19
4. Qəbul olunmuş strategiyanın məqsədyönlü və səmərəli tətbiqini təşkil
etmək.
5. İşin yekunun qiymətləndirilməsi, qarşıya çıxmış bəzi halların nəzərə
alınması və gərəkdirsə, gələcək inkişaf istiqamətlərində düzəliş aparılması.
Prof. T.Ə.Quliyev haqlı olaraq qlobal strategiyada aşağıdakıların əsas
götürülməsini lazım bilir (15, s.505):
-şirkət
və
firmaların
resursları, bazarın strateji
və
operativ
qiymətləndirilməsi;
- rəqabətin variantlı təhlili;
- ümumi və konkret meyllərin, mövqelərin müəyyənləşdirilməsi;
- məhsulun seçilməsi, qiymətlərə sistemli yanaşma, əlaqələrin seçilməsi,
işlərin təşkili, marketinq strategiyası;
- dünya ölkələrinin rəqabət qabiliyyətinin öyrənilməsi və nəzərə alınması.
Müasir şəraitdə biznes strategiyasının hazırlanmasına münasibət dəyişilmişdir.
Əgər əvvəllər strategiyaya rəqabət mübarizəsində təşkilata üstünlük verən vasitə
kimi baxılırdısa və o təşkilatın məhdud rəhbərlər dairəsinə məlum idisə, indi açıq
ifadə olunmuş strategiyaya üstünlük verilir. Strategiya təkcə idarəedicilərin işi
deyil, elmi-tətqiqat və layihə-konstruktor işlərində, istehsal və satış sahəsində
çalışanların da işidir. Deməli icraçılar həm strategiyanın hazırlanmasında,həm də
həyata keçirilməsində iştirak edirlər. Təşkilatın strategiyaları aşağıdakıları sualları
müəyyənləşdirir:
1)
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün təşkilat hansı yolu seçir ;
2)
Təşkilatın xüsusiyyətlərində hansı məhdudiyyətlər yaranır və strateji seçimin
hansı sərhədləri var;
3)
Müştərilər
kimlərdir;
4)
Əmək kollektivi necə qurulub;
5)
Menecerlər idarəetməni necə yaradırlar;
6)
Uzunmüddətli
perspektivdə
öz
təşkilatlarını
necə
görmək
istəyirlər(imici,xidməti,istehsalla bağlı fəaliyyəti).
20
Strategiya bir sıra əks mövqeli məsələlərə arxalanaraq tətbiq edilir. Rəhbər
bu əks mövqelərdən ən əlverişlilərini tutuşduraraq son məqsədə müvəffəq çatmaq
məqsədi ilə ən dəyərlilərini seçir. Faktiki olaraq strategiya idarəetmə planı olub
müəssisənin mövqeyinin möhkəmlənməsinə,istehlakçıların tələblərinin səmərəli və
vaxtında ödənilməsini təmin etməyə xidmət edir.Rəhbər strategiyanı ona görə
işləyib hazırlamalıdır ki,şirkətin biznesinin təşkilini və idarəedilməsini təmin
etsin.Bu halda bir çox variantlardan ən əlverişlisini seçmək prinsipini güdür.
Beləliklə,alternativ variantlardan ən əlverişlisini seçən rəhbər təşkilatın
strategiyasını müəyyənləşdirərək onu bəyan etmiş olur ki,mövcud imkan və
variantların daha əlverişlisi məhz seçilmiş istiqamətdir,bu istiqamət də biznesin
səmərəli təşkilini təmin etmiş olur.Bu şəkildə strategiyanı müəyyənləşdirməmiş
rəhbər son müvəffəqiyyətli nəticəyə gəlmək imkanına malik deyil. Yaxşı işlənib
hazırlanmış strategiya və onun sımırıli şəkildə reallaşması ümumi fəaliyyətin
müvəffəqiyyəti deməkdir. Bəzi rəhbərlər yaxşı strategiyalar hazırlasalar da,onu
yaxşı reallaşdırma imkanına malik deyillər. Əksinə, bir qism rəhbərlər isə başqaları
tərəfindən yaxşı işlənmiş strategiyanı reallaşdıra bilir.Təcrübə göstərir ki,bunların
hər ikisi son nəticədə yaxşı sonluqla bitmir. Bacarıqlı rəhbər yaxşı strategiya
işləyib, onu səmərəli şəkildə reallaşdırır. Beləliklə, səmərəli strategiyanın səmrəli
də tətbiqi təkcə biznesdə müvəffəqiyyət qazanmağı göstərmir,o həm də
idarəetmənin keyfiyətliliyini göstərir. Lakin hər zaman yüksək səviyyəli
strategiya,onun yüksək səviyyəli tətbiq olunması hələ mütləq uğura gətirəcəyinə
zəmanət vermir.
1.3. Biznes strategiyasının işlənib hazırlanması və reallaşdırılmasının
informasiya təminatı
Müasir dövrdə strateji idarəetmənin təşkili müxtəlif amillərin təsiri ilə
mürəkkəbləşir. Bu onunla izah edilir ki, hazırda idarəetmə prosesi texniki,
texnoloji, təşkilati, sosioloji, psixoloji və s. amillərlə əlaqədardır.
21
Strateji idarəetmə sisteminin mürəkkəbləşməsi həmçinin elmtutumlu
sahələrin inkişafı nəticəsində də baş verir. Daha doğrusu, yeni amillər,
qanunauyğunluqlar və göstəricilər meydana gəlir.
Firmadaxili münasibətlərin effektiv təşkili və idarə edilməsi sahibkarlıq
fəaliyyətinin informasiya təminatı olmadan mümkün deyil. Belə baza axtarış,
saxlanması, seçim, məlumatların yenidən qruplaşdırılması və sistemləşdirilməsi,
informasiyanın təhlili vasitəsilə yaradılır. Bu informasiya dolğun, düzgün, operativ
və həmçinin kompakt olmalıdır, firmadaxili münasibətlərin effektiv təşkilinə,
lazımi qərarların qəbuluna təsiretmə imkanına malik olmalıdır. İnformasiyanı həm
xarici, həm də daxili mənbələrdən alırlar və onlar müvafiq olaraq xarici və daxili
mühitdə yerləşdirilir. Məlumat banklarının, ekspert sistemlərinin, telekommunika-
siya şəbəkələrinin məqsədyönlü istifadəsi öz işçilərinin, həmçinin ayrıca
götürülmüş bölmələrin və şəbəkələrin məqsədləri və funksiyalarının
genişlənməsinə imkan verir.
Yeni informasiya və telekommunikasiya texnologiyalarının dəyəri hətta
onunla müəyyən edilir ki, idarəetmə sistemində onlardan istifadə müəssisənin
kommunikasiyasını və əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan
verir. Təcrübə göstərir ki, həmin texnologiyalar istehsalda, marketinqdə, idarəetmə
sistemində dəyişiklikləri müəyyən etməklə firmanın gələcək inkişaf istiqamətlərini
müəyyən edir. Onların tətbiqi müəssisənin təşkilati-strukturunun yaradılmasının
ənənəvi prinsiplərinə yenidən baxılmağı tələb edir.
İnformasiya texnologiyası özü özlüyündə rəqabət üstünlüklərini vermir, o
yalnız firmanın rəqib mövqelərinin yaxşılaşdırılması aləti kimi çıxış edir. Məhz
texnologiyalar xarici və daxili mühitin dəyişilməsinə uyğunlaşması ənənəvi
strategiyalarına yenidən baxılması ilə yanaşı təşkilati-idarəetmə strukturlarının
təkmilləşdirilməsini təmin edə bilər. Əgər müəssisənin strategiyası ardıcıl,
funksional istiqamətləndirilmiş irəliləməni nəzərdə tutursa, bu halda informasiya
texnologiyaları lazımi nəticəni verə bilməz, yəni, firmalara çox vaxt informasiya
texnologiyaları yox, strateji düşüncə çatışmır. Ona görə onun tətbiqi, misal üçün,
rəqabətin
idarəedilməsində,
rəqabətin
formulasının aydınlaşdırılmasından