Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   2   3   4   5   6   7   8   9   ...   30

 

üzrə  daha  proqmatik  idarəetməyə  verir.  Odur  ki,  müəssisələrdə  strateji 



planlaşdırmadan  başlamış  strateji  nəzarətə  qədər  idarəetmənin  bütün  baza 

funksiyalarından  istifadəsinə  əsaslanan  strateji  idarəetmənin  çevik  fəaliyyət 

mexanizminin qurulması modelinin hazırlanması və onun daim təkmilləşdirilməsi 

zərurəti meydana çıxır. 

Biznesin  strateji  idarə  edilməsinin  təkmilləşdirilməsinin  aktuallığı  onların 

praktiki  istifadəsinin  obyektiv  imkanları  və  tələbləri  ilə  müəyyən  edilir.  Biznesin 

inkişafı  strategiyası  üzrə  qərarların  əsaslandırılmasının  yeni  metodlarının  gətirə 

biləcəyi sosial-iqtisadi səmərənin kəmiyyəti xeyli dərəcədə müəssisənin innovasiya 

inkişafı  və  maliyyə  sabitliyinin  yüksəldilməsi,  biznesin  sosial  məsuliyyətinin 

artırılması 

nəticəsində 

biznesin 

rəqabətqabiliyyətliliyinin 

daha 


da 

möhkəmləndirilməsindən asılıdır. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  bazar 

münasibətləri şəraitində biznesin inkişafında strateji idarəetmənin kompleks təhlili, 

tətbiqi  və  konkret  şəraitə  uyğun  olaraq  daim  təkmilləşdirilməsi  yollarını 

araşdırmaqdan ibarətdir. 

Bu  məqsədə  çatmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsi  qarşıya 

qoyulmuşdur: 

- biznesin inkişafının  mühüm elementi kimi strateji idarəetmənin mahiyyəti 

və məzmununun açıqlanması; 

- biznesin strateji idarə edilməsinin müasir konsepsiyalarının araşdırılması; 

-  biznes  strategiyasının  işlənib  hazırlanması  və  reallaşdırılmasında 

informasiya təminatının rolunun əsaslandırılması; 

- strateji planlaşdırmanın mahiyyətinin məqsəd və prinsiplərinin tədqiqi, əsas 

mərhələlərinin müəyyənləşdirilməsi; 

-  biznes  strategiyasının  işlənib  hazırlanması  xüsusiyyətlərinin  aşkara 

çıxarılması; 

-  strateji  planın  reallaşdırılmasının,  eləcə  də  strateji  nəzarətin  təşkili 

amillərinin qiymətləndirilməsi; 



 

-  innovasiya  tipli  idarəetmə  sisteminin  qurulması  və  təkmilləşdirilməsinə 



dair təklif və tövsiyələrin işlənib hazırlanması; 

-  biznesin  təşkilati  idarəetmə  strukturunun  təkmilləşdirilməsi  ilə  bağlı 

əsaslandırılmış təkliflərin verilməsi; 

-  biznesin  strateji  idarəedilməsində  rəqabətqabiliyyətliliyin  yüksəldilməsi 

yollarının müəyyənləşdirilməsi. 

Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyekti  kimi  Azərbaycanda 

fəaliyyət göstərən biznes subyektləri, o cümlədən “Azneftkimyamaş” ASC və onun 

müəssisələri  seçilmiş,  predmetini  isə  bazar  münasibətləri  şəraitində  biznesin 

inkişafında  strateji  idarəetmə  məsələlərinin  tədqiqinin  nəzəri-praktiki  aspektləri 

təşkil edir. 

Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını  iqtisad  elminin  klassiklərinin  və 

aparıcı iqtisadçı alimlərin əsərləri, Azərbaycan Respublikasının müvafiq qanunları, 

ölkə  prezidentinin  fərmanları,  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamları,  digər 

normativ-hüquqi sənədlər təşkil edir. 



Tədqiqatın 

informasiya 

bazasını 

Azərbaycan 

Respublikasının 

qanunvericilik  aktları,  normativ  və  metodiki  sənədləri,  dövri  mətbuatın 

materialları,  Azərbaycanda  biznesin,  korporativ  və  strateji  idarəetmənin  inkişafı 

üzrə  elmi-praktik  konfransların,  “Azneftkimyamaş”  ASC-nin  hesabat  materialları 

təşkil edir. 

İşin təcrübi əhəmiyyəti ondan ibarətdir ki, tədqiqat işində əldə edilən nəticə 

və  təkliflərdən  biznes  subyektlərində  strateji  idarəetmə  sisteminin  tətbiqi  və  onun 

konkret  şəraitə  uyğun  daim  təkmilləşdirilməsi  üzrə  tədbirlər  planının,  eləcə  də 

biznes-planların hazırlanmasında istifadə edilə bilər. 



Dissertasiyanın quruluşu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə və 

təkliflər,  istifadə  olunmuş  ədəbiyyat  siyahısından  ibarət  olmaqla  83  səhifədən 

ibarətdir. 

 

 



 

 Fəsil 1. BİZNESİN STRATEJİ İDARƏ EDİLMƏSİNİN NƏZƏRİ-



METODOLOJİ ƏSASLARI 

1.1.

 

Biznesin strateji idarə edilməsinin mahiyyəti və məzmunu 

 

İqtisadi  inkişafın  hazırkı  mərhələsində  təsərrüfat  fəaliyyətinin  səmərəli 



həyata  keçirilməsi  və  dayanıqlı  inkişafının  xeyli  dərəcədə  təmin  edilməsi  biznes 

sahəsində strateji idarəetmənin uğurlu tətbiqindən, vəzifə və məqsədlərin müəyyən 

edilməsindən,xarici  və  daxili  mühitin  tədqiq  olunmasından  və  baş  verən 

dəyişikliklərin  araşdırılmasından,alternativ  strategiyaların  seçilməsindən  və 

reallaşdırılmasından asılıdır. Strateji menecment biznesin idarə edilməsi prosesinin 

ilkin mərhələsi kimi idarəetmənin bütün funksiyalarını özündə ehtiva edir. Uğurlu 

strateji  idarəetmə  müəssisəni  gələcəyə  istiqamətləndirir,  uzunmüddətli  inkişaf 

istiqamətlərini    və  biznesdə  öz  mövqeyini  müəyyən  eməyə  imkan  verir.Strateji 

idarəetmənin  nəticələri  müəssisənin  bazarda  qazandığı  mövqeyində  və  iqtisadi-

maliyyə göstəricilərinin uzunmüddətli meyllərində təzahür olunur. Biznesin strateji 

idarəedilməsi  onun  uzun  müddətli  inkişafının  təımin  edilməsinin  əsasıdır.Strateji 

idarəetmə  təşkilatın  vəzifəsi,  onun  plan  və  proqnozlarının,  məqsədlərinin, 

strategiyalarının  təsərrüfatçılıq  metodlarının  və  funksiyalarının  yerinə  yetirilməsi 

ilə bağlıdır. 

Strateji  idarəetmənin  mahiyyətini  başa  düşmək  üçün  strategiya  anlayışını 

hərtərəfli  və  düzgün  dərk  etmək  vacibdir.  «Strategiya»  sözü  yunan  mənşəli 

«strategos»  (tərcüməsi-  «general  olmaq  elmi»,  «generalın  məharəti»  deməkdir) 

sözündən  götürülmüşdür  [11].  Strategiya  qədim  yunanlarda  ordunun  təşkili, 

döyüşlər,  danışıqlar  və  dipiomatiyada  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Strategiya 

anlayışından qədim Çin alimləri də istifadə etmişlər. Bizim eradan əwəl 480-cı və 

222-ci  illər  arasında  Sun  Çu  tərəfindən  yazılmış  «Strategiya  məharəti»  adlı  kitab 

bunu sübut edir [11]. 

İqtisadi  ədəbiyyatda  mövcud  fikirlərin  təhlili  strategiyasının  tərifində 

aşağıdakı mövqeləri ayırmağa imkan verir: 

- son nəticəyə nail olmaq vasitəsidir; 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə