Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

25 

 

 



Hansı  qərarları  strateji  qərarlara  aid  etmək  olar?  Bu  suala  cavab  üçün 

müəssisənin fəaliyyətinin təşkil olunduğu prosesləri aşağıdakı kimi təsnifləşdirmək 

olar.  Müəssisədə  baş  verən  müxtəlif  texniki-iqtisadi,  maliyyə,  sosial  və  digər 

proseslər üç qrupa bölmək olar: 

1)  məhsulun  istehsalı,  işlərin  yerinə  yetirilməsi  və  xidmətlərin  göstərilməsi 

üçün mövcud potensialın istifadəsi prosesləri (“istehsal”); 

2) müəssisənin potensialının yaradılması, genişləndirilməsi və modernizasiyası 

prosesləri (“təkrar istehsal”); 

3)  müəssisənin  təkrar  istehsal  bazasının  özünün  yaradılmasını  və  inkişafını 

təmin edən proseslər (“təkrar istehsalın təkrar istehsalı”). 

Bu  təsnifləşdirmədən  istifadə  etməklə  müvafiq  şəkildə  müəssisənin 

rəhbərliyi  səviyyəsində  qəbul  edilmiş  qərarları  da  strukturlaşdırmaq  olar.  İstehsal 

bazasının mövcud potensialından istifadəyə aid qərarları taktiki qərarlara aid etmək 

məqsədəuyğundur (Şəkil 1.).  

 

 

Şəkil 1. İstehsal və təkrar istehsalın əsas prosesləri və müəssisənin idarə 



edilməsi üzrə qərarların təsnifatı 

Təkrar istehsal bazasının inkişaf potensialı 

Təkrar istehsal 

bazasının 

inkişaf 

prosesləri 

Təkrar istehsal potensialı 

Resursların 

təkrar istehsal 

prosesləri 

İstehsal potensialı 

Məhsulun 

istehsal 

prosesləri 

Müəssisənin məhsulu 

Superstrateji 

qərarların sferası 

Superstrateji 

qərarların sferası 

Superstrateji 

qərarların sferası 



26 

 

Potensialın formalaşması (yaradılması, tamamlanması, dəyişməsi) proseslə-



rinə aid ən vacib qərarları strateji qərarlara aid etmək olar: Nəhayət, təkrar istehsal 

bazasının  inkişafı  üçün  potensialı  müəyyən  edən  qərarları  superstrateji  qərarlar 

adlandırmaq olar. 

Birinci  və  ikinci  tip  qərarları(strateji  və  superstrateji)  “strateji  qərarlar” 

termini  altında  birləşdirmək  olar.  Bu  cür  qərarlar  isə  müəssisənin  strategiyasının 

əsasında dayanır. 

Strategiyanın  formalaşması  üçün  informasiya  mənbələrini  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

I.Xarici informasiya: 

1.Qeyri-ixtisaslaşmış bazar iştirakçıları: 

-malgöndərənlər; 

- alıcılar; 

- rəqiblər; 

- maliyyə müəssisələri; 

- sahibkarlar, investorlar; 

- dövlət idarəetmə orqanları; 

- istehlakçılar(istehlak təşkilatları). 

2. İxtisaslaşmış müəssisələr: 

-konsaltinq şirkətləri; 

- bazar tədqiqatı şirkətləri; 

- kütləvi informasiya vasitələri; 

- elmi-tədqiqat müəssisələri; 

- hökumət müəssisələri; 

- beynəlxalq müəssisələr. 

II. Daxili informasiya: 

-şirkətin təşkilati bölmələri; 

- iqtisadi və maliyyə xidmətləri. 



27 

 

Bu iki qrup çərçivəsində onlardan daxil olan informasiyaları nəzərə almaqla 



mənbələr  ayrılır  ki,  bura  da  hər  şeydən  əvvəl,  onun  xarakteri,  əlverişliliyi, 

ehtimalolunanlığı, tamlığı və mümkünlük dəyəri daxildir. 

Strateji informasiya sisteminin yaradılması konsepsiyasından danışarkən ilk 

növbədə,  bu  sistemin  mahiyyətini  və  məzmununu  açıqlamaq  lazımdır.  Strateji 

informasiya sistemi (SİS) dedikdə, təkrar olunan qərarların, yəni müəssisədə ən azı 

ildə  bir  dəfə  qəbul  edilən  və  onun  strategiyasının  yaradılması  və  ya  reallaşdırıl-

masına  aid  olan  qəbul  üçün  zəruri  olan  informasiya  toplayan  müəssisə 

strategiyasının işlənməsi və reallaşdırılması üzrə informasiya-analitik sistemi başa 

düşülür. Strateji informasiya müəssisədə təkrar olunan strateji qərarların qəbuluna 

tələbat  üçün  yaradılan  və  aktual  hesab  edilən  informasiyaların  kompleksidir.  Hər 

bir  təkrar  olunan  informasiya  SİS-in  müəyyən  moduluna  uyğun  gəlir  ki,  bu  da 

qərarın  metodoloji  və  konkret  səmərəliliyinə  zəmanət  verilən  səviyyədə 

menecerlərin informasiya tələbatını ödəyir. 

Strateji  qərarların  təsnifatı  onların  qəbul  edilməsi  tezliyinə  görə  metodoloji 

cəhətdən çətin vəzifə sayılır. Strateji qərarlar həm strateji İnformasiya Sistemində 

toplanan  təkrar  olunan  kimi,  həm  də  təkrar  olunmayan  Qərar  Məlumatları 

Bazasından qidalandırılan informasiya kimi təsnifləşdirilir (Sxem 2.). 

 

 



 

Sxem 2. Strateji qərarların tipləri və informasiyaların toplanması sistemi 

Strateji qərarlar 

Təkrar olunan 

Strateji informasiya 

sistemi 

Təkrar olunmayan 

Təkrar olunmayan 

qərarların informasiya 

bazası 



28 

 

Müəssisənin strategiyası müəyyən edir ki, müəssisənin portfeli yekun olaraq 



necə  görsənəcəkdir  və  ya  müəyyən  anda  o  hansı  sahələrdə  iştirak  edəcəkdir. 

Müəssisənin rəhbərliyi məhsulları diversifikasiya həcmi, coğrafi bazarların seçimi 

və  xidmət  göstərilən  bazar  seqmentləri  barədə  qərar  qəbul  etməlidir.  Bu  cür 

qərarlar  təkrarolunma  xarakteri  daşımaqla  uzunmüddətli  dövrdə  müəssisənin 

fəaliyyət tərzinə və portfelinin səmərəliliyinə təsir göstərir. 

Fəaliyyət  portfeli  həmçinin  fəaliyyət  sektorların  sayını  və  xarakterini  və 

yaxud müəssisənin fəaliyyətinin məhsul, bazar və coğrafi sahəsini müəyyən edir. 

Portfelin ölçülməsi aşağıdakı dəyişənlərin köməyilə həyata keçirilir: 

-məhsulların diversifikasiyası sahəsi; 

- coğrafi fəaliyyət sahəsi; 

- müştərilərə xidmət seqmentləri. 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə