H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Əlavələr
Bu bölmə ƏMTQ araşdırmaları dövründə aparılmış çöl tədqiqatları və laboratoriya analizləri metodikaları,
qüvvədə olan standartlar, ictimai məsləhətləşmələr barədə təfsilatlı məlumatlar, fotoşəkillər, xəritələr
təqdim edilir.
EKOLOGİYA İDARƏSİ
16
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
FƏSİL
2
2 ƏTRAF MÜHİTƏ VƏ SOSİAL-İQTİSADİ SAHƏLƏRƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
METODOLOGİYASI
2.1 Giriş
“H.Əliyev adına NEZ”-nın modernləşmə layihəsi, Bitum qurğusunun tikintisi və istismarı zamanı ƏMTQ
prosesi onun başlanğıcından etibarən və bütün layihə boyu ekoloji və sosial risklərinin və təsirlərin
qiymətləndirilməsinə və onların yumşadılmasına, idarə olunmasına və nəzarət olunması üzrə tədbirlərin
təsvirinə yönəlmiş sistematik yanaşmadır. Layihənin tərkib hissələrinin və fəaliyyətlərinin təsvirindən
risklərin və təsirlərin müəyyənləşdirilməsinin əhatə dairəsi və tədbirlərin keçirilməsi səviyyəsini təyin etmək
üçün istifadə edilir və bu təsvir yumşaldılma, idarəetmə və nəzarət etməyə yaxınlaşmalar üçün əsası təmin
edir.
ƏMTQ prosesi adətən özündə aşağıdakı Şəkil 2.1-də göstərilən tərkib hissələri ehtiva edir.
Şəkil 2.1
ƏMTQ Prosesi
Maraqlı tərəflərin qiymətləndirmələrə qoşula bilməsini, və lazım olarsa, layihəyə layihələndirmə
mərhələsindən başlayaraq, yumşaldılma, idarəetmə və nəzarət etmə tədbirlərinə təsir edə bilməsini təmin
etmək üçün maraqlı tərəflərlə görüşlər, layihə və ƏMTQ üzrə məlumatların açılması bütün ƏMTQ prosesi
boyunca davam edir. İlkin ƏMTQ Hesabatının açılması və müzakirə olunması maraqlı tərəflərin Layihədə
iştirakı proqramının və planlaşdırılmış məsləhətləşmələrin bir hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, ƏMTQ prosesi xətti proses yox, layihənin təyini inkişaf etdikcə və təsirin
qiymətləndirilməsi təkmilləşdikcə alınan nəticələrə yenidən baxılan və şəkli dəyişdirilən prosesdir. Prosesin
əsas çıxışı konkret araşdırmalardan alınan nəticələri və tam qiymətləndirməni təqdim edən hərtərəfli
ƏMTQ-dir. ƏMTQ Layihənin təsdiqlənməsi prosesində qərar qəbul edənlər üçün əsas alətdir.
Yumşaltma, İdarəetmə və Monitorinq
Təsirlərin Müəyyənləşdirilməsi və Qiymətləndirilməsi
(məcmu və qalıq təsirlər daxil olmaqla)
Mövcud Ekoloji və Sosial-İqtisadi
Şəraitin Mövcud Vəziyyəti
Layihənin Alternativlərinin Təsviri
və Əsas İşin Layihələndirilməsi
Tələblərin Təhlili
Seçimlər
EKOLOGİYA İDARƏSİ
17
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
2.2 ƏMTQ-nin tələbləri
ƏMTQ-nin əhatə dairəsini və mütəxəssis araşdırmaları üçün nəzərdən keçirilməsi zəruri olan aidiyyəti
hüquq tələbləri və qanunvericiliklə müəyyən edilmiş standartları müəyyənləşdirmək məqsədilə Azərbaycan
qanunvericiliyi, beynəlxalq konvensiyalar, ekoloji və elmi ədəbiyyat icmal edilmişdir.
2.3 Tələblərin təhlili
Tələblərin təhlili elə prosesdir ki, onun vasitəsilə əsas fiziki/bioloji, sosial, mədəni, iqtisadi və antropogen
mühitin aspektləri və təklif olunan işlərlə bağlı risklər layihənin icrası müddətində mümkün qədər erkən
müəyyənləşdirilir. Tələblərin təhlili zamanı ƏMTQ-nin sonrakı mərhələlərinin yalnız texniki və maliyyə
cəhətdən əsaslandırılmış alternativlərin qiymətləndirilməsi üzərində cəmlənməsini təmin etmək üçün
alternativlər müəyyənləşdirilir və uyğun təfərrüat səviyyəsində qiymətləndirilir.
Alternativlərin qiymətləndirilməsi tələblərin təhlili mərhələsində seysmik xətlər üçün alternativ
bərabərləşdirmələrin və mərz çəkmək üçün istifadə oluna biləcək alternativ metodun müəyyənləşdirilməsi
və qiymətləndirilməsi üçün həyata keçirilmişdir. Təklif olunan hər bir mərz xətti üçün üstünlük verilən
bərabərləşdirmə və metodun seçilməsində ekoloji və sosial meyarlar nəzərə alınmışdır.
Tələblərin təhlili prosesi özündə Layihənin mümkün ekoloji və sosial təsirlərinin ilkin qiymətləndirilməsini
ehtiva etmiş və ƏMTQ üçün təklif olunan yanaşmanı müəyyənləşdirməyə kömək etmişdir.
2.4 Bazis tədqiqatları
ƏMTQ prosesinin mühüm tərkib hissəsi bazis şəraitinin, yəni Layihənin mümkün olan təsirlərinin
qiymətləndirilməsi aparılan əvvəllər mövcud olmuş ekoloji və sosial şəraitin müəyyənləşdirilməsidir. Bazis
şəraitinin müəyyənləşdirilməsi mümkün həssas qəbuledicilərin (misal olaraq, ekosistemlər və yerli
icmaların) müəyyənləşdirilməsini və onların təsirlərə qarşı həssaslığının qiymətləndirilməsini asanlaşdırır.
Mövcud bazis məlumatları
Bu fəaliyyət mövcud mənbələrdən, o cümlədən dövlət agentliklərindən, nəşr olunmuş mənbələrdən,
maraqlı tərəflərdən və yerli ekspertlərdən əldə edilən mövcud ekoloji, sosial və mədəni irs üzrə
məlumatların icmal edilməsindən ibarətdir.
İcmala aşağıdakı mövzular daxildir: topoqrafiya, geologiya, meteorologiya və iqlim, hidrologiya və su
ehtiyatları, flora, fauna, mühafizə olunan sahələr, mədən irs və sosial-iqtisadi şərait.
Layihə Ərazisinin mövcud xarakteristikaları xəritə üzərinə keçirilmişdir, belə ki, istənilən həssas məsələlər,
və ya məhdudiyyətlər Layihənin təsiri altında olan yerlərə nəzərən əyani surətdə görünə bilər.
Bazis (İlkin Vəziyyət) araşdırmaları
Açıq məlumatların icmalından başqa monitorinq araşdırmaları aparılmış və əlavə ilkin məlumatlar
toplanmışdır. Bazis araşdırmalarının metodologiyaları və nəticələri, ədəbiyyat məlumatlarının icmalından
alınan məlumatlarla birlikdə bu Hesabatda verilmişdir.
2.5 Təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
Təsirlərin qiymətləndirilməsi prosesi Şəkil 2.2-də göstərilmişdir və aşağıdakıları nəzərdə tutan iterativ
prosesi ehtiva edir:
•
Proqnozlaşdırma – Bu Layihənin icrası nəticəsində ətraf mühitdə (ekologiyada) nə baş verəcək?
•
Qiymətləndirmə - Bu, təsir predmetidirmi? Onun müsbət və ya mənfi effekti olacaqmı? O, nə
dərəcədə mühüm və ya əhəmiyyətlidir? O, Layihənin Ekoloji və Sosial Məqsədlərinə cavab verirmi?
•
Yumşaldılma – Əgər bu əhəmiyyətlidirsə, bununla bağlı nə isə etmək olarmı?
•
Qalıq Təsir – Bu hələ də əhəmiyyətlidirmi?
Təsirlərin proqnozlaşdırılması, Layihənin icrası səbəbindən qəbuledicilərə münasibətdə ola biləcək
mümkün təsirlər (məsələn, ekoloji, sosial və ya mədəni irsə) kimi təyin olunmuşdur. Təsirlərin
proqnozlaşdırılması və qiymətləndirilməsi prosesi mümkün olan təsirlərin qarşısını almaq və ya praktiki
cəhətdən mümkün qədər aşağı səviyyələrə qədər azaltmaq üçün Layihəyə daxil edilmiş mövcud idarəetmə
tədbirlərini nəzərə alır.
EKOLOGİYA İDARƏSİ
18
Dostları ilə paylaş: |