Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

41 

 

başlamağa can atır. Bazara gəldikdə isə demək lazımdır ki, firma mövcud bazarda 



öz vəziyyətini yaxşılaşdırmaq imkanı və ya yeni bazara keçid imkanı axtarır. 

Birinci qrup konkret strategiya tiplərinə aşağıdakılar aiddir: 

-  bazarda  mövqenin  gücləndirilməsi  strategiyası.  Bu  zaman  firma  həmin 

bazarda bu məhsulla ən yaxşı mövqeni qazanmaq üçün hər şeyi edir;  

-  bazarın  inkişaf  strategiyası.  Bu,  artıq  istehsal  olunan  məhsul  üçün  yeni 

bazarların axtarışından ibarətdir; 

-  məhsulun  inkişaf  strategiyası.  Bu,  firma  tərəfindən  artıq  mənimsənilmiş 

bazarda  reallaşdırılacaq  yeni  məhsulun  istehsalı  hesabına  artım  vəzifəsi  qərarını 

nəzərdə tutur. 

İnteqrasiya olunmuş artım strategiyası. Etalon strategiyaların ikinci qrupuna 

yeni strukturların əlavə edilməsi yolu ilə firmanın genişləndirilməsi ilə bağlı biznes 

strategiyaları  aiddir.  Bu  strategiyalar  inteqrasiya  olunmuş  artım  strategiyaları 

adlanırlar.  Adətən  firma  güclü  biznesdə  yerləşirsə,  o,  elə  strategiyaların  həyata 

keçirilməsinə  çalışacaqdır  ki,  bu  zaman  təmərküzləşmiş  artım  strategiyası  həyata 

keçirmək  mümkün  olmasın,  eyni  zamanda  inteqrasiya  olunmuş  artımı  həm 

mülkiyyəti  əldə  etmək  yolu  ilə,  həm  də  daxildən  genişlənmək  yolu  ilə  həyata 

keçirilə  bilər.  Bu  zaman  hər  iki  halda  sahə  daxilindəki  firmanın  vəziyyətinin 

dəyişməsi baş verir. 

İnteqrasiya olunmuş artım strategiyasının iki əsas tipini ayırırlar: 

-  tərs  şaquli inteqrasiya  strategiyası  malgöndərən  üzərində nəzarəti  əldə  etmək 

və ya gücləndirmək hesabına firmanın artımına yönəldilmişdir. Firma ya təchizatı 

həyata keçirən qız strukturları yarada bilər,  ya da artıq təchizatı həyata keçirilmiş 

şirkətləri  əldə  edə  bilər.  Tərs  şaquli  inteqrasiya  strategiyasının  reallaşdırılması 

firmaya çox əlverişli nəticələr verə bilər; 

-  şaquli  inteqrasiyanın  irəlidə  gedən  strategiyası  firma  və  son  iştirakçı,  məhz 

bölgü  və  satış  sistemləri  arasında  yerləşən  strukturlar  üzərində  nəzarətin  əldə 

olunması  yaxud  da  gücləndirilməsi  hesabına  firmanın  artımında  ifadə  olunur. 

Vasitəçi  xidmətlərin  çox  genişləndiyi  və  ya  firmanın  keyfiyyətli  iş  səviyyəsinə 

malik vasitəçiləri tapa bilmədiyi hallarda inteqrasiyanın bu tipi çox faydalıdır. 



42 

 

Diversifikasiyalaşdırılmış  artım  strategiyaları.  Biznesin  inkişafının  üçüncü 



qrup  etalon  strategiyası  diversifikasiyalı  artım  strategiyaları  sayılır.  Bu 

strategiyalar  o  halda  reallaşdırılır  ki,  firma  həmin  məhsulla  verilmiş  sahə 

çərçivəsində  həmin  bazarda  inkişaf  edə  bilmir.  Diversifikasiyalaşdırılmış  artım 

strategiyasının seçimini şərtləndirən əsas amilləri aşağıdakı kimi ifadə etmək olar 

(25): 

-  biznesin  həyata  keçirilməsi  üçün  bazarlar  məhsula  tələbin  təminatı  və  ya 



ixtisarı  vəziyyətində  olurlar  ki,  bunun  da  nəticəsində  məhsul  sıradan  çıxma 

fazasında yerləşir: 

- cari biznes pulun daxil olmasının üstün artan tələbatını verir ki, bunlar da 

mənfəətli şəkildə biznesin sferalarına qoyula bilər; 

-  yeni  biznes,  məsələn,  avadanlığın,  komplektləşdirilmiş  məlumatların, 

xammalın və s. daha yaxşı istifadəsi hesabına sinerji səmərəyə səbəb ola bilər; 

-  antiinhisar  tənzimləmə  verilmiş  sahə  çərçivəsində  biznesin  daha  da 

genişləndirilməsini həll etmir; 

- vergilərdən itgilər ixtisar oluna bilər

- dünya bazarlarına çıxış yüngülləşdirilə bilər; 

-  yeni  ixtisaslaşdırılmış  qulluqçular  cəlb  oluna  bilərlər  və  yaxud  mövcud 

menecerlər potensialı daha yaxşı istifadə edə bilər. 

Diversifikasiyalı artımın əsas strategiyaları aşağıdakılar sayılır: 

-  mərkəzləşdirilmiş  diversifikasiya  strategiyası  yeni  məhsulların  əlavə 

istehsal imkanlarının axtarışına və istifadəsinə əsaslanır;  

-   üfüqi diversifikasiya strategiyası mövcud bazarda istifadə ediləndən fərqli 

yeni  texnologiya  tələb  edən  yeni  məhsul  hesabına  artım  imkanlarının  axtarışını 

nəzərdə  tutur.  Bu  strategiyada  firma  texnoloji  cəhətdən  əlaqəli  olmayan 

məhsulların istehsalına yönəldilməlidir

- konqlomerat diversifikasiya strategiyası ondan ibarətdir ki, yeni bazarlarda 

reallaşdırılan  artıq  istehsal  olunmuş  yeni  məhsullarla  texnoloji  cəhətdən  bağlı 

olmayan istehsal hesabına firma genişlənir. 




43 

 

İxtisar  strategiyası.  Biznesin  inkişafının  etalon  strategiyalarının  dördüncü 



tipi  ixtisar  strategiyaları  sayılırlar.  Onlar  uzun  dövrdən  sonra  firmanın  artım 

güclərinin yenidən qruplaşdırılmasına ehtiyac yarandıqda və yaxud iqtisadiyyatda 

tənəzzül  və  köklü  dəyişikliklər,  məsələn,  struktur  cəhətdən  yenidənqurma 

müşahidə  olunduğu  zaman  səmərəliliyin  yüksəldilməsi  zəruriliyi  ilə  əlaqədar 

reallaşdırılır.  Belə  hallarda  firmalar  istehsalın  məqsədyönlü  və  planlaşdırılmış 

ixtisarı  strategiyasının  istifadəsinə  üstünlük  verirlər.  Həmin  strategiyaların 

reallaşdırılması bəzən firma üçün ağrısız ötüşmür.  

Biznesin məqsədyönlü ixtisarı strategiyasının dörd tipini ayırmaq olar: 

-  ləğvetmə  strategiyası  özündə  ixtisar  strategiyasının  son  vəziyyətini 

birləşdirir və firmanın gələcək biznesi apara bilmədiyi halda həyata keçirilir

- “məhsul yığımı” strategiyası qısamüddətli perspektivdə maksimal gəlirlərin 

alınması  xeyrinə  biznesə  uzunmüddətli  baxımdan  imtinanı  nəzərdə  tutur.  Bu 

strategiya  perspektivsiz  biznesə  tətbiq  olunur,  bu  zaman  o,  gəlirlə  satıla  bilməz, 

lakin “məhsul yığımı” zamanı gəlir gətirə bilər; 

-  ixtisar  strategiyası  ondan  ibarətdir  ki,  firma  biznesin  aparılması 

sərhədlərinin  uzunmüddətli  dəyişməsini  həyata  keçirməkdən  ötrü  öz  bölmələrdən 

və ya bizneslərdən birini bağlayır və ya satır; 

-  xərclərin  ixtisarı  strategiyası  kifayət  qədər  ixtisar  strategiyasına  yaxındır. 

Belə  ki,  onun  əsas  ideyası  xərclərin  azalması  imkanlarının  axtarışı  və  xərclərin 

ixtisarı üzrə müvafiq tədbirlərin aparılması sayılır. 

Real  təcrübədə  firma  eyni  vaxtda  bir  neçə  strategiya  reallaşdıra  bilər. 

Xüsusilə  də  bu  çoxsahəli  şirkətlərdə  geniş  yayılmışdır.  Firma  strategiyanın 

reallaşmasında  müəyyən  ardıcıllıq  həyata  keçirə  bilər.  Birinci  və  ikinci  hallarda 

deyilir ki, firma kombinələşdirilmiş strategiya həyata keçirir. 

Strategiyanın seçilməsi prosesi aşağıdakı addımlardan ibarətdir: 

- cari strategiyanı aydınlaşdırılması; 

- bizneslər portfelinin təhlilinin aparılması; 

- firma strategiyasının seçilməsi və seçilmiş strategiyanın qiymətləndirilməsi. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə