80
QƏHRƏMAN MUSAYEV
Qəhrəman İsfəndiyar oğlu Musayev 1954-
ci il may ayının 28-də Tifl is şəhərində müəllim
ailəsində anadan olub.
1961-1971 illərdə Tifl is şəhərindəki M.F
Axundov adina 73 nömrəli orta məktəbdə təhsil
alıb.
1971-1972-ci illərdə Tifl is şəhərindəki 65
nömrəli texniki-ixtisas məktəbində təhsil alaraq,
bu məktəbi fərglənmə diplomu ilə bitirib.
1972-1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fi zika-
riyyaziyyat bölməsinin fi zika fakültəsini bitirib və müəllim ixtisasına
yiyələnib.
1976-1982-ci illərdə Qardabani rayonunun Poniçala orta məktəbində
müəllim işləyib.
1982-2005-ci illərdə Tifl is şəhərindəki İsani-Samgori Rayon Daxili
İşlər Şöbəsinin müvəkkili vəzifəsində çalışıb.
1984-1989-cu illərdə Moskva Ali Milis məktəbinin Tifl is fi lialinın
hüquq fakültəsində təhsil alıb və o, hüquqşunas ixtisasına yiyələnib.
1991-1993-cu illərdə Gürcüstan Ərazi Bütovlüyü uğrunda döyüşlərdə
Cxinvali regionunda və Abxaziyada gedən döyüşlərdə iştirak edib.
Ona polis mayoru rutbəsi verilib. Bir neçə medallarla təltif olunub. Q.
Musayev muharibə və hərbi qüvvələr veteranıdır.
2006-2008-ci illərdə ATƏT-in təmin etdiyi layihə əsasında
və “İnternews Fondunun dəstəyi ilə ”Marneuli –TV” də ictimayi
televiziyanın informasiya xəbərlər programı olan “Moambe” verlişində
sinxron tərcüməçi-jurnalist vəzifəsində çalışıb.
2009-cu ildə “Marneuli-TV”- kanalının jurnalist-tərcüməçi vəzifəsində
işləyib.
2010-cu ildən isə ABŞ səfi rliyi tərəfi ndən maliyyələşdirilən layihə
əsasında Kvemo Kartli bölqəsində fəaliyət qöstərən yerli tele-radio
şirkətində jurnalist vəzifəsində işləyib.
Qəhrəman Musayev müntəzəm olaraq regionun Azərbaycandilli
81
mətbuat organlarında kənd təsərrüfatı, təhsil, mədəniyyət, məktəb və
integrasiya məsələləri üzrə yazılarla çıxış edib. Gürcü, rus, türk, erməni
dillərini bilir.
Ailəlidir, üç övladı var.
82
ELMAN KƏLƏYEV
Elman Hüseyn oğlu Kələyev 1949-ci il
oktyabrın 20-də Marneuli şəhərində qulluqçu
ailəsində anadan olub. 1957-ci ildə Marneuli
şəhərindəki 2 nömrəli Azərbaycan orta
məktəbinin birinci sinfi nə gedib və 1967-ci ildə
həmin məktəbi bitirib. Orta məktəbi bitirdikdən
sonra Bakı şəhərindəki Azərbaycan Politexnik
İnstitutunun avtomobil yollarının istismarı
fakültəsinə daxil olub və üçüncü kursadan sonra
təhsilini dayandıraraq Gürcüstana qayıdıb. O, 1970-ci ildə Tifl isdəki A. S.
Puşkin adına Tifl is Dövlət Pedaqoji İnstitutunun pedaqoqika fakültəsinə
daxil olub, 1974-cü ildə həmin fakültəni bitirib. E. Kələyev institutdan
sonra Tifl isdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetində ştatdankənar
müxbir vəzifəsində çalışıb. 1974-cü ilin noyabr ayında ali təhsilli
mütəxəssis kimi Odessa şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən
tərxis edildikdən sonra yenidən qəzetdə fəaliyyətini davam etdirib və
1979-cu ilin mayın 15-də “Sovet Gürcüstanı” qəzetinin ştatdankənar
şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1980-ci il sentyabrın 1-dən
1982-ci il iyunun 31-dək Bakı Ali Partiya Məktəbində təhsil alıb. Həmin
il yenidən qəzetdə müxbir vəzifəsində çalışıb. 1984-cü il mayın 4-də baş
müxbir, 1989-cu il fevralın 4-də isə redaksiyanın kənd təsərrüfatı şöbəsinin
müdiri və redaksiya heyətinin üzvü təyin edilib. 1991-ci il oktyabrın 10-
dan indiyədək “Gürcüstan” qəzetinin məsul katibi vəzifəsində çalışır.
Elman Kələyev redaksiyada çalışmaqla bərabər, Azərbaycan dilində
çıxan bir neçə ədəbi-bədii və lüğət kitablarının redaktoru olub və
“Gürcüstan Konstitusiyası”, seçki haqqında məcəllələri və müxtəlif
nəşrləri redaktə edib. O, Gürcüstanda nəşr olunan “Əhli-Beyt” jurnalının
baş redaktoru olub və 2005-ci ildən APA-nın (Azəri-Press Agentliyinin)
Gürcüstan bürosunun əməkdaşı vəzifəsində çalışıb. Jurnalistika sahəsində
çalışarkən Elman Kələyevin Gürcüstanın və Azərbaycanın qəzet və
jurnallarınada, Moskvada nəşr edilən “Panorama Azerbaycana” qəzetində
müxtəlif səpgili yazılarla müntəzəm çıxış edib. 1978-ci ildə 1990-cı
83
ilədək Sovet hökuməti dağılanadək SSRİ Jurnalistlər İttifaqının üzvü
olub. Gürcüstan müstəqillik əldə etdikdən sonra Gürcüstan Jurnalistlər
Birliyinin üzüdür və birliyin yeddinci qurultayının nümayəndəsi seçilib.
Elman Kələyev mətbuat sahəsində səmərəli fəaliyyət göstərdiyinə
görə, Gürcüstan prezidentinin 1997-ci il 16 oktyabr tarixli fərmanı ilə
“Şərəf” medalına və digər mükafatlara layiq görülüb.
2015-ci il mayın 12-də Gürcüstanda nəşr olunan azərbaycandilli
“Gürcüstan” qəzetinin redaktor müavini kimi Elman Hüseyn oğlu
Kələyev Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət
göstərdiyinə görə “Əməkdar Jurnalist” adına layiq görülüb.
84
RƏŞİD FAXRALI
Rəşid Faxralı (Hüseynov) 1954-cü ildə
Bolnisi rayonunun Faxralı kəndində anadan
olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitunun riyaziyyat fakültəsini
bitirib. Ali məktəbdən sonra Faxralı kəndində
ixtisası üzrə müəllim işləyib, eyni zamnda rayon
qəzeti olan “Qələbə Bayrağı” qəzeti ilə yaxından
əməkdaşlıq edib. Bədii yaradıcılıq və publisistika
sahəsində qələmini sınayan Rəşid Faxralı
sonradan qəzet işinə bağlanıb. Rayon qəzetində daimi işə keçəndən dərhal
sonra ikinci ali təhsilini Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsində alıb.
R. Hüseynov rayon qəzetində işlədiyi müddətdə ən kiçik vəzifədən
tutmuş, redaktor müavini vəzifəsinədək yüksəlib. O, ötən əsrin sonlarında
məlum Borçalı hadisələri ilə bağlı qəzetin bir neçə fəal əməkdaşı kimi
Bakıya köçüb və bu şəhərdə nəşr olunan müxtəlif mətbuat orqanlarında
çalışıb.
R. Hüseynov bədii yaradıcılqda “Rəşid Faxralı” imzası ilə oxuculara
yaxşı tanışdır.
AYB-nin üzvü olan Rəşid Faxralı 17 kitabın müəllifi dir.
Dostları ilə paylaş: |