H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə232/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   228   229   230   231   232   233   234   235   ...   240

X

 FƏSIL

 

GƏLƏCƏYİN FƏLSƏFİ ÖYRƏNİLMƏSİ 

1.

 

Sosial proqnozlaşdırma 

Fəlsəfi  fikrin  tarixi  göstərir  ki,  müxtəlif  dövrlərdə  bəşəriyyətin  gələcəyini 

irəlicədən görmək və izah etmək cəhdləri çox olmuşdur. Bu qəbildən olan baxışlar son 

dərəcə rəngarəngliyi ilə seçilir. Onlarda gələcəyin sadəlövh şəkildə və dini əfsanələr üzrə 

duyulması ilə yanaşı, onun elmi izahı ünsürləri də ifadə olunmuşdur. 

İctimai  həyatın  bütün  sahələrində  əsaslı  dəyişikliklər  baş  verdiyi  indiki  şəraitdə 

gələcəyə elmi nəzər salmaq xüsusilə zəruri hal alır. Müasir elmi- texniki və sosial tərəqqi 

şəraitində gələcəyin öyrənilməsi məsələləri getdikcə daha çox yer tutmaqdadır. 

İnsan öz qarşısında müəyyən məqsəd 'qoyaraq, ona çatmaq üçün fəaliyyət göstərir. 

O,  öz  fəaliyyətinin  nəticələri,  onun  gələcək  nəsillərə  nə  cür  təsir  göstərəcəyi  haqqında 

daim düşünür. Hazırda yaxm gələcəkdə və uzaq perspektivdə bəşəriyyətin taleyi haqqında 

uzunmüddətli sosial proqnozlar işlənib hazırlanır. Lakin nəzərdə tutulmalıdır ki, gələcəyin 

irəlicədən izah olımması işinə çox böyük məsuiiyy^ət və dəqiqliklə yanaşıimalıdu". 

Qej/d edək ki, fəlsəfə gələcək haqqında konkret, müfəssəl, xronoloji ardıcıllıqla 

reseptlər vermək iddiasından çox-çox uzaqdır. Bu yolda atılan hər cür cəhdləri 

0

, əsassız 



hesab edir. Fəlsəfi bilik sosial tərəqqinin yalnız magistral istiqamətini irəlicədən müəyyən 

etmək  məqsədi  güdür.  İctimai  həyatın  ayrı-ayrı  tərəflərinin  təşkili  ile  əlaqədər  konkret 

məsələləri isə gələcək nəsillər özləri həll edəcəklər. 

Gələcəyin 

irəlicədən 

xəbər 


verilməsi, 

bəşəriyyətin 

perspektivlərinin 

uzaqgörənliklə söylənilməsinin fatalizm ilə, guya hər şeyin irəlicədən müəyyən olunduğu 

haqqında dini baxışlarla heç bir əlaqəsi yoxdur. Çünki bu real tarixi prosesin elmi-fəlsəfi 

təhlilinə əsaslanır. 

Son  dövrlərdə  gələcəyin  tədqiqi,  sosial  proqnozlaşdırma  ilə  məşğul  olan  xüsusi 

elm  sahəsi  (futurologiya)  inkişaf  etməyə  başlamışdır.  Bu,  müasir  dövrdə  bəşəriyyətin 

perspektivlərinin  öyrənilməsinə  olan  tələbatın  nəticəsidir.  Xüsusilə  də  XX  əsrin  60-cı 

illərindən  etibarən  elmi-texniki  inqilabın  iqtisadi  və  sosial  nəticələrinin,  bəşəriyyəttn 

qarşısında  duran  ümumi  problemlərin  uzunmüddətli  proqnozlaşdırılması  işi  genişləndi. 

Bu zamandan həmin məqsədlə onlarca beynəlxalq və milli təşkilat, elmi mərkəz və klublar 

fəaliyyət göstərməkdədir. Bunlardan Roma klubu təşkilatmı. Hudzon şəhərindəki gələcəyi 

öyrənən  xüsusi  insititutu  və  başqalarını  göstərmək  olar.  1974-cü  ildən  etibarən  isə 

gələcəyin  tədqiqi  üzrə  ümumdünya  federasiyası  fəaliyyət  göstərir.  Hazırda  müxtəlif 

beynəlxalq təşkilatlar, hökumət komissiyaları və elmi mərkəzlər arasında sosial və iqtisadi 

inkişafın,  elmi-texniki  tərəqqinin,  ekoloji  vəziyyətin  və  demoqrafik  proseslərin 

uzunmüddətli proqnozlannın işlənib hazırlanması sahəsində əməkdaşlıq genişlənir. 



467 


Fəlsəfə  gələcəyə  optimist  nəzərlə  baxır,  onun  əsas  rolunu  bəşəriyyətin  dinc  və 

əmin-amanlıq  şəraitində  yaşamasının  təmin  edilməsində,  hümanist  məqsədlərə  doğru 

irəliləməsində görür. 

Müasir  cəmiyyətin  iqtisadi,  elmi-texniki  yə  mənəvi  potensialı  artdıqca,  gələcək 

haqqında biliklər dəqiqləşir. Üçüncü minilliyə qədəm qoymuş bəşəriyyət öz fəaliyətinin 

nəinki təkcə yaxm gələcəkdə, həm də nisbətən uzaq perspektivdə törədə biləcəyi iqtisadi

sosial və mənəvi nəticələri ciddi nəzərə alır. Başqa sözlə deyilsə, o, təkcə bu gün üçün 

deyil, sonrakı nəsillərin taleyi üçün də narahatlıq keçirir. 

Müasir  dövrdə  sosial  tərəqqinin  gələcək  perspektivlərini  müəyyən  etmək  üçün 

bəşəriyyətin  malik  olduğu  elmi  metod  və  vasitələrin  sayı  artır,  onların  keyfiyyəti 

durmadan  təkmilləşir.  Gələcəyi  hərtərəfli  öyrənmək  üçün  onu  aşağıdakı  üç  əsas  dövrə 

bölürlər:  yaxın  gələcək  (təxminən  20-30  il),  fikirdə  təsəvvür  edilən  gələcək  (təxminən 

30-100  ilə  qədər),  uzaq  gələcək  (yüz  il  və  daha  çox).  Qeyd  olunmalıdır  ki,  irəlicədən 

görmə  (uzaqgörənlik)  elminin  metod  və  müddəalarının  elmi  dəqiqlik  və  mötəbərlik 

dərəcəsi bu üç dövr üçün eyni deyildir. Bu mənada yaxm gələcək haqqında təsəvvürlər 

daha  çox  elmi  xarakter  daşıyır,  onların  dəqiqlik  və  konkretlik  səviyyəsi  də  jdiksəkdir. 

Əksinə, gələcək haqqında proqnozların tarixi müddəti nə qədər uzun dövrü əhatə edirsə, 

onların ümumi və fərziyyə xarakteri də bir o qədər çox olur. Bu, tamamilə təbiidir. Belə ki, 

haqqında  söhbət  gedən  gələcəyin  müddəti  nə  qədər  yaxmdırsa,  onun  müasir  həyatla, 

gerçəkliklə əlaqələri də bir o qədər güclü və bilavasitə olur. Deməli onları öyrənməyin 

elmi əsasları və müfəssəllik dərəcəsi də çoxdur. 

Yaxm  gələcək  haqqında  sosial  proqnozlar  20-30  ildən  sonrakı  dövrdə  müxtəlif 

ölkələr  və  dünya  üzrə  əhalinin  sayı,  yaş  tərkibi,  orta  ömürsürmə  göstəriciləri,  habelə 

mövcud  olacaq  xammal  mənbələrinin  miqdarı,  enerji,  ərzaq  ehtiyatlan,  iqtisadiyyatın 

elmi-texniki  və  texnoloji  səviyyəsi  haqqında  konkret  və  elmi  cəhətdən  əsaslandırılmış 

məlumatlar verir. 

Gələcəyin  nisbətən  uzaq  olan  ikinci  dövrünə  aid  təsəvvürlər,  biliklər  müəyyən 

elmi  mötəbərliyə  malik  olsalar  da,  bir  çox  cəhətdən  ehtimal  xarakteri  daşıyır.  Bu 

müddətdə  dünya  əhalisinin  sayının  azalması  meylinin  özünü  göstərəcəyi,  zəif  inkişaf 

etmiş  ökələrin  öz  iqtisadi  geriliyini  aradan  qaldıra  biləcəyi,  humanist  və  demokratik 

cəmiyyətə keçiləcəyi ehtimal olunur. 

Uzaq gələcəyə aid proqnozlar əsas etibarilə hipotetik fərziyyələrə əsaslanır. Çünki 

cəmiyyətin inkişafı son dərəcə mürəkkəb, müxtəlif və alternativ yollar üzrə baş verdiyinə 

görə  tarixin  gedişi  uzaq  gələcək  haqqında  indiki  təsəvvürlərimizə  mütəmadi  olaraq 

dəqiqləşmə və düzəlişlər verəcəkdir. 

Gələcəyin  proqnozlaşdırılması  çox  mürəkkəb  və  çətin  iş  olmaqla  bir  sıra 

metodlarla həyata keçirilir. Sosial proqnozlaşdırmanm metodları çoxdur (təxminən iki 

yüzə qədər). Onlardan aşağıdakı beş metod əsas yeri tutur: 



l.Ekstrapolyasiya (hərfi mənası bir haldan digərinə köçürməkdir) metodu hazırda 

ictimai həyatda baş verən meyllərdən çıxış edərək gələcəyi təsvir edir. Yəhi^bu meyllərin 

fəaliyyəti  bir  növ  gələcəyə  köçürülür.  Bu  halda  fəaliyyət  göstərən  meyillərə  həm  de 

idareedici orqanların göstərə biləcəyi təsir nəzərə alınır. 



468 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə