29
FƏSİL 2. BİZNESDƏ STRATEGİYALARIN HAZIRLANMASI VƏ
REALLAŞDIRILMASI ÜZRƏ MENECMENT SİSTEMİ
2.1. Strateji planlaşdırma və onun mərhələləri
Pланлашдырма мцяссисянин инкишафы вя фяалиййяти просесляринин тямин
едилмяси цчцн онун арзу олунан мягсядляринин, щямин мягсядляря йетишмя
йолларынын вя бунун цчцн лазым олан тядбирлярин ашкар едилмяси цчцн щяйата
кечирилян просесдир. Низамланмыш структурда бирляшдирилян вя алт груплар ямяля
эятирян елементляр топлусу кими мцяййянляшдирилян şirkətдахили планлашдырма
системи-планлашдырма просесиня мцвафиг олмалыдыр, йяни онун тяркиби еля бир
елементляр топлусу тяшкил етмялидир ки, планлашдырма системинин щяйата кечирилмяси
мцмкцн олсун.
Şirkətдахили планлашдырма системинин тяркибини мцхтялиф елементлярдян
ибарят алт груплара бюлцнмясинин ясас амили şirkətin инкишафы вя фяалиййяти
просесляринин планлашдырылмасына бюлцнмясидир. Бу, планлашдырма обйекти,
планлашдырманын технолоэийасы, зярури информасийа тяминатынын мцхтялифлийи,
планлашдырма просеси иля идаряетмяйя функсионал йанашма просеси арасындакы
фярглярля изащ олунур.
Беляликля, тядгигатчылар буна ясасланараг планлашдырманын цч ясас али
системини фяргляндирирляр [22, с.83-91]: стратеjи, тактики вя cари планлашдырма. Беля
бюлэц системлярини тякcя даща дягиг мцяййянляшдирмяйи дейил, щям дя онларын
гаршылыглы ялагялярини тясвир етмяк имканы верир.
Prof. Ş.Ə.Axundov planlaşdırmanı “...məqsədin, strategiyanın müəyyən
edilməsi, eləcə də onların müəyyən müddət ərzində icra edilməsi üçün işlənib
hazırlanmış tədbirlərin həyata keçirilməsi proses...” kimi səciyyələndirir (8, s.550).
Alimin fikrincə, strateji planı işləyib hazırlamaq və onu tərtib etmək məqsədilə
müəyyən təşkilati struktur yaradılması və həmin təşkilati struktur strateji plan işləyib
hazırlamalıdır. Bu struktur bölmə isə marketinq strategiyası variantlarının seçilməsini
və marketinqin təşkili və planlaşdırılmasını həyata keçirməlidir (8, s.551).
Strateji planlaşdırma sistemi firmada bir neçə fəaliyyət sferasının olmasına,
taktiki planlaşdırma isə fəaliyyət sahələri üzrə planın hazırlanmasına əsaslanır (16,
30
s.55-56). İqtisadçı alim T.Ş. Şükürov strateji planlaşdırmanı müəssisə və məhsul
səviyyəsində xarakterizə edir. O, müəssisə səviyyəsində strateji planlaşdırmaya
mövcud bazar şəraiti nəzərə alınmaqla daha çox mənfəəti təmin edən fəaliyyət
istiqamətinin seçilməsini, məhsul səviyyəsində strateji planlaşdırmaya alıcıların
cəlb edilməsini təmin edən marketinq vasitələrinin hazırlanmasını, malların
mövqeyini, məqsədli bazarın müəyyən edilməsini aid edir (16, s.56).
Strateji planlaşdırmanı resurslar və strategiyaların əldə edilməsi üçün zəruri
olan məqsədlərə nail olmaq prosesi kimi müəyyənləşdirmək olar. Strateji
planlaşdırmanın məcburi olaraq tətbiqi dövrünü keçən əsrin 60-cı illərinə aid
etmək olar.
Strateji planlar müəssisənin inkişafının əsas istiqamətlərini əhatə etməlidir:
onlarda təsərrüfat fəaliyyəti üçün müəyyən «yuvalar» nəzərdə tutulur ki, sonradan
bu yuvalar taktiki və cari planlaşdırma zamanı doldurulur. Strateji planlaşdırmanın
əsas məqsədi, müəssisənin gələcəkdə uğurlu fəaliyyəti üçün potensial imkanların
təmin edilməsidir. Strateji planlaşdırmaya dair mənbələrdə onu uzunmüddətli
planlaşdırma kimi təqdim etsələr də, həmin anlayışın açıqlanması zəruridir. Belə
ki, məsələn, alman tədqiqatçıları planlaşdırmanı müddətlərinə görə qruplaşdırırlar
[30, s.124]. Bu fərqlənməni planlaşdırmanın alt sistemlərinə də tətbiq etmək
mümkündür, çünki formalaşdırılmış nəticə-planlar sistemidir [29,s.61]. Bunu
aşağıdakı kimi ifadə etmək olar:
-
uzunmüddətli planlaşdırma 10-15 il arasında;
orta müddətli planlaşdırma 2-5 illik;
qısa müddətli planlaşdırma 1 ilədək müddətə.
Azərbaycan iqtisadçıları da həmin fikirlə hesablaşırlar və belə qeyd edirlər
ki, strateji planlar fəaliyyət müddətlərindən asılı olaraq müxtəlif növ ola bilər
[17,s.274].
Uzun müddətli planlaşdırmanı yalnız zaman aspektindən çıxış edərək
strateji planlaşdırma kimi müəyyənləşdirmək olmaz. Təbii ki, müvafiq olaraq orta
müddətə planlaşdırmanı-taktiki, qısamüddətlini isəoperativ planlaşdırma hesab
31
etmək düzgün deyil. Əgər planlaşdırma əhatə etdikləri müddətlər əsasında təsnif
olunarsa onların perspektiv, cari və operativ kimi təsnifatını ən məntiqi təsnifat
hesab etmək olar. Bu səbəbdən də strateji planlaşdırmanı perspektiv planlaşdırma
kimi göstərmək olar ki, bu da strateji planı dövr müddətindən təcrid olunmaq
imkanı verər.
Bu konsepsiya idarəetmə metodlarında düzəlişlər aparmaqla bazarın
vəziyyətinə,yəni xüsusi tələbatın və rəqabətin vəziyyətinə əsaslanır [11, s.4].
Bazar iqtisadiyyatı şəraitində planlaşdırma obyekti ölkə iqtisadiyyatının
strateji istiqamətləri əsasında müəyyən edilir, strateji plan iqtisadi inkişafın əsas
aparıcı həlqələrini, onun gələcək resurs təminatını, məqsəd və vəzifələrini
müəyyən edir. Ona görə də ən mühüm planlaşdırma uzun müddətli elmi-texniki
tərəqqi və texnologiya siyasətidir [12,s.83].
Maketinq sahəsində strateji planlaşdırma firmanın məqsədləri ilə onun
potensial imkanları və şansları arasında strateji uyğunluq yaradılmasının və
qorunub saxlanmasının idarə olunması prosesidir.
Strateji planlaşdırma firma daxilində istənilən başqa planlaşdırma üçün
zəmin rolunu oynayır [27, s.429]. Strateji planlaşdırma firmanın qlobal
məqsədlərinin müəyyənləşdirilməsini və onlara nail olmaq üçün istifadə ediləcək
resurslarla həmin məqsədlərin əlaqələndirilməsini nəzərdə tutur. Həmin məqsədlər
və resurslardan istifadənin xarakteri təşkilatın perespektiv fəaliyyətnə təsir göstərir,
çünki öz mahiyyətinə görə strateji planlaşdırma kifayət qədər uzaq olan gələcəyə
istiqamətlənib.
İnkişaf etmiş ölkələrdə strateji planların əhatə müddəti bir-birindən
fərqlənir. Məsələn, Britaniya poladəritmə şirkəti 10 il üçün strateji planlar işləyib
hazırlayır. Amerika müəssisələrinin əksəriyyəti beşillik planlardan istifadə edir.
Yaponiyada isə üçillik planlara daha çox üstünlük verilir. Amerika mütəxəssisləri
xüsusi olaraq qeyd edirlər ki, müxtəlif firmaların eyni təyinata malik planları
arasında zaman baxımından fərqlər həmin firmaların hansı sahələrə mənsub
olmalarından, texniki təchizat səviyyələrindən və ölçülərindən asılıdır. Planın
Dostları ilə paylaş: |