Həmidli Aqşin Ceyhun oğlu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix27.03.2018
ölçüsü0,7 Mb.
#35160
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

56 

 

olunması  funksional  və  istehsal  strukturlarının  təkmilləşdirilməsi,  resurslardan 



(kadr,  informasiya,  maliyyə,  maddi)  istifadənin  səmərəliliyinin  yüksəldilməsi 

istehsal-texniki  və  mühəndis  bazasının  səmərəli  əsaslandırılması  yolu  ilə  ilə 

istehsal,  xidmət  və  idarəetmə  proseslərinin  səmərələşdirilməsi  zəruriyyəti  ilə 

bağlıdır.  Yeni  bazarların  mənimsənilməsi  zamanı  uğurun  qazanılması  həm  də 

dünya  bazarlarında  rəqabət  qabiliyyətliliyin  perspektivlərini  təmin  edən  müvafiq 

elmi-texniki ehtiyatın mövcudluğunu nəzərdə tutur. Ekoloji xarakterli problemlərə 

gəldikdə isə onların həllini əsasən tullantısız texnologiyaların işlənib hazırlanması 

və  tətbiqində,  həm  istehlakçı,  həm  də  istehsalçı  üçün  ekoloji  cəhətdən  təhlükəsiz 

məhsulların buraxılmasında və s. axtarmaq lazımdır. 

Bütövlükdə  sənaye  istehsalı,  o  cümlədən  də  neft  maşınqayırması 

iqtisadiyyatın  son  dərəcə  fond  tutumlu  sahəsidir.  Müəssisənin  əsas  fondlarının 

mövcud vəziyyəti xeyli dərəcədə istehsal-təsərrüfat fəaliyyətinin iqtisadi və sosial 

nəticələrini  şərtləndirir.  Konkret  müəssisədə  istifadə  olunan  avadanlıq  və 

texnologiyadan məhsulun keyfiyyəti, istehsal xərcləri, ekoloji və sanitar-gigiyenik 

mühit kimi ən vacib göstəricilər asılıdır. 

 

“Azneftkimyamaş”  SC-nin  bütün  müəssisələri  öz  mövcudluğu  ərzində 



dəfələrlə 

modernizasiyaya, 

texniki 

cəhətdən 

yenidən 

silahlanmaya, 

yenidənqurmaya  və  genişləndirməyə  məruz  qalmışdır.  Bu  müəssisələr  əsas 

vəsaitlərin:  binaların,  istehsal  meydançalarının,  maşın  və  avadanlıqların,  müxtəlif 

ötürücü qurğuların, dəmir yollarının, anbarların, nəqliyyat vasitələrinin çox böyük 

həcminə malik olmuşlar. 

 

Keçmiş SSRİ-nin inzibati-amiranə sistemi iflasa uğradıqdan sonra, müəssisə 



rəhbərliyi  köhnəlmiş  fondlarla  və  texnologiyalarla  üz-üzə  qaldı.  İlk  növbədə 

burada  söhbət  “Azneftkimyamaş”ın  qız  müəssisələrinin  əsas  fondlarının  orta 

yaşından  gedir.  Təxmini  hesablamalar  göstərir  ki,  ölkənin  maşınqayırma 

müəssisələrində  bütün  dövriyyədənkənar  vəsaitlərinin  80%-ə  qədəri  20  ildən  çox 

yaşa  malikdir.  Bəzi  müəssisələrdə  isə  yaşı  40  ildən  çox  olan  avadanlıqlardan 

istifadə olunur. 




57 

 

 



“Azneftkimyamaş”  SC-nin  müəssisələrində  son  dəfə  modernizasiya  keçən 

əsrin 80-ci illərində həyata keçirilmiş, istehsal texnologiyası isə 60-70-ci illərində 

işlənib hazırlanmış və öz xidmət dövrünü başa vurmuşdur. 

 

Bundan  başqa,  sənaye  zavodlarının  istehsal  güclərindən  10-20%  istifadə 



olunduğu  indiki  şəraitdə  istifadə  olunmayan  əsas  fondların  mövcudluğu 

müəssisənin çiynində ağır bir yük olmaqla son nəticədə öz əksini müəssisənin son 

məhsulunun  maya  dəyərinin  artmasında  tapır.  Müəssisələrin  əksəriyyətində 

avadanlığın böyük hissəsinin dəyəri artıq amortizasiya olunsa da vəsaitlərin böyük 

həcmi  onlar  işçi  vəziyyətinin  saxlanmasına,  başqa  sözlə,  təmir  işlərinə  xərclənir. 

Müvafiq  texnoloji  avadanlıqlarsız  müasir  tələblərə  cavab  verən  keyfiyyətli 

məhsulun istehsalı qeyri-mümkündür. 

Məhz buna  görə  də  bütün  müəssisə  rəhbərləri  əsas  fondların  təzələnməsi 

problemini ön plana çəkirlər. 

Təhlil  göstərir  ki,  “Azneftkimyamaş”  SC-nin  qız  müəssisələrində  universal 

avadanlığın aşınma səviyyəsi adətən 75%-i, standart avadanlıq üçün isə 90%-i ötüb 

keçir.  Buraya  həmçinin  əsas  texnoloji  avadanlığın  ənənəvi  aşınmasını  və  aşağı 

səmərəliliyini  əlavə  etmək  lazımdır.  Tədqiqatlardan  aydın  olur  ki,  əsas  fondların 

yüklənməsi  kifayət  qədər  aşağı  kəmiyyətə  malikdir.  Boş  dayanmış  avadanlığın 

kifayət  qədər  böyük  miqdarına  malik  olan  çox  böyük  yüklənmiş  sexlərin 

mövcudluğu  böyük  xərclərə  gətirib  çıxarır  ki,  bu  da  onların  rəqabətqabiliyyət-

liliyini  və  beləliklə  də  satışın  həcmini  və  şirkətin  dəyərini  aşağı  salır.  Həm  də 

onların yüklənməsini təmin etmək üçün heç bir imkan yoxdur. 

Təhlil  göstərir  ki,  səhmdar  cəmiyyətdə  faktiki  olaraq  avadanlığın  60%-ə 

qədəri  istifadə  edilmir.  Avadanlığın  30%-ə  qədəri  isə  bir  növbədən  aşağı,  yalnız 

5%-i ilk növbədə istifadə edilir. Həqiqətdə isə effektiv istehsal onunla xarakterizə 

olunur  ki,  bütün  avadanlıq  bir  növbədən  çox  (adətən  iki  növbə)  istifadə  edilsin. 

Əgər  layihə  nəticəsində  bir  növbədən  aşağı  fəaliyyət  göstərən  avadanlığa  malik 

istehsalın  yaradılması  planlaşdırılırsa,  onda  bu  cür  qərar  tam  səmərəsiz  olmaqla 

analoji  qərb  müəssisəsi  ilə  müqayisədə  uduzacaqdır.  Odur  ki,  layihənin 

reallaşdırılması nəticəsində həm istifadə olunan avadanlığın, həm də əsas fondların 




58 

 

strukturu  ciddi  dəyişməlidir.  Məsələn,  bu  zavodun  restrukturizasiyası  layihəsində 



12  korpusdan  yalnız  ikisi  istifadə  olunur,  qalan  korpuslar  isə  dondurulmuş  və 

istilik sistemindən ayrılmışdır. 

Müəssisədə  və  sahədə  vəziyyətin  mürəkkəbliyi,  xarici  şəraitin  dəyişkənliyi 

restrukturizasiya  variantlarının  işlənməsi,  texniki  və  maliyyə  təhlili  zəruriliyinə 

gətirib  çıxarır.  Ssenari  yanaşması  reallaşdırılarkən  faktiki  olaraq  biznesin  bütün 

tərəflərinə,  bu  müəssisənin  iddialı  olduğu  fəaliyyət  sferasının  bütün  tərəflərinə 

toxunmalıdır. Hesab edirik ki, “Azneftkimyamaş” SC-nin ekspert və mütəxəssisləri 

tərəfindən  gələcək  müəssisənin  siması  yaradılmalıdır  ki,  bunun  üçün  də  əsas 

fondların  strukturu,  avadanlıq,  kadr  heyəti,  onların  ixtisaslaşması  zəruridir  və 

mövcud  vəziyyətdən  “ideal  yekun  nəticəyə  keçidin”  ssenari  yanaşması  təşkil 

olunmalıdır  ki,  bunun  da  layihənin  reallaşdırılması  ərzində  nail  olmaq  lazımdır. 

Məhz  bu  baxımdan  hər  bir  səviyyədə  strateji  idarəetmənin  təşkili  konsepsiyası 

işlənməlidir:  tədarük,  satış  sistemi,  xərclərin  uçotu  sistemi,  sahə  və  sexlərin 

yenidən  silahlanması  variantları,  istehsalın  kooperasiyası  səviyyəsinin  seçimi, 

idarəetmə və s. 

 

Biznes  sistemi  kimi  müəssisənin  restrukturizasiyasına  ayrıca  ssenari 



yanaşması  tətbiq  olunmalıdır.  Restrukturizasiyanın  başlıca  məqsədi  zavodun 

rəqabətqabiliyyətli  məhsul  istehsal  edən  gəlirli  müəssisə  olması  üçün  şəraitin 

yaradılması və şirkətin dəyərinin artımının təmin edilməsi sayılır. 

 

Əslində  müəssisənin  dəyəri  (kapitallaşdırılması)  direktorların  böyük 



əksəriyyətinin iddia etdikləri kimi onun əsas fondları ilə deyil, müəssisənin məşğul 

etdiyi  bazar  sektoruna  gətirdiyi  mənfəətlə  müəyyən  edilir.  Məsələn,  ildə  10  mln. 

dollar satış həcminə malik maşınqayırma müəssisəsi əsas fondların dəyərindən asılı 

olmayaraq 3-6 mln. dollardan çox olmayan həcmdə “kapitallaşdırmaya” malikdir. 

Müəssisənin  əsas  fəaliyyətinin  göstərdiyimiz  aspektləri  bu  və  ya  digər 

dərəcədə  innovasiya  prosesi  çərçivəsində  yerləşir.  Bu,  onların  innovasiya 

strategiyasının  işlənib  hazırlanmasına  yönəldilmiş  innovasiya  injinirinqi  və 

menecmentin reinjinirinqi obyektlər kimi nəzərdən keçirilməsinin məqsədəuyğun-

luğunu şərtləndirir. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə