ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 11
Həyat və fəaliyyəti haqqında nə qədər yazılsa, neçə-neçə təd qiqat
işi ərsəyə gəlsə belə, onun genişmiqyaslı, çoxşaxəli fəa liyyətini
tam əks etdirmək, bütövlükdə əhatə etmək mümkün deyil. Hacı
Allahşükür Paşazadə həzrətlərinin görkəmli dini lider, ta nınmış
elm adamı, böyük nüfuza malik ictimai xadim, nəhayət ma raqlı
tale sahibi kimi həyat yolu, Şeyxülislam qismində fəaliyyəti ol-
duqca əhəmiyyətli tədqiqat predmeti olub və bu gün də böyük
önəm kəsb edir.
Səmimi ziyalı, islamın mahir bilicilərindən olan Hacı Fuad
Nurullahın qələmə aldığı “Şeyxülislamlıq zirvəsi: Ha cı Allahşü-
kür Paşazadə” kitabı şeyxülislamlıq tari xinin, azərbaycanlı şey-
xülislamların həyat və fəaliyyətinin, keç dikləri məşəqqətli yolla-
rın öyrənilməsi baxımından xüsusi əhə miyyət kəsb edir. Müəllif
tədqiqat işində Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin
elmi, dini və ictimai fəa liyyətinin əsas məqamlarını, vacib is ti-
qamətlərini müəyyən et məyi, habelə ətraflı araşdırmağı qarşı-
sına məqsəd qoymuş və istəyinə nail olmuşdur. Həmçinin,
əsə rin yazılmasında çox saylı elmi, dini və tarixi ədəbiyyatdan
is tifadə edilməsi nəş rin sanballı bir elmi tədqiqat işi olmasını
göstərməklə yanaşı, müəl lifin qaynaqlara yaxşı bələd olmasına
və onlardan bacarıqla isti fadə etməsinə də dəlalət edir.
Ümidvaram ki, Hacı Fuad Nurullahın qələmə aldığı bu əsər
geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
Anar İsgəndərli
tarix elmləri doktoru, professor