25
Hansı qərarları strateji qərarlara aid etmək olar? Bu suala cavab üçün
müəssisənin fəaliyyətinin təşkil olunduğu prosesləri aşağıdakı kimi təsnifləşdirmək
olar. Müəssisədə baş verən müxtəlif texniki-iqtisadi, maliyyə, sosial və digər
proseslər üç qrupa bölmək olar:
1) məhsulun istehsalı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi
üçün mövcud potensialın istifadəsi prosesləri (“istehsal”);
2) müəssisənin potensialının yaradılması, genişləndirilməsi və modernizasiyası
prosesləri (“təkrar istehsal”);
3) müəssisənin təkrar istehsal bazasının özünün yaradılmasını və inkişafını
təmin edən proseslər (“təkrar istehsalın təkrar istehsalı”).
Bu təsnifləşdirmədən istifadə etməklə müvafiq şəkildə müəssisənin
rəhbərliyi səviyyəsində qəbul edilmiş qərarları da strukturlaşdırmaq olar. İstehsal
bazasının mövcud potensialından istifadəyə aid qərarları taktiki qərarlara aid etmək
məqsədəuyğundur (Şəkil 1.).
Şəkil 1. İstehsal və təkrar istehsalın əsas prosesləri və müəssisənin idarə
edilməsi üzrə qərarların təsnifatı
Təkrar istehsal bazasının inkişaf potensialı
Təkrar istehsal
bazasının
inkişaf
prosesləri
Təkrar istehsal potensialı
Resursların
təkrar istehsal
prosesləri
İstehsal potensialı
Məhsulun
istehsal
prosesləri
Müəssisənin məhsulu
Superstrateji
qərarların sferası
Superstrateji
qərarların sferası
Superstrateji
qərarların sferası
26
Potensialın formalaşması (yaradılması, tamamlanması, dəyişməsi) proseslə-
rinə aid ən vacib qərarları strateji qərarlara aid etmək olar: Nəhayət, təkrar istehsal
bazasının inkişafı üçün potensialı müəyyən edən qərarları superstrateji qərarlar
adlandırmaq olar.
Birinci və ikinci tip qərarları(strateji və superstrateji) “strateji qərarlar”
termini altında birləşdirmək olar. Bu cür qərarlar isə müəssisənin strategiyasının
əsasında dayanır.
Strategiyanın formalaşması üçün informasiya mənbələrini aşağıdakı kimi
qruplaşdırmaq olar:
I.Xarici informasiya:
1.Qeyri-ixtisaslaşmış bazar iştirakçıları:
-malgöndərənlər;
- alıcılar;
- rəqiblər;
- maliyyə müəssisələri;
- sahibkarlar, investorlar;
- dövlət idarəetmə orqanları;
- istehlakçılar(istehlak təşkilatları).
2. İxtisaslaşmış müəssisələr:
-konsaltinq şirkətləri;
- bazar tədqiqatı şirkətləri;
- kütləvi informasiya vasitələri;
- elmi-tədqiqat müəssisələri;
- hökumət müəssisələri;
- beynəlxalq müəssisələr.
II. Daxili informasiya:
-şirkətin təşkilati bölmələri;
- iqtisadi və maliyyə xidmətləri.
27
Bu iki qrup çərçivəsində onlardan daxil olan informasiyaları nəzərə almaqla
mənbələr ayrılır ki, bura da hər şeydən əvvəl, onun xarakteri, əlverişliliyi,
ehtimalolunanlığı, tamlığı və mümkünlük dəyəri daxildir.
Strateji informasiya sisteminin yaradılması konsepsiyasından danışarkən ilk
növbədə, bu sistemin mahiyyətini və məzmununu açıqlamaq lazımdır. Strateji
informasiya sistemi (SİS) dedikdə, təkrar olunan qərarların, yəni müəssisədə ən azı
ildə bir dəfə qəbul edilən və onun strategiyasının yaradılması və ya reallaşdırıl-
masına aid olan qəbul üçün zəruri olan informasiya toplayan müəssisə
strategiyasının işlənməsi və reallaşdırılması üzrə informasiya-analitik sistemi başa
düşülür. Strateji informasiya müəssisədə təkrar olunan strateji qərarların qəbuluna
tələbat üçün yaradılan və aktual hesab edilən informasiyaların kompleksidir. Hər
bir təkrar olunan informasiya SİS-in müəyyən moduluna uyğun gəlir ki, bu da
qərarın metodoloji və konkret səmərəliliyinə zəmanət verilən səviyyədə
menecerlərin informasiya tələbatını ödəyir.
Strateji qərarların təsnifatı onların qəbul edilməsi tezliyinə görə metodoloji
cəhətdən çətin vəzifə sayılır. Strateji qərarlar həm strateji İnformasiya Sistemində
toplanan təkrar olunan kimi, həm də təkrar olunmayan Qərar Məlumatları
Bazasından qidalandırılan informasiya kimi təsnifləşdirilir (Sxem 2.).
Sxem 2. Strateji qərarların tipləri və informasiyaların toplanması sistemi
Strateji qərarlar
Təkrar olunan
Strateji informasiya
sistemi
Təkrar olunmayan
Təkrar olunmayan
qərarların informasiya
bazası
28
Müəssisənin strategiyası müəyyən edir ki, müəssisənin portfeli yekun olaraq
necə görsənəcəkdir və ya müəyyən anda o hansı sahələrdə iştirak edəcəkdir.
Müəssisənin rəhbərliyi məhsulları diversifikasiya həcmi, coğrafi bazarların seçimi
və xidmət göstərilən bazar seqmentləri barədə qərar qəbul etməlidir. Bu cür
qərarlar təkrarolunma xarakteri daşımaqla uzunmüddətli dövrdə müəssisənin
fəaliyyət tərzinə və portfelinin səmərəliliyinə təsir göstərir.
Fəaliyyət portfeli həmçinin fəaliyyət sektorların sayını və xarakterini və
yaxud müəssisənin fəaliyyətinin məhsul, bazar və coğrafi sahəsini müəyyən edir.
Portfelin ölçülməsi aşağıdakı dəyişənlərin köməyilə həyata keçirilir:
-məhsulların diversifikasiyası sahəsi;
- coğrafi fəaliyyət sahəsi;
- müştərilərə xidmət seqmentləri.
Dostları ilə paylaş: |