Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

66 

 

keçirilməsi və ya müxtəlif ixtisaslaşdırılmış alıcılarla iş ola bilər. Belə bölmələrin 



rəhbərliyi  onlar  tərəfindən  rəhbərlik  edilən  bölmə  üçün  strategiyanı  özləri 

hazırlamaq  hüququna  malikdir  və  bilavasitə  təşkilatın  yuxarı  rəhbərliyinə  tabe 

edilir. 

 

4. Biznesin strateji vahidlər bazasında təşkilati struktur o vaxt tətbiq olunur 



ki, həmin təşkilatda yaxın fəaliyyət profilinin çoxlu müstəqil bölmələrinə malikdir. 

Bu  halda  onların  işlərinin  uzlaşdırılması  üçün  bölmələr  və  yüksək  rəhbərlik 

arasında  mövcud  olan  xüsusi  aralıq  idarəetmə  orqanları  yaradılır.  Bu  orqanlara 

təşkilatın  yuxarı  rəhbərliyinin  müavinləri  başçılıq  edir  və  korporasiyanın  bu 

hissələrinə biznesin strateji vahidi statusu verilir. 

5.  Matris  təşkilati  strukturu  firmanın  təşkilati  quruluşuna  rəhbərliyin  iki 

istiqamətini  təhkim  edir.  Şaquli  istiqamət-təşkilatın  struktur  bölmələrin  idarə 

edilməsi.  Üfüqi  istiqamət-ayrı-ayrı  layihələrin  və  proqramların  idarə  edilməsi, 

onların  reallaşdırılması  üçün  təşkilatın  müxtəlif  bölmələrinin  insan  və  resursları 

cəlb  olunur.  Belə  strukturda  bölmələrin  idarə  edilməsini  həyata  keçirən 

menecerlərin  və  layihənin  yerinə  yetirilməsinə  rəhbərlik  edən  menecerlərin 

hüquqlarının bölgüsü müəyyən edilir. 

Bu  və  ya  digər  təşkilati  strukturun  seçimi  bir  sıra  amillərdən  asılıdır.  Daha 

əhəmiyyətli amillər aşağıdakıları hesab olunur (Şəkil 3): 

 

-təşkilatın ölçüsü və ona xas olan fəaliyyətin müxtəliflilik dərəcəsi; 



 

- təşkilatın coğrafi yerləşməsi; 

 

- texnologiya; 



 

- təşkilatın rəhbərliyi və əməkdaşları tərəfindən təşkilata münasibət

 

- xarici mühitin dinamizmi; 



 

- təşkilat tərəfindən reallaşdırılan strategiya. 

 

Təşkilati  struktur  təşkilatın  ölçüsünə  uyğun  gəlməli  və  lazım  olduğundan 



daha  mürəkkəb  olmamalıdır.  Adətən,  təşkilatın  ölçüsünün  onun  təşkilati 

strukturuna  təsiri  təşkilatın  idarə  edilməsinin  iyerarxiya  səviyyəsinin  sayının 

artırılması  şəklində  meydana  çıxır.  Əgər  təşkilat  kiçik  və  rəhbər  əməkdaşların 

fəaliyyətini  tək  idarə  edərsə,  onda  elementar  təşkilati  struktur  tətbiq  olunur. 




67 

 

Əməkdaşların  miqdarı  o  qədər  arta  bilər  ki,  onda  onların  bir  rəhbərlə  idarə 



olunmasında  çətinlik  yaranar  və  ya  ayrı-ayrı  ixtisaslaşmış  fəaliyyət  növləri 

meydana  çıxa  bilər.  Belə  hallarda  təşkilatda  aralıq  səviyyəsi  meydana  çıxır  və 

funksional struktur tətbiq olunmağa başlayır. 

 

Şəkil 3. Təşkilati strukturun seçiminə təsir edən amillər 

 

Təşkilatın  sonrakı  inkişafı  iyerarxiya  idaretməsində  yeni  səviyyələrin 



meydana  çıxmasına  səbəb  ola  bilər.  Nəticədə  divizional  və  ya  biznesin  strateji 

vahidlərinin yaradılmasını əks etdirən struktur kimi təşkilati strukturlar tətbiq oluna 

bilər.  Təşkilatda  kompleks  layihələrin  meydana  çıxması  matris  strukturun  tətbiq 

olunmasına gətirib çıxarır. 

Əgər  regionlar  kifayət  qədər  təcrid  olunubsa,  onda  təşkilatın  coğrafi 

yerləşməsi regional bölmələrə qərarların qəbulunda müəyyən hüquqların verilməsi 

imtiyazlarına,  təşkilati  strukturda  regional  bölmələrin  meydana  gəlməsinə  gətirib 

çıxarır. Əgər hüquqlar çox da böyük deyilsə, onda funksional strukturda özəklərin 

sayı artırılır. 

Texnologiyanın  təşkilati  struktura  təsiri  özünü  aşağıdakı  kimi  göstərir. 

Birincisi,  təşkilati  struktur  təşkilatda  istifadə  olunan  texnologiyaya  bağlıdır. 

Struktur vahidlərin sayı və onların qarşılıqlı yerləşməsi təşkilatda hansı texnologi-

yanın istifadə olunmasından asılıdır. İkincisi, təşkilati struktur elə qurulmalıdır ki, 

Təşkilatın ölçüsü və onun 

fəaliyyətinin müxtəliflilik dərəcəsi 

 

Təşkilatın coğrafi yerləşməsi 



Təşkilat tərəfindən 

reallaşdırılan strategiya 

Təşkilati 

struktur 

Texnologiya 

Xarici mühitin 

dinamizmi 

Rəhbərlərin və 

əməkdaşların təşkilata 

münsibəti 




68 

 

o,  texnologiyanın  tənzimlənməsini  aparmağa  imkan  versin.  Xüsusilə  də,  təşkilati 



struktur  texnoloji  inkişaf  ideyalarının  əmələ  gəlməsinə  və  yayılmasına,  texnoloji 

təzələnmə proseslərinin aparılmasına kömək etməlidir. 

Xarici  mühitin  dinamizmi  təşkilati  struktur  seçimini  müəyyən  edən  çox 

güclü  amildir.  Əgər  xarici  mühit  stabildirsə,  həmin  mühitdə  əhəmiyyətsiz 

dəyişikliklər müşahidə olunursa, onda təşkilat uğurla daha az çevikliyə malik olan 

və  onların  dəyişməsi  üçün  böyük  qüvvə  tələb  edən  mexanistik  təşkilati  struktur 

tətbiq  edə  bilər.  Həmin  halda  əgər  xarici  mühit  çox  dinamikdirsə,  onda  struktur 

üzvi,  çevik  və  xarici  dəyişikliyə  sürətli  reaksiya  vermək  qabiliyyətinə  malik 

olmalıdır.  Xüsusilə  də  belə  struktur  mərkəzləşdirmənin  yüksək  səviyyəsini, 

struktur bölmələrdə qərar qəbul edilməsi zamanı böyük hüquqların mövcudluğunu 

nəzərdə tutmalıdır. 

Məhz  bu  baxımdan  “Azneftkimyamaş”  ASC-nin  ayrı-ayrı  zavodları  üzrə 

təşkilati-idarəetmə strukturunu “Suraxanı maşınqayırma zavodu” TASC-nin idarə-

etmə strukturunun timsalında saylı sxemdə olduğu kimi verə bilərik (Sxem 3). 

Strategiya  təşkilati  strukturun  seçiminə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir. 

Təşkilatın  yeni  strategiyaya  keçidi  zamanı  hər  dəfə  strukturu  dəyişmək  heç  də 

məcburi  deyildir.  Lakin  mütləq  olaraq  elə  bir  sistem  yaratmaq  lazımdır  ki, 

müəyyən  etmək  olsun  ki,  mövcud  təşkilati  struktur  nə  dərəcədə  strategiyaya 

uyğundur, yalnız bundan sonra müvafiq dəyişikliklər aparmaq zəruridir. Təşkilati 

strukturların  nöqsanları  və  üstünlükləri  haqqında  məsələyə  keçməmişdən  qabaq 

qeyd  etmək  lazımdır  ki,  onların  üstünlüklərini  və  nöqsanlarını  mütləqləşdirmək 

olmaz.  


Biznesin  strateji  vahidlərinin  mövcudluğunu  əks  etdirən təşkilati strukturlar 

oxşar  fəaliyyəti  həyata  keçirən  avtonom  bölmələrin  koordinasiyası  imkanlarını 

təmin  edirlər.  Bu,  sözügedən  təşkilati  strukturun  əsas  müsbət  keyfiyyəti  sayılır. 

Eyni  zamanda,  onlar  təşkilatda  iyerarxiya  idarəetməsində  daha  bir  səviyyənin 

yaradılması ilə bağlı problemlər yarada bilərlər.  

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə