Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

64 

 

ASC  üzrə  istehsal  olunan  əsas  məhsul  növlərinin  proqnoz  hesablamalarına 



görə  2014-cü  ildə  fontan  armaturu  və  kolon  başlığının  istehsalının  2009-cu  illə 

müqayisədə 46,7% artırılaraq 220 tona, ştanqlı dərinlik nasoslarının 47,4% artımla 

14 min ədədə, mancanaq dəzgahının 5 dəfə artımla 110 ədədə çatdırılacağı nəzərdə 

tutulmuşdu  (Cədvəl  3).  Cəmiyyət  üzrə  2014-cü  ildə  110  ədəd  reduktor  istehsalı 

proqnozlaşdırılmışdı.  

 

Cədvəl  3 



“Aznefkimyamaş” ASC üzrə 2010-2014-cü illər üçün istehsal ounan əsas məhsul 

növlərinin proqnoz göstəriciləri

 

 

Göstəricinin adı 



Olçüu 

vahidi 

2008 

fakt 

 

2009 

fakt 

2010 

proqnoz 

2011 

proqnoz 

2012 

proqnoz 

2013 

proqnoz 

2014 

proqnoz 

Fontan 


armaturu

  

tn 



  137.7        

150.0 


170.0 

180.0  


190.0   200.0 

220.0 


 

Kolon başlığı

  

-“- 


147.1 

150.0 


170.0 

180.0  


190.0   200.0 

220. 


Quyu təmiri 

üçün 


qaldırıcı 

qurğu


  

ədəd 


10  



11  

12  


 

13 


 

15 


Ştanqlı 

dərinlik 

nasosları

  

-“- 



9110 

9500 


10000 

11000 


 

12000 


13000 

 

14000 



Yuyucu 

nasos 


qurğuları

  

-“- 



11  



12  

 

13 



15 

 

17 



Manifoldlar

  

tn 



95.4 

6  


110.0 

120.0 


130.0 

140.0 


150.0 

Mancanaq 

dəzgahı

  

ədəd 



52 

22 


70  

80  


90 

100 


110 

Reduktorlar

  

-“- 


0  


40  

80  


90 

100 


110 

Fəvvarə 


siyirtmə

si

  



tn 

175.4 


200.0  

220.0  


250.0  

270.0 


300.0 

330.0 


 

Müasir  mərhələdə  qeyri-sabit  və  qeyri-müəyyən  vəziyyətdə  strateji 

idarəetmənin  rolu  artır.  Belə  idarəetmə,  bir  çox  məsul  vəzifələri  önə  çəkərək 

strateji  planlaşdırmada  əks  olunur.  Hər  bir  təşkilatın  strateji  planlaşdırılması 

situasion təhlildən mənbəyini alır. İqtisadi fəaliyyə təsir edən amillər, güclü və zəif 

cəhətlər, xarici mümkün təhlükələr situasion təhlildə çözülür. Neft maşınqayırması 

sənayesində də daxili büdcə təyinatlı köməkçi və sosial orentasiyalı təsərrüfatlar da 

az deyildir. Bu baxımdan planlaşdırmada onların büdcə strukturu, xərc müddətləri 

üzrə planlaşdırılır.  



65 

 

3.2. Firmanın təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi 

 

Təşkilati  strukturun  strategiyanın  yerinə  yetirilməsi  prosesi  mövqeyindən 



təşkilati strukturun təhlili aşağıdakı iki suala cavab alınmasına istiqamətlənmişdir. 

Birincisi:  mövcud  təşkilati  struktur  nə  dərəcədə  seçilmiş  strategiyanın 

reallaşdırılmasına  kömək  və  ya  mane  ola  bilər?  İkinci:  təşkilati  strukturda 

strategiyanın  həyata  keçirilməsi  prosesində  müəyyən  məsələlərin  həlli  hansı 

səviyyələrdə  həyata  keçirilməlidir?  Təəssüf  ki,  bu  suallara  cavab  axtarışına  dəqiq 

və  birmənalı  yanaşmağa  imkan  verən  alqoritmləşdirilmiş  sxem  yoxdur.  Lakin 

bilmək  faydalıdır  ki,  hansı  tipik  təşkilati  strukturlar  təşkilatın  idarə  olunmasında 

tətbiq oluna bilərlər, hansı amillər bu və ya digər strukturun istifadəsini müəyyən 

edirlər və nəhayət, bu və ya digər təşkilati struktur hansı üstünlüklər və nöqsanlara 

malikdir. 

 

Təşkilati  strukturların  bir  neçə  müxtəlif  təsnifləşdirilməsi  aparıla  bilər  ki, 



bunlardan  da  hər  biri  təşkilatın  hissələri  arasında  qarşılıqlı  əlaqənin  təhlilinə 

müəyyən  yanaşmanı  əks  etdirəcəkdir.  Təşkilati  strukturun  beş  əsas  tipinin 

mövcudluğu qəbul olunmuşdur: elementar, funksional, divizional, biznesin strateji 

vahidləri üzrə struktur və matris strukturu. 

 

1. Elementar təşkilati struktur yalnız kiçik təşkilatlarda mövcud ola bilən iki 



səviyyəli bölgünü əks etdirir. Təşkilatın bu cür strukturunda yuxarı səviyyə-rəhbər 

və aşağı səviyyə icraçı ayrılır. 

2.  Funksional  təşkilati  struktur  əməyin  bölgüsü  və  ixtisaslaşma  baş  verən 

yerdə  meydana çıxır. Ayrı-ayrı funksiyalar, məsələn, istehsal, və ya  marketinq və 

ya  maliyyələr  təşkilati  möhkəmlənmə  olan  kimi  təşkilatda  funksional  təşkilati 

struktur yaranır ki, bu da onun bölmələrini vahid tam kimi əlaqələndirir. 

3.  Divizional  təşkilati  struktur  o  təşkilatlarda  yaradılır  ki,  burada  müəyyən 

şəraitlərdən  asılı  olaraq  struktur  bölmələr  öz  fəaliyyətinin  həyata  keçirilməsində 

böyük  hüquqlara  malik  nisbi  olaraq  xüsusi  və  bölünmüş  hissələrə-bölmələrə 

ayrılırlar.  Onların  ayrılması  üçün  əsas,  ixtisaslaşdırılmış  bölmələrdə  müxtəlif 

məhsullar  istehsalı  və  ya  nisbətən  təcrid  olunmuş  ərazilərdə  fəaliyyətin  həyata 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə