Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   22   23   24   25   26   27   28   29   30

72 

 

Maşınqayırma  müəssisəsinin  rəqabət  qabiliyətliliyini  aaşağıdakı  amillərlə 



müəyyən etmək olar: 

-məhsulun və xidmətin keyfiyyəti; 

- marketinq və satışın effektiv strategiyası olmsı; 

- heyyətin və mencmentin ixtisas səviyyə; 

- istehsalın texnoloji səviyyəsi; 

- müəssisənin fəaliyyət göstərdiyi vergi mühiti; 

- maliyyələşdirmə mənbələrinin mümkünlüyü. 

"Azneftkimyamaş"ın səhmdar cəiyyətin yenidən formalaşdırması üzrə birinci 

dərəcəli  tədbirləri  müəyyən  etmək  üçün    Azərbaycan  müəssisələrinin  rəqabət 

qabiliyətliliyinin itkisi səbəblərini müəyyən etmək lazımdır.  

Məhsulun  və  xidmətin  keyfiyyəti  Azərbaycan  əmtəələrinin  ənənəvi  olaraq 

aşağı  keyfiyyətliliyi  heç  də  keyfiyyətli  məhsul  yaratmaq  və  istehsal  etmək 

qabiliyyətsizliyinin  nəticəsi  deyildir.  Bazarın  tələblərinə  cavab  verən  əhəmiyyətli 

dərəcədə  yeni  məhsulu  yaratmamaq  və  ya  təkmilləşdirməmək  üçün  heç  bir  ciddi 

səbəblər  yoxdur.  Əgər  müəssisənin  mühəndis-layihə  xidmətinin  inkişaf  səviyyəsi 

öz  qüvəsilə  rəqabət  qabiliyətlili  məhsul  yaratmağa  imkan  vermirsə,  onda 

lisenziyanın  əldə  edilməsı  haqda,  bazarda  liderlik  edən  müəssisələrə    müraciət 

etməyə  heç  nə  mane  olmur.    Belə  təcrübə  Çin,  Cənubi  Koreya  və  bir  çox  başqa 

ölkələrin  müəssisələri  tərəfindən  müvəffəqiyyətlə  tətbiq  edildi.  Həm  də  bu 

ölkələrin müəssisələri tarixən texnoloji səviyyəyə və mühəndis-layihə ənənələrinə 

görə  Azərbaycan  müəssisələrdən  xeyli  geri  qalırdı.  Azərbaycan  müəssisələrinin 

yüksək  keyfiyyətli  və  rəqabətə  davamlı  məhsulu  istehsal  etmək  qabiliyyətinin 

olmaması köhnəlmiş texnoloji avadanlıqların olmasıdır. Bəs müasir  avadanlıqların 

əldə edilməsi üçün imkanların olduğu və  sərhədlərin  açıq olduğu vaxtda  ən yeni  

avadanlıqların  əldə edilməsinə mane olur? Digər tərəfdən, müəssisə bu gün  tələb 

olan texnoloji avadanlıqlara malik olmayan müəssisələr zəruri avadanlıqlara malik 

olan digər müəssisələrdən zəruri detal və hissələri sifariş verə bilər.  

Məhsulun  istehsalının  bütün  mərhələlərində  onun  keyfiyyətinə  nəzarətin  

təmin edilməsi həmçinin  texniki problemdən çox,  təşkilati-idarəedici problemdir. 



73 

 

MDB  bazarında, müəssisələtin hazırlığı  üçün və ISO9000 standartlarına müvafiq 



olan  keyfiyyətin  idarə  edilmə  sistemlərinin  tətbiqi  üzrə  müvəffəqiyyətlə  xidmət 

göstərən məsləhətçi şirkətlər iştirak edirlər. 

Azərbaycanda sənaye üçün yeni məhsulların və ideyaların mənbəyi kimi çixiş 

edə  bilən  tələb  olunmamış  iri  miqyasda  innovasiya  potensialı  mövcuddur. 

Işləmələrin  müəllifləri  yeni  ixtiralara  əaslanan  orijinal  və  rəqabətə  davamlı 

məhsulun  istehsalını  və  satışını  təşkil  etmək  imkanı  tapmağa  cəhd  edirlər. 

İxtiraçının  yalnız  yeni  məhsul  ideyası  əsasında  kapitalı  cəlb  etmək  şansları 

təcrübəyə,  istehsal  imkanına  və  ixtisaslı  heyyətinə  malik  olan,    yeni  məhsulun 

istehsalını  mənimcəməyi  planlaşdıraran  sənaye  müəssisələrinin  imkanından 

əhəmiyyətli  dərəcədə  aşağıdır.  Buna  baxmayaraq  alimlərin  və  sənayeçilərin 

effektiv əməkdaşlıqlarının nümunələri faktiki olaraq mövcud deyildir.  Səbəb odur 

ki,  bizim  ölkədə  iş  vençur  maliyyələşdirməsi  mexanizmləri  kifayət  dərəcədə 

inkişaf  etməmişdir.  Məsələn,  Tayvanda  qanunvericiliklə  müəyyən  edilib  ki,  ixti-

ranın müəllifi onun kəşfinin əsasında məhsulun istehsalına  və satışına hüquqların 

verildiyi korporasiyadan müəssisənin texniki səhmlərinin 15 %-ə qədərini ala bilər. 

Beləliklə,  Azərbaycan  müəssisələri  yeni  rəqabətə  davamlı  məhsulun 

yaradılması və onun istehsalının yüksək keyfiyyətin təmin edilməsi məsəllərininin 

həlli  üçün  bütün  şəraitə  və  imkanlara  malikdir.  Həm  də  bu  problem  müstəsna 

olaraq təşkilati-idarə etmə  tədbirləri  vasitəsi ilə müəssisənin inzibatilıq  tərəfindən 

həll edilə  bilər. 

       Effektiv  bazar  strategiyası  və  realistik  planlar.  Hətta  "Azneftkimyamaş"-ın 

səhmdar  cəmiyyətin    zəruri  texnoloji  potensiala  malik  olan  və  keyfiyyətli 

məhsulları istehsal etməyə qadir olan    bala müəssisələri bazarda effektiv fəaliyyət 

göstərmək bacarığında deyillər. Çox vaxt  bu, müəyyən sahədə iş təcrübəsi, elmi-

texniki  potensial,  təşkilatı  və  maliyyə  imkanları  da  daxil  olmaqla  müəssisənin 

rəqabət  üstünlüklərinin    və  mövcud  imkanlarının  nəzərə  alınması  ilə    istehlakçı-

ların    müəyyən  məqsədli  qruplarına  səmtləşdirilmiş  heç  bir  dəqiq  strategiyaya 

malik olmaması ilə törənmiş olur.  




74 

 

Strategiyaya  və  konkret  hərəkət  planına  malik  olmayan  heç  bir  səhmdar 



cəmiyyət    və  onun  heç  bir  bala  müəssisəsi  biznes  nöqteyi-nəzərindən,  gələcək 

gəlirlərin  proqnozunun  nəzərə  alınması  baxımından  investorlar  tərəfindən 

qiymətləndirilə  bilməzlər.  Belə  müəssisə  ağırlaşdırılmış  öhdəçilikli  activlərin 

sadəcə bir yığımını verir. Başqa sözlə, korporativ strategiyanın olması müəssisənin 

bazar dəyərinin formalaşmasını təmin edir.   

Rəqabət  üstünlüklərinə  əsaslan  strategiya.  İnkişaf  strategiyasının  seçimi 

müəssisə  restrukturlaşdırmasında  əsas  dəyərə  malikdir.  Dəqiq  strategiyaya  malik 

olmadan  fəaliyyətdə  hansısa  bir  əhəmiyyətli  müvəffəqiyyətlərə  nail  olmaq  qeyri-

mümkündür,  belə  ki,  strategiyanın  uyğunluğu  cari  fəaliyyətin  qarşıya  qoyulmuş 

məqsədə uyğunluq səviyyəsinin qiymətləndirilməsində vacib ölçü meyardır. Yaxın 

gələcəkdə  "Azneftkimyamaş"    səhmdar  cəmiyyətinin  rəhbərliyi  tərəfindən  

reallaşdırıla bilən iqtisadi strategiyanın mümkün variantlarını təhlil etməyin mənası 

vardır.  Korporativ  strateji  planlaşdırmaya  müvafiq  olaraq  GAP  -  səhmdar 

cəmiyyətin  inkişaf  strategiyasının  müxtəlif  variantlarının  baxılması  üçün  təhlil 

tətbiq ediləndir. 

 

Sxem 4. "Azneftkimyamaş"  ASC-nin inkişaf strategiyasının müxtəlif 



variantları 

İstehsal və satış həcmləri 

Vaxt 








Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə