22
başlamaq lazımdır, hansı ki, sadəcə bu və ya digər funksiyanın göstərilməsilə yox,
bir neçə funksiyanın effektiv qarşılıqlı əlaqələrinin qaydaya salınması ilə müəyyən
edilir. K.Qilbert qeyd edir ki, məhz bu qarşılıqlı əlaqələr müvəffəqiyyətin həlledici
faktorlarını əmələ gətirir (20, s.128).
İnformasiya-telekommunikasiya texnologiyalarından istifadənin əsas
məqsədlərindən biri müəssisənin mürəkkəb təşkilati-idarəetmə strukturunun
sadələşdirilməsidir. Onun köməyilə firmanın ayrıca sahələrinin, şöbələrinin, işçi
qruplarının arasıkəsilməz mürəkkəb və dəyişkən üfüqi və şaquli qarşılıqlı əlaqələri
təkmilləşdirilir.
Müasir dövrdə idarəetməni informasiyadan istifadə etmədən təsəvvür etmək
qeyri-mümkündür. Hər xırda bir proses, yaxud amil informasiyada öz əksini tapa
bilmir. Bundan əlavə, informasiyada kənarlaşmanın səbəbi barədə məlumat
verilmir. Bunun üçün təhlil üsulundan, onun verdiyi nəticələrdən informasiya kimi
istifadə etmək lazım gəlir.
Strateji idarəetmə sistemi ayrı-ayrı sahələrdə yaranan informasiyanın yeni
texnika və texnologiyaların tətbiqi ilə emal edilərək optimal idarəetmə qərarlarının
qəbul edilməsi əsasında qurulmuşdur. Bu bazis hələ idarəetmə anlayışının elmə ilk
dəfə məlum olduğu gündən formalaşmışdır. Vaxt keçdikcə qərar qəbulu üçün emal
ediləcək informasiyanın həcminin və xarakterinin dəyişməsi, idarəetmə
informasiyasının emal texnologiyasının dəyişməsinə, daim olaraq yeniləşməsinə
və nəticədə müasir informasiya texnologiyasının yaranmasına səbəb olmuşdur.
İnformasiya sistemi idarəetməni ierarxik prinsiplə qurulmasına zərurət yaradır. Bu
sistemlər öz imkanları daxilində aşağı səviyyəli fəaliyyətinin idarə edilməsi və
koordinasiyasını həyata keçirir.
İdarəetmənin yuxarı səviyyələri (sahə, xalq təsərrüfatı) birbaşa məhsulların
istehsalı ilə məşğul olmurlar, lakin bu mübadiləni informasiya sisteminin köməyi
ilə tənzimləyirlər. Mübadiləni isə birbaşa istehsalla məşğul olan bölmələr həyata
keçirir. Bütün bu proseslər informasiya mübadiləsi əsasında həyata keçirilir.
Müasir informasiya texnologiyalarının əsaslarından biri verilənlər bazası və
onların idarə edilməsi metodlarıdır. Aparat-proqram vasitələrinin inkişafı
23
nəticəsində verilənlər bazasının idarəetmə metodları yeni tələblər meydana gətirir.
Bu sistemin tətbiqi nəticəsində işçi qüvvəsinin azaldılması, axtarışın
sürətləndirilməsi, kağız kataloqlarının ləğvi və onun yerini müasir kompüter
axtarış sisteminin tutuması dövlət büdcəsinə böyük məbləğdə gəlirin daxil
olmasına gətirib çıxarır. İndiki dövrdə bu məsələnin ölkə səviyyəsində tətbiqi
dinamik inkişaf edən cəmiyyətin tələblərinin bir hissəsini ödəmiş olar.
Firmalarda yeni informasiya texnologiyasının tətbiqi üçün iki əsas
konsepsiya mövcuddur. Birinci konsepsiya firmanın mövcud quruluşuna
istiqamətləndirilir. İnformasiya texnologiyası mövcud təşkilat quruluşuna
əsaslanaraq iş metodlarının modernləşdirilməsinə istiqamətləndirilir. Bu zaman iş
yerlərindən başqa kommunikasiya vasitələri zəif inkişaf edir, yalnız texniki
işçilərlə ixtisasçılar arasında funksiya bölüşdürülür. İkinci konsepsiya firmanın
gələcək
quruluşuna
istiqamətləndirilərək,
mövcud
quruluşu
təzədən
modernləşdirir. Bu strategiya kommunikasiya vasitələrini maksimum inkişaf
etdirməyi və qarşılıqlı əlaqələr yaratmağı tələb edir.
İdarəetmə fəaliyyətinin ən mühüm mərhələlərində “strateji qərar” adı verilən
və ya “strateji proqram”,”strateji planlaşdırma” kimi tətqiqatlar aparılması nəzərdə
tutulan fəalyyət növləri sırf iqtisadi məna daşımaqla, müəssisənin potensialınım
təkmilləşdirilməsinə və səfərbərliyinə xidmət edir. Cari (taktiki) və çevik
(operativ) qərar qəbul etmədən fərqli olaraq strateji qərarın hazırlanması ətraflı
tətqiqat, təhlil, informasiya araşdırmaları tələb edir. Təşkilatın iqtisadi siyasəti tam
informasiya əsasında qurulur. Bu informasiya təşkilatın cari və perspektiv
dövrlərdə təsərrüfat fəaliyyətinin təhlilini əhatə edən tətqiqatların nəticələrini əks
etdirməlidir.
Beləliklə, səmərəli strategiyanın səmərəli də tətbiqi təkcə biznesdə
müvəffəqiyyət qazanmağı göstərmir,o həm də idarəetmənin keyfiyyətliliyni
göstərir. Lakin hər zaman yüksək səviyyəli strategiya, onun yüksək səviyyəli tətbiq
olunması hələ mütləq uğura gətirəcəyinə zəmanət vermir. Belə ki, təşkilatın
fəaliyyəti ərzində gözlənilməz hadisələr səmərəli ttbiq olunan startegiyadan
gözlənilən nəticələr əldə etməyə imkan vermir.Belə halda rəhbərin vəzifəsi
24
strategiyada gərəkli olan düzəlişlər aparmaqdan və fəaliyyəti uğura yönəltməkdən
ibarət olmalıdır.
Təşkilatın strateji mövqeləri müəyyən edilərkən kəmiyyət keyfiyyət
göstəricilərindən istifadə olunur. Keyfiyyət göstəriciləri təcrübədə səmt (orientir),
kəmiyyət göstəriciləri isə tapşırıqlar adlanır. Səmt strategiyanı haırlamaq yolu ilə
təşkilatın əldə etməyə çalışdığı daha uzaq məqsəddən ibarətdir. Səmt, məqsəd və
strategiya arasında sıx qarşılıqı əlaqə mövcuddur. Onlar eyni bir təşkilatın daxilin
də hazırlandığından yuxarı idarəetmə səviyyəsində hazırlanan strategiya
idarəetmənin aşağı pillələri üçün səmt hesab olunur. Ona görə də bütünlükdə
təşkilat üçün hazırlanan ümumi və ya qlobal məqsədləri, eləcə də ümumi
məqsədlər və səmtlər əsasında istehsal-təsərrüfat fəaliyyətinin əsas növləri və
istiqamətləri üzrə hazırlanan xüsusi məqəsədləri fərqləndirmək lazımdır.
Müvafiq olaraq “strateji qərarlar” terminini biznesin fəaliyyəti üçün köklü
əhəmiyyət kəsb edir və uzunmüddətli, qaçılmaz nəticələrə gətirib çıxarır. Beləliklə,
fərqli əlaməti kimi qərarın stratejiliyi iki xarakteristikadan- hadisənin dönməzliyi
və uzunmüddətliliyindən istifadə olunur. Bu onu göstərir ki, strateji qərarların
reallaşdırılması müəssisənin potensialını dəyişdirir və əgər idarəetmə obyektinin
əvvəlki vəziyyətinə qayıdış mümkündürsə, onda daha çox vaxt, resurs və ya güc
məsrəfi tələb olunur. Aydındır ki, bu cür qərarlar gec və ya tez hətta strategiya
anlayışının özünün istifadə olunmadığı istənilən müəssisədə qəbul edilir.
Strateji qərarlar üçün səciyyəvi olan odur ki, onların qəbulu əvvəllər məlum
olan odur ki, onların qəbulu əvvəllər məlum olan variantların diskret çoxluğundan
seçim yolu ilə həyata keçirilir. Müəssisənin işi təcrübəsində bu cür qərarlara
ənənəvi olaraq istehsalın ciddi olaraq yenidən qurulması, genişləndirilməsi və ya
ləğvi, müəssisənin profilinin köklü dəyişdirilməsi və ya ixtisaslaşdırılması aid
edilirdi. Son illər özəlləşdirmə prosesləri ilə əlaqədar olaraq strateji qərarlar
sırasına müəssisənin özünün əmlakına və məhsuluna mülkiyyət hüququnun
görünüş və aidiyyəti üzrə qərarlar əlavə olundu. Beləliklə, strateji qərarlar hətta
mərkəzləşdirilmiş idarəetmə şəraitində müəssisə səviyyəsində onların hazırlanması
və qəbulu zərurəti məhdudlaşdıqda belə, həmişə mövcud olmuşdur.
Dostları ilə paylaş: |