk, fars, ərəb və 
sanskrit dillərindən mürəkkəb urdu dilini icad etmişlər. 
Qaraqoyunlular : XV əsrin əvvəlində qaraqoyunlular Qara 
Yusifin  başçılığı  ilə  Azərbaycanı  teymurilərdən  və  İraqı  sultan 
Əhməd  Cəlayirdən  aldı  və  bu  sırada  Şərqi  Anadolu 
türkmənlərindən  böyük  kütlələr  Azərbaycana  gəlib  yerləşdilər 
(1403). 
Qaraqoyunlular 
monqolların 
dövründə 
Seyhun 
məntəqəsindən  gəlib,  Şərqi  Anadoluda  yerləşmişdilər  və  Teymur 
öləndən  sonra  Azərbaycanı  alıb  Təbrizi  paytaxt  seçdilər.  Qara 
Yusifdən  sonra  onun  oğlu  Cahanşah  höküməti  ələ  alıb  Sistana 
qədər irəlilədi.  
Cahanşah  türkcə  və  farsca  şeir  söyləmiş  və  şeirdə  Həqiqi 
təxəllüsünü seçmişdir. 


 
40 
Təbrizdə Göy məscidi o tikdirmişdi. Özü isə Uzun Həsənlə 
savaşda ölmüş və Göy məsciddə dəfn edilmişdir.  
Ağqoyunlular:  Ağqoyunlu,  əvvəlcə  bir  tayfa  və  onun 
qurduğu  əmirliyin  və  sonra  bir  ulus  və  onun  qurduğu  bir 
imperatorluğun və dövlətin başında olan xanədanın adıdır. 
Ağqoyunlu  xanədanı  özlərini  oğuz  elinin  Bayandur 
boyundan  hesab  edirdilər.  Ona  görə  də  onlara  Bayandurxan 
oğlanları və ya Bayaduriyyə də deyilmişdir.  
Ağqoyunlu el və ya tayfasını təşkil edən qəbilələr bunlardır: 
Purnək, Mosullu, Xoca-Hacılu, Həmzə-Hacılu, Dabanlu, Əhmədlu, 
İzzəddin-Hacılu,  Heydərlu,  Əmirlu,  Yurtçu,  Şeyxlu,  Süleyman-
Hacılu, Çavundur, Dodurğa, Dögər, Qarqun, Əfşar və Begdili. Bu 
qəbilələrin  ən  mühümü  Purnək  və  Mosullu  olmuşdur.  Bunlar 
türmanlar adı ilə də məşhur olmuşlar.  
Bu  qəbilələr  el  halında  Şərqi  Anadoluda  yerləşib,  yayda 
Ərzincan-Ərzurum  arasında,  qışda  isə  Urfa,  Mardin  həvalisində 
köçəri halında yaşayırdılar. Bu qəbilələr monqol istilası zamanında 
digər  türkmanlarla  bərabər,  Anadoluya  gəlib,  bu  məntəqələrdə 
yerləşmişlər. 
Ağqoyunlu  xanədanı  əmirlik  qurub,  siyasi  qüdrət 
qazanandan  sonra,  Hələb  və  ya  Suriya  türkmanlarından  və 
Zülqədər  elindən  də  bu  elə  qatılmışlar.  Ağqoyunlular  böyük 
padşahı  Uzun  Həsən  Qaraqoyunlu  dövlətini  yıxıb,  onun 


 
41 
torpaqlarını  zəbt  etdikdən  sonra,  Ağqoyunlu  elinin  mühüm  qismi 
İrana gəldi və burada yerləşdi.  
Səfəvilər:  Səfəvilər  ərdəbilli      Şeyx  Səfiəddinin 
övladdlarıdır.1251-ci ildə Ərdəbildə anadan olmuş və 1334-cü ildə 
82  yaşında  vəfat  etmiş  Şeyx  Səfiəddinin  nəsli  cox  böyük  nüfuz 
qazanır.XVI əsrin əvvəllərində böyük imperiya qurmuş Şah İsmayıl 
Səfəvi  haqqında  həm  azərbaycan  elmi  əhatəsində  həm  də  dünya 
alimləri  tərəfindən  xeyli  tədqiqatlar  aparılmış,  dövrün  siyasi  və 
mədəni  mənzərəsi  haqqında  zəngin  materiallar  ortaya  cıxmışdır. 
Azərbaycanda  kitab  və  kitabxana  mədəniyyətinin  renezansı  hesab 
edilən  Səfəvilər  dövrü  Azərbaycan  dilinin  inkişafı,  azərbaycan  və 
osmanlı  türkcəsinin  inkişafı,  türk  xalqları  arasında  geniş  və 
məzmunlu inteqrasiyasının həyata kecdiyi bir dövr olmuşdu. 
Səfəvilər dövründə kitab və kitabxana mədəniyyəti müstəqil 
tədqiqat  obyekti  olmuş,  bu  mövzuda  namizədlik  dessertasiyası 
müdafiə olunmuşdu.(X) 
Oğuzlar : Türklərin ən böyük boylarından biri olan oğuzlar 
haqqında »Divan«da çoxlu  məlumat  var. Onlar islam  dinini  qəbul 
etdikdən  sonra  türkmən  adlandırılmışdır.  Səlçuq  Sübaşı,  Toğrul, 
Çağrı,  Alp  Arslan,  Məlikşah  və  Osmanlı  sultanları  ən  görkəmli 
oğuz başbuğlarıdır . 
Tədqiqatçı  Ramiz  Əsgər  qeyd  edir  ki,Mahmud  Kaşkari  bəzi 
sözlərin qarşısında onların hansı ləhcə və ya ləhcələrə aid olduğunu 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə